Azərbaycan CNN-ə qarşı iddia qaldırıb - Səbəb
PRESS
18.08.2026, 17:32
Azərbaycan ABŞ-nin federal məhkəməsində CNN-ə qarşı iddia qaldırıb.
Məlumata görə, məhkəmə iddiasına səbəb Azərbaycana qarşı əsassız və təxribat xarakterli iddiaların yer aldığı məqalənin dərc edilməsidir.
2026-cı il iyunun 5-də CNN-nin dərc etdiyi məqalədə Azərbaycan ərazisinin güya İsrail tərəfindən İrana qarşı hərbi və kəşfiyyat əməliyyatlarının həyata keçirilməsi üçün istifadə edildiyi barədə bir sıra təxribat xarakterli iddialar yer alıb.
Məqalədə, iddia olunur ki, guya İsrail xüsusi təyinatlıları Azərbaycanın cənubunda, İran sərhədinə yaxın bir neçə ərazidə fəaliyyət göstərir, həmin məntəqələrdən kəşfiyyat və pilotsuz uçuş aparatları əməliyyatlarını həyata keçirir, guya İsrail Azərbaycanda dinləmə cihazları və digər kəşfiyyat avadanlıqları əvvəlcədən yerləşdirib və bunun İrana qarşı sonrakı əməliyyatlara hazırlıq məqsədi daşıyıb.
Qeyd edək ki, CNN materialın dərcindən əvvəl Azərbaycan tərəfinin mövqeyindən xəbərdar olub. Belə ki, CNN-nin sorğusuna cavab olaraq, Azərbaycan tərəfi bu iddiaları əvvəlcədən rəsmən təkzib edib və Azərbaycan ərazisinin hər hansı üçüncü dövlət tərəfindən İrana qarşı hərbi və ya kəşfiyyat məqsədləri üçün istifadəsinə icazə verilmədiyini bildirib.
Amma belə bir cavaba baxmayaraq materialda Azərbaycanın təqdim etdiyi mövqenin adekvat şəkildə əks etdirilməyib, əsas iddialar isə anonim mənbələrə istinadla təqdim edilib.
Azərbaycan ərazisinin xarici qüvvələr tərəfindən qonşu və üçüncü ölkələrə qarşı istifadəyə imkan verilmədiyi barədə dəfələrlə verilmiş bəyanatlara baxmayaraq, CNN-də saxta iddialarla dolu məqalənin qəsdən dərc edilməsi Azərbaycanın haqlı narazılığına səbəb olub.
Material dərc edildikdən sonra Azərbaycan tərəfi CNN-dən sözügedən iddiaların təkzib edilməsini və materiala düzəliş verilməsini rəsmən tələb edib. Məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi tərəfindən də müvafiq açıqlama verilib.
İyunun 6-da, 23-də və iyulun 2-də Azərbaycan tərəfi CNN-ə rəsmi təkrar məktublar göndərərək materialda yer alan iddiaların təkzib edilməsini və düzəlişlərin aparılmasını tələb edib.
CNN Azərbaycanın haqlı tələblərini araşdırmağa söz versə də, bu müddət ərzində heç bir əməli tədbir görməyib və irəli sürdüyü saxta iddiaları təkzib etməyib.
Belə olan təqdirdə Azərbaycan CNN-ə qarşı ABŞ-ın Delaver ştatı üzrə federal məhkəməsində (media qurumunun rəsmi təsis edildiyi ştatda) iddia qaldırıb və iddia tələbi 17 avqust 2026-cı il tarixində rəsmən məhkəməyə təqdim edilib.
Qeyd edək ki, CNN materialının müəlliflərindən biri olan Tim Listerin əvvəlki materiallarında da Azərbaycanla bağlı birtərəfli yanaşma müşahidə edildiyi məlumdur. Onun 2020-ci il Vətən müharibəsi və 2023-cü ildə anti-terror tədbirləri zamanı da dərc etdiyi məqalələrdə Azərbaycana qarşı qərəzli iddialar yayımlaması məlumdur/Report
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
"Azərbaycanda hər üç nəfərdən ikisi oxuduğunu başa düşmür" - Nazir elə açıqlama verdi ki...
Bugün, 13:55 SİYASƏT
-
8 ayda 1448 nəfər işdən azad olunub? - "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”ndə nə baş verir?
Bugün, 13:23 GÜNDƏM
-
Rusiya Kiyevə növbəti dəfə zərbə endirib - İki nəfər ölüb, 10 nəfər yaralanıb
Bugün, 13:11 DÜNYA
-
Rezidenturaya boş qalan plan yerlərinə ixtisas seçimi başlayıb
Bugün, 13:05 GÜNDƏM
-
İrandan Azərbaycana PUA ilə narkotik keçirmək istəyiblər
Bugün, 12:53 KRİMİNAL
-
YAP-ın VIII Qurultayına hazırlığa start verildi
Bugün, 12:50 SİYASƏT
-
Prezident İlham Əliyev Qordana Silyanovska-Davkovaya məktub göndərib - MƏTN
Bugün, 12:40 GÜNDƏM
-
AFFA klubları cərimələyib
Bugün, 12:36 İDMAN
-
Sabah hava necə olacaq? - Proqnoz
Bugün, 12:14 CƏMİYYƏT
-
Azərbaycan İnvestisiya Holdinqində gözlənilməz dəyişiklik - Əli Əsədov Əlixanovu vəzifədən azad etdi, "PAŞA Holdinq"in rəsmisini yüksək vəzifəyə gətirdi
Bugün, 12:09 GÜNDƏM
-
Baham adalarında kiçik təyyarə yoxa çıxdı - Eyni ailənin 4 üzvündən xəbər yoxdur
Bugün, 11:56 DÜNYA
-
Çempionlar Liqası: bu gecə 6 oyun olacaq
Bugün, 11:44 İDMAN
-
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib - FOTOLAR
Bugün, 11:35 CƏMİYYƏT
-
Dünya Bankı Azərbaycanda aqrar sektor ilə bağlı əsas prioriteti açıqlayıb
Bugün, 11:33 İQTİSADİYYAT
-
DİM boş qalan yerlərə qəbul elan edib
Bugün, 11:17 GÜNDƏM
-
Sosial mediada "hoqqa" verən "blogerlər"in hesabı bloklanıb - Aralarında tanınmış simalar da var
Bugün, 11:06 PRESS
-
Kılıçdaroğlu İmamoğlunu "siyasi məhbus" saymır: "Özgür Özəl və tərəfdarlarının gedişi isə..."
Bugün, 10:58 SİYASƏT
-
Hakan Çalhanoğlu geyimi ilə gündəm oldu - FOTOLAR
Bugün, 10:49 İDMAN
-
İki kollecdə təyinatlar olub
Bugün, 10:31 CƏMİYYƏT
-
Küləkli havada 4 nəfər xəsarət alıb
Bugün, 10:25 CƏMİYYƏT
-
"Qalatasaray"ın sabiq futbolçusu yeni klubla anlaşdı
Bugün, 10:21 İDMAN
-
"Zəngulə” romanı - Şahidlik nəsri və müharibənin qlobal anatomiyası
Bugün, 10:09 PRESS
-
Fərid Şəfiyev: "Cənubi Qafqazda yeni geosiyasi landşaft formalaşıb"
Bugün, 10:02 SİYASƏT
-
Ağ Ev dəhlizlərində qısqanclıq krizi: Melaniya kimdən narahat olub? - "Mənim üçün ən dəyərli sənsən, əgər səhv etsəm..." (FOTO)
Bugün, 09:50 GÜNDƏM
-
Türkiyədə meşə yanğını: əhali yaşayış məntəqələrindən təxliyə olunub - FOTOLAR
Bugün, 09:32 GÜNDƏM
-
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Bugün, 09:19 İQTİSADİYYAT
-
Hacıqabulda avtomobil aşıb: 2 nəfər ölüb, 5 nəfər xəsarət alıb
Bugün, 09:13 KRİMİNAL
-
CHP-dən qovulan bələdiyyə sədri məhkəmədə huşunu itirdi
Bugün, 09:00 SİYASƏT
-
"Bavariya" "Qalatasaray"dan aldığı futbolçunu satışa çıxardı
Bugün, 00:24 İDMAN
-
Türkiyədə həbsdə olan kürd siyasətçi azadlığa buraxılır
Bugün, 00:24 DÜNYA
-
Bayılda külək binanın fasadını qopardı - VİDEO
Bugün, 00:17 CƏMİYYƏT
-
Sədr və qardaşına yaxın vəzifəlilər AZAL-dan uzaqlaşdırılıb - Yoxlamanın nəticəsi nə vaxt elan olunacaq?
Bugün, 00:12 GÜNDƏM
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:00 MƏDƏNİYYƏT
-
Deputatın qardaşı və qardaşı arvadı haqqında qərar verildi - Ölkədən çıxışa qadağa və...
07.09.2026, 21:31 DÜNYA