İTV-nin, yoxsa "Hədəf"in sahibinin qeyri-peşəkarlığı... - Yalçın İslamzadə "sandığı açdı"

İTV-nin, yoxsa \"Hədəf\"in sahibinin qeyri-peşəkarlığı... - Yalçın İslamzadə \"sandığı açdı\"

YAZARLAR

Bugün, 15:22

Yalçın İslamzadə

***

Söz vaxtına çəkər.

Bir müddət əvvəl yenə İctimai Tv-nin "Sabaha saxlamayaq" proqramında aparıcı Vüsalə xanım mənim bir fikrimi səsləndirib qonaqlardan olan Şəmil Sadıqdan bu fikrə münasibətini soruşmuşdu.
Normal mədəni reaksiya olan "Mən bu fikirlə razılaşmıram" demək əvəzinə həmin şəxs ənənəvi lovğalanmaq fürsətini qaçırmamış, məni nəzərdə tutaraq "Siz feysbuk qəhrəmanlarına fikir verməyin" demişdi.
Feysbuk qəhrəmanı dediyi məndən özü israrla (Şimali Kiprdə yaşayan türkoloq Nazim Məmmədov bəy bunu mənə yönləndirmişdi) Hədəf liseyinin qurulmasına dəstək xahiş etmişdi. Mən o lisey üçün çox iş görmüşəm. Bu gün belə mənim orda gördüyüm işlərin maddi-pedaqoji bəhrəsini götürür. Ancaq razılaşdığımız cüzi maaşı hər dəfə "Şirkət batır, bizə biraz güzəşt edin, indi pulumuz yoxdur" deyərək verməkdən boyun qaçırmışdı.
Sonradan isə daha da irəli gedərək ünvanıma "Pandoranın qutusu" açılmış kimi böyük zövqlə çox sayda aşağılayıcı ifadələr işlətmişdi. Niyə mən bundan soruşmuşam ki, "Sən mənə niyə feysbuk qəhrəmanı deyirsən?".
Hətta xahiş-minnətlə kömək istədiyi mənə qarşı "İtə dedilər kimi tutarsan, dedi mənə çörək verəni" kimi normal insanın özünə sığışdırmayacağı ifadə də işlətmişdi.
İndi yenə DİM ekspertləri ilə eyni proqrama çıxıb, özünə təhsil texnoloqu deyir və "Triqonomentriya nəyimə lazımdır? İmtahanı asanlaşdıraq, sevinək ki, təhsilimiz inkişaf edir" kimi "arqumentlər" irəli sürür. Proqramı səhifəsində paylaşıb münasibət bildirən hörmətli Sərvər müəllimə isə "mərifətsiz, qabiliyyətsiz, feysbuk qəhrəmanı" deyir. Fikir bildirir, təhqir etmir, sənin kimi aşağılayıcı ifadələrdən istifadə etmir, rəsmən dərəcəsi olmadığı halda özünü cəmiyyətə "dosent" kimi təqdim etmir ki.
Ümumiyyətlə, belə çıxır ki, bir bu "təhsil texnoloqu"dur, qalanlar feysbuk qəhrəmanıdır. Bununla da kifayətlənmir, müxtəlif zamanlarda təhsil işçiləri üçün,
"Kitab yüklü eşşək, ağzına pul ataram", "Ustadına kəm baxan nankor", "İdeya oğrusu" kimi aşağılayıcı ifadələr işlədir.
Mənə maraqlı olan başqa məsələdir, təhsil ictimaiyyəti üzvlərini belə həvəslə aşağılayan bir şəxs Elm və Təhsil Nazirliyi tərəfindən niyə bütün tribunalara çıxarılır? Hansı baza təhsili, pedaqoji və ya məzmun biliklərinə görə? Ölkədə savadlı insan qəhədə çıxıb?
ARTİ iclasları, magistr ixtisaslarının müəyyən olunması üçün komissiya həmsədrliyi, DİM ekspertlərinə qarşı ETN-nin qeyri-rəsmi sözcüsü kimi proqramda iştirak, "Azərbaycan müəllimi" qəzetində müəllimlərin dərs saatlarının artırılmasına münasibət v.s.
Elm və Təhsil Nazirinə açıq məktub yazaraq bu məsələnin açıqlamasını xahiş edəcəyəm. Məktubun mətnini burda paylaşacağam.
O ki qaldı məndən israrla kömək istəməsi, mənim yeni qurulan, şəraitsiz bir iş yerində o qədər əziyyət və zəhmət çəkməyimə, liseyə pedaqoji və maddi qazanc gətirən fəaliyyətimin qarşılığında razılaşdığımız, şəstnən əl sıxışdığı, "Sözüm sözdür" dediyi halda maaşdan (mən başda cüzi maaşa razılaşmışdım, danışıq belə olmuşdu ki, lisenziya alınanda bunun təklif etdiyi maaşdan mənim istədiyim maaşa keçiləcək-ilk başda "pulumuz yoxdur" dediyi üçün ilkin cüzi maaşı qəbul etmişdim) sistemli yayınmasına, sonradan mənə qarşı işlətdiyi aşağılayıcı ifadələrə-bundan sonrakı bir neçə uzun və detallı status bu mövzuya həsr olunacaq.
Düşünməsin ki, "vətən-millət-sakarya-yerli-milli brend" söhbətləri ilə özünü milli dəyərlərə sahib çıxırmış kimi göstərib, sonra bir insanın əməyini, zəhmətini yerə vurmaq, aşağılayıcı ifadələr işlətmək "insan mühəndisliyi"dir. Deyil. Nə olduğunu müzakirə edəcəyik.

P.S. Yazı müəllifin Feysbuk hesabından götürülüb!

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR