“Space TV” qaynayır: qohumların idarəçiliyi, yoxlama və...
PRESS
Bugün, 09:39
“Space TV” ətrafında yaranan qalmaqal getdikcə böyüyür.
Telekanal daxilindən əldə edilən məlumatlara görə, kanal rəhbəri Vado Korovinin təyinatından sonra uzun illər televiziya sahəsində fəaliyyət göstərən peşəkar əməkdaşların sistemli şəkildə işdən uzaqlaşdırılması prosesi həyata keçirilib.
Mia.az xəbər verir ki, mənbələrin Reyting.az-a bildirdiyinə görə, televiziya sektorunda tanınmış və peşəkar fəaliyyəti ilə seçilən Elçin Əlibəyli, Rauf Rəcəbov, Zamirə Dadaşova, Eldəniz Elgün, İman Məcidov, Könül Quliyeva, Turan İbrahimov, Zaur Məmmədov, Kamil Eldaroğlu kimi tanınmış similar, eləcə də xeyli sayda rejissor, redaktor və operatorları Vado Korovin işə başlayan kimi müxtəlif bəhanələrlə vəzifələrindən uzaqlaşdırıb.
Qohumlar rəhbərliyə gətirilib
İddialara görə, peşəkar kadrların yerinə rəhbərin ailə üzvləri və yaxın çevrəsi yerləşdirilib. Telekanalda rəhbər postlara Vado Korovinin kürəkəni, qızı, qızının rəfiqəsi, kürəkəninin qardaşı və yaxın münasibətdə olduğu digər şəxslər təyin olunub.
Mənbələr iddia edir ki, bu şəxslərin bir çoxunun televiziya sahəsində nə təcrübəsi, nə də peşəkar bilikləri var. Buna baxmayaraq, onlar kanalın strateji və idarəedici strukturlarında mühüm postlar tuturlar.
Xəbərlər redaksiyasına təhsil tələbi olmayan təyinat
Narazılıq doğuran son qərarlardan biri isə xəbərlər kimi strateji əhəmiyyət daşıyan redaksiyaya ali təhsili olmadığı bildirilən Pərvin adlı şəxsin baş redaktor təyin edilməsidir. Kanal əməkdaşlarının sözlərinə görə, bu təyinat kollektivdə ciddi narazılıq və etiraz yaradıb. Bir çox əməkdaş bu addımı peşəkarlığa və media prinsiplərinə zidd qərar kimi qiymətləndirir.
Rəhbərin iş yerindən uzaq qaldığı iddia olunur
Məlumata görə, şirkət rəhbərinin iş prosesində aktiv iştirakı demək olar ki, minimum səviyyəyə enib. İddia olunur ki, o, həftə ərzində cəmi iki-üç gün iş yerində görünür, qalan vaxtını isə Badamdar qəsəbəsində yerləşən və ictimaiyyət üçün naməlum olan villada keçirir. İddia olunur ki, rəhbərin işdən faktiki uzaqlaşması şirkətin idarəetmə mexanizmlərində ciddi boşluqlar yaradıb.
Telekanalda faktiki idarəetmə kürəkənə həvalə edilib
İddialara əsasən, telekanalda əsas idarəçilik səlahiyyətləri rəhbərin kürəkəni, icraçı direktor Nəriman Abduləliyevin əlində cəmlənib. Məhz o, struktur və kadr qərarlarından tutmuş efir siyasətinə qədər bir çox mühüm məsələlərə nəzarət edir. Lakin kollektiv daxilindən danışan şəxslər bildirirlər ki, Abduləliyevin televiziya sahəsində kifayət qədər peşəkar təcrübəsi yoxdur və bu səbəbdən onun qəbul etdiyi bir sıra qərarlar əməkdaşlar tərəfindən anlaşılmır və qeyri-peşəkar hesab edilir.
Qərarlar qeyri-peşəkardır - kollektivdən narazılıq səsləri
Mənbələr bildirir ki, son dövrlərdə verilən bəzi qərarlar telekanal daxilində narazılıqları artırıb, peşəkar kadrların proseslərdən uzaqlaşdırılması və idarəetmədə şəxsi münasibətlərin üstün tutulması halları müşahidə olunub. Bu isə kanalın ümumi iş mühitinə və məhsuldarlığına mənfi təsir göstərən əsas amillərdən biri kimi qiymətləndirilir.
Milli kadrlara qarşı qərəz iddiaları
Telekanal daxilində milli kadrlara münasibətlə bağlı da ciddi iddialar səsləndirilir. Məlumat verən şəxslərin sözlərinə görə, Vado Korovinin yerli mütəxəssislərə qarşı qərəzli münasibət bəslədiyi, onları rəhbər vəzifələrdə və strateji mövqelərdə görmək istəmədiyi bildirilir. İddialara əsasən, milli kadrların irəli çəkilməsi əvəzinə onların müxtəlif üsullarla sıxışdırılması və qərarvermə prosesindən kənarda saxlanılması halları müşahidə edilir.
Yoxlamalar davam edir
Xatırladaq ki, bir müddət əvvəl telekanalda maliyyə pozuntuları, idarəetmədə qeyri-şəffaflıq və vəzifə səlahiyyətlərindən sui-istifadə iddiaları ilə bağlı dövlət qurumları tərəfindən genişmiqyaslı yoxlamalara başlanıldığı barədə ölkə KİV-lərində məlumat yayılmışdı.
Müşahidəçilər hesab edir ki, ortaya atılan bu yeni iddialar yoxlamaların nəticələrinə ciddi təsir göstərə və telekanal rəhbərliyində genişmiqyaslı dəyişikliklərə səbəb ola bilər.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
İRAN TƏKZİB ETDİ: "Hər hansı görüş üçün razılq yoxdur”
Bugün, 14:59 GÜNDƏM
-
Namizəd Səfərovun həbs müddəti uzadıldı - Məhkəmə qərarı
Bugün, 14:53 SİYASƏT
-
"İndi qadınlar biznes qurur, ictimai təşəbbüslərə rəhbərlik edir və..." - Leyla Əliyeva
Bugün, 14:44 SİYASƏT
-
Ərdoğan tələb etdi, Kamal Kılıçdaroğlu haqda həbs qərarı çıxarıldı - 11 ay 20 günlük...
Bugün, 14:31 GÜNDƏM
-
Prezident İlham Əliyev daha bir səfiri qəbul etdi - FOTO (Yenilənib)
Bugün, 14:29 GÜNDƏM
-
Prezident Esvatini Krallığının səfirini qəbul edib - FOTO (Yenilənib)
Bugün, 14:24 GÜNDƏM
-
Azərbaycanlı müğənni sevgilisi tərəfindən döyüldü – VİDEO
Bugün, 14:21 MƏDƏNİYYƏT
-
Sabiq icra başçısı azadlığa buraxıldı
Bugün, 14:09 GÜNDƏM
-
"Televiziyadan öz istəyimlə uzaqlaşdım" - "Daha böyük problemlərlə məşğulam"
Bugün, 13:59 MƏDƏNİYYƏT
-
Canlı yayımda sensasiyalı iddia: İsrail Türkiyəyə müharibə elan edəcək, ABŞ çətin vəziyyətdə qalıb
Bugün, 13:39 GÜNDƏM
-
Pakistandan ABŞ-İran danışıqları barədə mühim mesaj: “Növbəti görüşün tarixi bəlli deyil”
Bugün, 13:21 GÜNDƏM
-
QARABAĞA KÖÇ DAVAM EDİR
Bugün, 13:21 GÜNDƏM
-
Türkiyədə 19 yaşlı uşaq liseydə dəhşət saçdı: 16 nəfər yaralandı, sonra isə…- FOTOLAR
Bugün, 12:53 KRİMİNAL
-
Sabahın hava proqnozu açıqlanıb
Bugün, 12:47 CƏMİYYƏT
-
Prezident yeni səfiri qəbul etdi - FOTOLAR
Bugün, 12:21 GÜNDƏM
-
Bəzi rayonlarda yağış intensivləşəcək - Xəbərdarlıq
Bugün, 12:16 GÜNDƏM
-
Hörmüz boğazı ətrafında qalmaqal böyüyür - Pekin “mən də buradayam” deyir (TƏHLİL)
Bugün, 12:16 SİYASƏT
-
Milli Məclisin Aparat rəhbərinə yeni müavin təyin olunub
Bugün, 12:05 GÜNDƏM
-
Füzulidə mina partlayışı olub - Agentlik əməkdaşı həyatını itirib
Bugün, 11:49 GÜNDƏM
-
“Levıy” işıq, su və qazın cəriməsi - Nə qədərdir?
Bugün, 11:35 CƏMİYYƏT
-
Vəzifəli şəxslərin cinayət işi məhkəməyə göndərildi - Baş Prokurorluq açıqlama yaydı
Bugün, 11:19 KRİMİNAL
-
“Sakaryaspor” 2-ci liqaya “yuvarlandı
Bugün, 11:10 İDMAN
-
“Azərlotereya” çempion axtarır!
Bugün, 11:05 İQTİSADİYYAT
-
Ermənistana dizel yanacağı və gübrə daşıyan qatar Biləcəridən yola düşüb
Bugün, 10:55 GÜNDƏM
-
Azərbaycan hüququnda mirasın faktiki qəbulu institutunun transformasiyası... - Aysu Nəbizadə yazır
Bugün, 10:35 CƏMİYYƏT
-
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
Bugün, 10:33 GÜNDƏM
-
Sosial mediada yenə fırıldaqçılar peyda olub - Qüdrət Nəzərli “Lucce Decor” adı altında vətəndaşları aldadır
Bugün, 10:09 CƏMİYYƏT
-
Seyfəddin Dəmirli son anda imtina edibmiş - Sənədlər guya İngiltərədə təsdiqlənib
Bugün, 10:02 SİYASƏT
-
Associated Press: “İran və ABŞ heyətləri arasında növbəti görüş…”
Bugün, 09:54 GÜNDƏM
-
“Space TV” qaynayır: qohumların idarəçiliyi, yoxlama və...
Bugün, 09:39 PRESS
-
Azərbaycan nefti daha 6 dollar bahalaşdı - Qara qızıl neçəyə satılır?
Bugün, 09:22 İQTİSADİYYAT
-
Bakıda beynəlxalq konfrans keçirilir
Bugün, 09:07 SİYASƏT
-
Trump İsa obrazlı fotosunu sildi - FOTO
Bugün, 00:37 SİYASƏT
-
Burak Yılmaz istefa verdi: “Bu hakimlərlə mümkün deyil”
Bugün, 00:23 İDMAN