“Beşiktaş” Sergen Yalçınla bağlı qərar verdi

“Beşiktaş” Sergen Yalçınla bağlı qərar verdi  

İDMAN

Bugün, 08:26

“Beşiktaş” rəhbərliyi “Konyaspor”a kubok uğrunda oyunda məğlubiyətdən sonra tamam gözdən düşən baş məşqçi Sergen Yalçınla bağlı ötən gecə keçirilən iclasda qərar verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, iclasda Sergen Yalçınla son liqa oyununa qədər yola davam qərarı verilib.

Bildirilib ki, böyük çoxluq bu qərara səs verib.

Klubun İdarə heyəti üzvlərinin əksəriyyəti  liqa mövsümündən sonra Sergen Yalçınla növbəti dəfə görüşüb  müzakirədən sonra yekun qərarı verməyə üstünlük veriblər: “Onunla bağlı son turda “Çaykur Rizespor” matçından sonra keçiriləcək görüşdə yekun qərar alınacaq”.

Fərid ASLAN

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR