Mehdi Cavadov bu qurumda müşavir oldu (Yenilənib)

Mehdi Cavadov bu qurumda müşavir oldu (Yenilənib)

CƏMİYYƏT

13.05.2026, 11:32

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində yeni təyinat olub.

Mia.az xəbər verir ki, Mehdi Cavadov sədrin Rəqəmsal hökumətin idarəolunması üzrə müşaviri vəzifəsinə gətirilib.

Bu təyinata qədər o, “ASAN Xidmət” sədrinin müşaviri kimi çalışıb.

Qeyd edək ki, qurumun İdarə Heyətinin sədri Fərid Osmanovdur(qafqazinfo).

****

Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial innovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müşaviri vəzifəsini tərk edib.

Mia.az Banker.az-a istinadla xəbər verir ki, Mehdi Cavadov sədrin müşaviri vəzifəsindən ayrılıb. O, 2023-cü ilin fevral ayından 2026-cı ilin may ayına kimi bu vəzifədə çalışıb.

O, 2019-cu ilin fevralından 2023-cü ilin fevral ayına kimi Elektron Hökumətin İnkişafı Mərkəzinin direktor müavini olub.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR