Salah Türkiyəyə gəlir? – 20 milyonluq illik maaş və 3 illik müqavilə təklifi var

Salah Türkiyəyə gəlir? – 20 milyonluq illik maaş və 3 illik müqavilə təklifi var  

İDMAN

Bugün, 00:18

"Liverpul"dan ayrılacağını açıqlayan misirli məşhur hücumçu Məhəmməd Salahın Türkiyə klubuna transferi gündəmə gəlib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, “Fənərbağça” klubu məşhur hücumçuya illik 20 milyon avro sabit maaşla transfer təklifi göndərib.

Məlumata görə, İstanbul klubu bununla yanaşı, ona 3 illik müqavilə təklif edib.

Misir mətbuatı yazır ki, Salah hələlik "Fənərbağça"nın təklifini cavablandırmayıb: “Salah Səudiyyə Ərəbistanı komandalarından gələn təklifləri isə geri çevirib. O, Avropanın komandalarında oynamaq istəyir. Əgər nəhəng klublardan təklif olmasa, o zaman İstanbul variantı ciddilik qazanacaq”

Fərid ASLAN

Mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR