“Qalatasaray”la İkardi arasında danışıqlar başlayıb – Şərtlər açıqlandı

“Qalatasaray”la İkardi arasında danışıqlar başlayıb – Şərtlər açıqlandı

İDMAN

Bugün, 19:09

“Qalatasaray”la müqaviləsi başa çatmaq üzrə olan argentinalı hücumçu Mauro İkardi ilə bağlı maraqlı xəbər var.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Istanbul klubu ona 1+1 il müddətinə yeni müqavilə və illik 5 milyon avro zəmanətli maaş təklif edib.

Məlumata görə, buna qədər illik 10 milyon avro maaş alan İkardi isə klub rəhbərliyinin qarşısına başqa təkliflə çıxıb.

İddiaya görə, o, klubdan 1+1 illik deyil, 2 illlik zəmanətli müqavilə istəyir: “İkardi maddi tələb irəli sürməyib. O, iki illik zəmanət veriləcək müqavilə və Viktor Osimhenlə iki hücumçu sistemindəoynamağa təminat istəyib”.

Xatırladaq ki, “Qalatasaray”la hücumçu arasındakı müqavilə 30 iyunda başa çatacaq.

Fərid ASLAN

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR