“Qalatasaray”ın futbolçusuna İstanbulda hücum oldu: yumruqlu dava... – 32 yaşlı şəxsin elə mesajları ortaya çıxdı ki... (FOTO)

“Qalatasaray”ın futbolçusuna İstanbulda hücum oldu: yumruqlu dava... – 32 yaşlı şəxsin elə mesajları ortaya çıxdı ki... (FOTO)

İDMAN

Bugün, 12:04

İstanbulda ticarət mərkəzinin qarşısında "Qalatasaray”ın uruqvaylı futbolçusu Lukas Torreyraya hücum edilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, Beyoğlu Kasımpaşadakı bir ticarət mərkəzinin qarşısında Yusuf Yıldırım tərəfindən qəfildən yumruqlanıb.

Məlumata əsasən, hücumdan sonra qaçan 32 yaşlı Yusuf Yıldırım adlı şəxs taksidə saxlanılıb: “Ona cinayət işi açılıb...”.

Məlumatda deyilir ki, ilkin araşdırma zamanı onun sosial media üzərindən Torreyraya qarşı dəfələrlə ölüm təhdidləri mesajı verdiyi üzə çıxıb.

Yusuf Yıldırımın uruqvaylı futbolçu ilə yanaşı, “Qalatasaray” İdman Klubunun kommunikasiya bölməsində çalışan İpek B.-ni, oyunçunun keçmiş sevgilisi Devrim Özkanı də ölümlə hədələməsi faktları var.

Fərid ASLAN

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR