DİM-dən fənn olimpiadalarının qaliblərinə - Müraciət
CƏMİYYƏT
Bugün, 11:01
Dövlət İmtahan Mərkəzi Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qaliblərinə müraciət edib.
Mia.az xəbər verir ki, bu barədə DİM məlumat yayıb.
Bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 229 nömrəli Qərarına uyğun olaraq, beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibləri ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar. "Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibləri dedikdə, aşağıdakı şəxslər nəzərdə tutulur: - beynəlxalq fənn olimpiadasının qızıl, gümüş və ya bürünc medalı ilə təltif olunmuş şəxslər; - IX-XI sinif şagirdləri arasında keçirilən respublika fənn olimpiadasında birinci, ikinci və üçüncü yer tutmuş şəxslər; - beynəlxalq müsabiqənin və ya yarışın (15 yaşdan yuxarı yaş qrupunda) laureatı olmuş (ali mükafat, birinci, ikinci və üçüncü yerlər) şəxslər. Beynəlxalq və respublika fənn olimpiadasının qalibinin tam orta təhsil səviyyəsini bitirdikdən sonrakı növbəti 2 tədris ili üçün, beynəlxalq müsabiqənin və ya yarışın qalibi isə tam orta təhsil səviyyəsini bitirməklə qalibiyyət əldə etdikdən sonrakı növbəti 5 tədris ili üçün ali təhsil müəssisəsinə tələbə qəbulunda yalnız bir dəfə müsabiqədənkənar qəbul olunmaq hüququ vardır. (Müsabiqədənkənar qəbulun aparıldığı ixtisaslar, beynəlxalq və respublika fənn olimpiadalarının siyahısı, beynəlxalq müsabiqələrin və yarışların siyahısı Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 229 nömrəli Qərarında əks olunmuşdur.) Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibləri (indiyədək müvafiq sənədlərini DİM-ə təqdim etməyənlər) 13 may – 30 iyun 2026-cı il tarixlərində aşağıda göstərilən sənədlərin fotosurətlərini Dövlət İmtahan Mərkəzinə (Bakı ş., akad.H.Əliyev küç., 299 və Binəqədi rayonu, S.S.Axundov küç., 50) və ya onun regional bölmələrinə təqdim etməlidirlər: ümumi qaydada təsdiq olunmuş “Abituriyent elektron ərizəsi” formasının surəti; beynəlxalq fənn olimpiadasının, yaxud respublika fənn olimpiadasının, beynəlxalq müsabiqənin və ya yarışın qalibi olduğunu təsdiq edən sənədin fotosurəti, müvafiq tədbirin keçirildiyi ölkə, tarix və nəticələrin əks olunduğu rəsmi sayt barədə məlumat. Mərkəz göstərilən sənədlərin həqiqiliyini və onu təqdim edən şəxsə məxsus olmasını həmin olimpiadaların, müsabiqələrin və yarışların keçirildiyi ölkənin müvafiq qurumlarının və ya onları təşkil edən qurumların (o cümlədən, beynəlxalq qurumların) olimpiadaların, müsabiqələrin və yarışların qaliblərinə dair məlumat bazası üzərindən yoxlamaq hüququna malikdir. Beynəlxalq fənn olimpiadasının, beynəlxalq müsabiqə və yarışın qalibi olan Azərbaycan Respublikasının vətəndaşı 4.2-ci bənddə göstərilən sənədlərin fotosurəti ilə yanaşı, həmin sənədlərin notarial qaydada təsdiq edilmiş Azərbaycan dilinə tərcüməsini də Mərkəzə göndərməlidirlər. Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul olunmaq istəyənlər göstərilən sənədlərlə yanaşı, həmin təhsil müəssisəsində yaradılmış Sənəd Qəbulu Komissiyasına sağlamlıq və fiziki vəziyyətləri haqqında arayış, tərcümeyi-hal və həmin təhsil müəssisəsinin Nizamnaməsində nəzərdə tutulmuş digər məlumatları təqdim etməlidirlər", - məlumatda bildirilib.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
“Qalatasaray”ın futbolçusuna İstanbulda hücum oldu: yumruqlu dava... – 32 yaşlı şəxsin elə mesajları ortaya çıxdı ki... (FOTO)
Bugün, 12:04 İDMAN
-
134 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi aparılacaq
Bugün, 12:01 İQTİSADİYYAT
-
Bakı, Sumqayıt və Abşeronun bəzi ərazilərində su kəsiləcək
Bugün, 11:54 CƏMİYYƏT
-
İlham Əliyev Slovakiya Milli Şurası sədrini qəbul edib - Müzakirə + FOTOLAR
Bugün, 11:51 GÜNDƏM
-
Bakı məktəblərində distant dərslər... - Hansı formada keçiriləcək?
Bugün, 11:38 GÜNDƏM
-
Mehdi Cavadov bu qurumda müşavir oldu (Yenilənib)
Bugün, 11:32 CƏMİYYƏT
-
"Qalatasaray" Vilfrid Sinqo ilə yollarını ayırır
Bugün, 11:28 İDMAN
-
Bakıda polis əməliyyatı: 30 və 41 yaşlı şəxslərin saxlanma anı + VİDEO
Bugün, 11:23 KRİMİNAL
-
Elnarə Rzayevaya şamil edilən amnistiya aktı ləğv edildi
Bugün, 11:16 KRİMİNAL
-
Ukrayna və Rusiya arasında qarşılıqlı hücum davam edir
Bugün, 11:03 GÜNDƏM
-
DİM-dən fənn olimpiadalarının qaliblərinə - Müraciət
Bugün, 11:01 CƏMİYYƏT
-
Zakir Həsənov Slovakiyada "IDEB 2026" sərgisində iştirak edib
Bugün, 10:49 GÜNDƏM
-
Türkiyə-Ermənistan sərhədi açılır? – Rəsmi Ankaradan mühüm mesajlar verildi
Bugün, 10:34 SİYASƏT
-
“BYD”- SİRLİ UĞUR VƏ GÖZLƏNILƏN ÇÖKÜŞ...- Azərbaycan bazarını da tutan bu Çin markasını nə gözləyir?
Bugün, 10:27 İQTİSADİYYAT
-
Türkiyənin daha bir bələdiyyəsində əməliyyat: 25 nəfər qandallandı
Bugün, 10:14 KRİMİNAL
-
"e-Tabib" "mygov"a tam inteqrasiya olundu
Bugün, 10:09 CƏMİYYƏT
-
BİR QARDAŞ VƏZİFƏDƏ, O BİRİ İSƏ TENDERDƏ... - ADSEA-da "zerkalnı tender"ə kimin sahibləndiyi bəlli oldu
Bugün, 10:01 GÜNDƏM
-
Vado Korovinin kürəkəni: “Bu barədə heç nə yaymayın, yoxsa..."
Bugün, 09:41 PRESS
-
Azərbaycan neftinin qiyməti 115 dolları ötdü
Bugün, 09:38 İQTİSADİYYAT
-
Daha 3 itkin şəhidin şəxsiyyəti müəyyənləşdirilib
Bugün, 09:34 GÜNDƏM
-
BƏƏ-də parçalanma riski: İsrail ilə münasibətlər və daxili narazılıq faktorları (TƏHLİL)
Bugün, 09:26 SİYASƏT
-
Lökbatanda nəhəng anbarda yanan nəhəng şirkətlərin maalları... - AÇIQLAMALAR + VİDEO, FOTOLAR (YENİLƏNİB)
Bugün, 09:20 GÜNDƏM
-
Gizli sənədlər media sızdı: “İran gücünü qoruyub” - Tramp “axmaqlar” deyib qəzəbləndi
Bugün, 09:14 SİYASƏT
-
"Avroviziya 2026”: 10 ölkə təmsilçisi finala yüksəldi - SİYAHI
Bugün, 09:00 MƏDƏNİYYƏT
-
DÜNYANIN GÖZÜ ÇİNDƏ - Tramp-Si görüşünün əsas mövzuları....
Bugün, 08:49 GÜNDƏM
-
"Biz cəmiyyət olaraq buna susmayacağıq" - ANS-in keçmiş əməkdaşı TƏBİB-in yeni rəhbərliyinə meydan oxudu
Bugün, 08:30 CƏMİYYƏT
-
İsrail Livana yenə zərbə endirib – 15 nəfər ölüb, yaralılar var
Bugün, 08:22 DÜNYA
-
Tramp yeni xəritə yaydı - Venesuelanı ABŞ-ın 51-ci ştatı kimi təqdim elədi
Bugün, 08:13 DÜNYA
-
Zəngilan və Cəbrayıla növbəti köç olub
Bugün, 08:10 GÜNDƏM
-
İranın ABŞ-dan əsas tələbləri: “Bu, haqlı şərtlərimizdir”
Bugün, 00:26 GÜNDƏM
-
Super Liqa: yeni mövsüm nə vaxt başlayacaq?
Bugün, 00:14 İDMAN
-
DÇ-2026: İsveç yığmasının heyəti açıqlandı
Bugün, 00:10 İDMAN
-
Müğənni Rəqsanə plastik əməliyyatdan sonra... - FOTO
Bugün, 00:07 ŞOU-BİZNES
-
Rusiyanın 35 min uzaqlıqdakı hədəfi vuran "Sarmat"ı: “Bu, Qərb raketlərindən dörd dəfə güclüdür və…”
Bugün, 00:03 GÜNDƏM