Daha 3 itkin şəhidin şəxsiyyəti müəyyənləşdirilib

Daha 3 itkin şəhidin şəxsiyyəti müəyyənləşdirilib

GÜNDƏM

Bugün, 09:34

Birinci Qarabağ müharibəsinin şəxsiyyəti müəyyənləşdirilən daha 3 itkin-şəhidi dəfn ediləcək.

Mia.az xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

Bildirilib ki, Birinci Qarabağ müharibəsində itkin düşən, daha sonra nəşi tapılaraq şəxsiyyəti müəyyənləşdirilən Rafiq Şirvan oğlu Cəfərov, Ələddin Həzi oğlu Həziyev və Zaur İmamqulu oğlu Sadıqov mayın 15-də Füzuli rayonunda dəfn ediləcək.

Onlardan Rafiq Cəfərov Əbdülrəhmanlı kənd qəbiristanlığında, digər iki itkin-şəhid isə İşıqlı kənd qəbiristanlığında torpağa tapşırılacaq.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR