Trampdan İran prezidentinin üzrünə reaksiya: "Minilliklər ərzində ilk dəfədir ki, İran Yaxın Şərq ölkələrinə uduzur"

img

07-03-2026 [15:39]


İran bu gün çox güclü zərbə alacaq.

Bunu ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında yazıb.

ABŞ Prezidentinin sözlərinə görə, İranın “pis davranışı” səbəbindən əvvəllər hədəf hesab edilməyən ərazilər və qruplar indi hücuma məruz qala bilər.

Tramp qeyd edib ki, hazırda bərbad vəziyyətdə olan İran Yaxın Şərqdəki qonşularından üzr istəyib və onlara bir daha atəş açmayacağına söz verib: “Bu vəd yalnız ABŞ və İsrailin amansız hücumlarına görə verildi. Onlar Yaxın Şərqi ələ keçirmək və nəzarətdə saxlamaq istəyirdilər. Minilliklər ərzində ilk dəfədir ki, İran ətrafdakı Yaxın Şərq ölkələrinə uduzur"./APA


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA