Xarici İşlər Nazirliyi məlumat yayıb
07-03-2026 [16:20]
Hazırda BƏƏ hava məkanının yenidən bağlı olduğu nəzərə alınaraq Yaxın Şərqdə Azərbaycan vətəndaşlarının ölkəyə qaytarılması istiqamətində zəruri planlaşdırma işləri aparılır.
Mia.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Körfəz ölkələrindəki Azərbaycanın diplomatik missiyalarına verilmiş tapşırıq əsasında təxliyə üçün vətəndaşlarımızın siyahıya alınması həyata keçirilib:
"İlkin siyahıyaalma nəticələrinə əsasən 5 ölkədə təxminən 1000 Azərbaycan vətəndaşı təxliyə üçün müraciət edib. Birləşmiş Ərəb Əmirliklərindən 490 nəfər, Səudiyyə Ərəbistanından 220 nəfər, Qətərdən 200 nəfər, Bəhreyndən 23 nəfər, Küveytdən 26 nəfərdir.
Azərbaycan vətəndaşları üçün əsas turizm istiqamətlərindən biri olan Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) və xüsusilə də Dubay şəhərində Azərbaycanın Baş konsulluğunun "FlyDubai" aviaşirkəti ilə apardığı danışıqlar nəticəsində Dubay-Bakı istiqamətində uçuşlar BƏƏ hava məkanı məhdud açıldıqdan sonra həyata keçirilməyə başlanıb. Qeyd olunan istiqamət üzrə 3-5 mart tarixlərində həyata keçirilmiş uçuşlarla 755 nəfər Azərbaycan vətəndaşı ölkəyə geri qayıdıb.
Təxliyəyə ehtiyac duyulan ikinci əsas istiqamət olan Səudiyyə Ərəbistanı üzrə martın 4-də Azərbaycan Hava Yollarına məxsus xüsusi təyyarə reysi ilə Ciddə şəhərindən 193 nəfər Azərbaycan vətəndaşı (bundan əlavə, 9 nəfər Gürcüstan vətəndaşı olan azərbaycanlı və 5 nəfər Rusiya vətəndaşı olan azərbaycanlı) (ümumi 207 nəfər) Azərbaycana təxliyə olunub. Bundan əlavə, Qətər Dövləti, Bəhreyn Sultanlığı və Səudiyyə Ərəbistanında qeydiyyata düşmüş vətəndaşlar Azərbaycanın diplomatik missiyalarının təşkil etdiyi müvafiq avtobuslarla Ciddəyə nəqli həyata keçirilib və AZAL-a məxsus Ciddə-Bakı reysi ilə 7 mart 2026-cı il tarixində təxliyə olunaraq 203 nəfər (2 nəfər Rusiya vətəndaşı olan azərbaycanlı, 1 nəfər Gürcüstan vətəndaşı olan azərbaycanlı daxil olmaqla) ölkəyə geri qayıdıb.
Məlumatda bildirilib ki, İranda olan vətəndaşların maneəsiz şəkildə Azərbaycana quru yolu ilə keçə bilməsi üçün Nazirlər Kabineti yanında Operativ Qərargah qərar qəbul edib və aidiyyəti dövlət qurumlarına göstəriş verilib:
İndiyə qədər 300 nəfər Azərbaycan Respublikası vətəndaşı İrandan quru yolla Azərbaycana gəlib".
8 Mart – Beynəlxalq Qadınlar Günü haqqında 10 maraqlı fakt
AZƏRBAYCAN QADINI - Qulu AĞSƏS YAZIR
Xarici İşlər Nazirliyi məlumat yayıb
Trampdan İran prezidentinin üzrünə reaksiya: "Minilliklər ərzində ilk dəfədir ki, İran Yaxın Şərq ölkələrinə uduzur"
"Azəriqaz" 10 il əvvəl ölən şəxsə 3444 manat cərimə yazıb - Məhkəmə anormal aktı ləğv edib
Qadın Liderləri Zirvəsi ictimaiyyətə çağırışlar etdi - FOTOLAR
İRAN PREZİDENTİ QONŞU ÖLKƏLƏRDƏN ÜZR İSTƏDİ: "Qərar verildi ki..."
TƏHSİL: BİR ÖRNƏK, BİR NÜMUNƏ... - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
ABŞ yeni silah istehsalını dört qat artırır - Tramp şirkət rəhbərlərini topladı, tapşırıq verildi
Afət Fərmanqızı axtarışa verildi: "Di gedin dincəlin"
Bakıda ata və oğlu dəm qazından ölüb
Samuxda oğul anasını bıçaqlayıb
Ceyhun Bayramov Türkiyəyə gedib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır (YENİLƏNİB)
"Belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır" - MEDİA-dan daha bir xəbərdarlıq
"Sabah"ın baş məşqçisi Mia.az-a danışdı: "Bütün sualların cavabını bilsəydim...." - VİDEO
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir
“Çovdar nekropolu” kitabı ictimaiyyətə təqdim edilib
Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişib - DİM açıqladı
Baş nazir Əli Əsədov yeni əmr imzalayıb
"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub - FOTOLAR
Xocalının iki kəndinə növbəti köç olub
AFFA "Neftçi"ni cərimələyib
ABŞ-ın daha bir qırıcısı vuruldu - FOTOLAR