"Azərbaycanfilm"in baş redaktoru: "Rüstəm İbrahimbəyov təyin olunduğu gün ittifaq "öldü""

 \"Azərbaycanfilm\"in baş redaktoru: \"Rüstəm İbrahimbəyov təyin olunduğu gün ittifaq \"öldü\"\"

MƏDƏNİYYƏT

Bugün, 13:18

"Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) qarşıdan gələn qurultayında heç bir namizədi dəstəkləməyəcəyəm".

Mia.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında "Azərbaycanfilm" kinostudiyasının baş redaktoru, Əməkdar incəsənət xadimi Ayaz Salayev deyib.
O bildirib ki, hazırda ətrafında müzakirələrin getdiyi Azərbaycan Kinematoqrafçılar İttifaqı faktiki olaraq hələ 1980-ci ildən fəaliyyətsiz qalıb: "Kinematoqrafçılar İttifaqını Rüstəm İbrahimbəyov "öldürüb". İttifaqın mərhum sədri Həsən Seyidbəyli 1980-ci ildə vəfat edib. Həsən Seyidbəylinin yerinə Rüstəm İbrahimbəyov təyin olunduğu gün ittifaq "öldü".
Ayaz Salayev AKİ-nin üzvü olmadığını da vurğulayıb: "Bu səbəbdən qurultayda iştirak etməyəcəyəm".
Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı yaxın günlərdə qurultay keçirməyə hazırlaşır. Qurultayda Şəfiqə Məmmədova və hazırda ittifaqın katibi olan Əli İsa Cabbarovun namizədliyinin irəli sürüləcəyi ilə bağlı məlumatlar yayılıb.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR