Super Liqa: yeni mövsüm nə vaxt başlayacaq?

Super Liqa: yeni mövsüm nə vaxt başlayacaq?  

İDMAN

Bugün, 00:14

Türkiyə Futbol Federasiyası (TFF) növbəti mövsüm üzrə liqa oyunlarının təqvimini açıqlayıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, TFF-nin qərarına əsasən, Trendyol Super Liqası, Trendyol 1. Liqası, Nesine 2. Liqası və Nesine 3. Liqası üçün 2026-2027 mövsümü üçün planları müəyyənləşib.

Qərara görə, 2026-2027-ci illər Super Liqa mövsümü 14 avqustda başlayacaq və ilk yarısı 18, 19, 20 və 21 dekabrda oynanılacaq 16-cı həftə oyunları ilə başa çatacaq. Mövsümün İkinci hissəsi 15, 16, 17 və 18 yanvar 2027-ci ildə başlayacaq və 23 may 2027-ci ildə başa çatacaq.

1-ci Liqa mövsümü 7 avqustda başlayacaq, may 2027-ci ildə başa çatacaq.

2-ci və 3-cü Liqaların ilk oyunları 5 sentyabrda başlayacaq.

Fərid ASLAN

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR