Trampın "İranın 3 günü qalıb" measajına Tehran belə cavab verdi: “4 qat cavab olacaq"

Trampın \"İranın 3 günü qalıb\" measajına Tehran belə cavab verdi: “4 qat cavab olacaq\"

İQTİSADİYYAT

Bugün, 09:01

ABŞ və İran arasında danışıqlar və bahalaşan neftlə bağlı artan gərginlik qarşılıqlı sərt açıqlamalarla davam edir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu kontekstdə ABŞ prezidenti Donald Tramp "İranın neft infrastrukturunun məhvinə 3 gün qalıb" təhdidini səsləndirib.

Məlumata görə, bu təhdidə rəsmi Tehrandan çox sərt cavab verilib.

İranın vitse-prezidenti İsmayıl Sakab İsfahani bu təhdidə "od püskürüb":

“Tramp deyir ki, İran neftini nə saxlaya, nə də ixrac edə bilməyəcək. Üstəlik, qeyd edir ki, İranın bütün neft kəmərlərinin məhvinə 3 gün qalıb. Biz də deyirik ki İrana hücum halında dərhal və daha sərt cavabsız olacaq, bölgədəki bütün neft yataq və kəmərləri vurulacaq. Əgər neft infrastrukturumuz hər hansı bir şəkildə zərbə dəyərsə, təcavüzkarı dəstəkləyən ölkələrin infrastrukturuna dörd qat zərər vuracağımıza tam zəmanət veririk. Bilin, bir neft quyusuna əvəz olaraq 4-ü vurulacaq. Cavabımız birə 4 olacaq. Bunu da hər kəs bilsin!”.

Samir MUSAYEV

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR