Azərbaycanda yeni "xidmət": "Qurbağalar dalaşanda ayırırıq" - VİDEO
CƏMİYYƏT
28.02.2026, 09:03
Ağcabədi rayonunda kanallara nəzarət üçün təhkim olunduğu bildirilən qadın əməkdaşlar iş şəraitindən narazı olduqlarını qeyd ediblər.
Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkələrdə yayılıb.
İddialara görə, kanalda su olmadığı halda belə, əməkdaşlardan səhər saat 09:00-dan axşam saat 18:00-dək kanal kənarında dayanmaq və hər iki saatdan bir videogörüntü çəkərək aidiyyəti quruma göndərmək tələb olunur.
"Vəzifəm hidrotexniki qurğulara nəzarətdir, əvəzində zibilə, qamışlara baxırıq, qurbağalar dalaşanda ayırırıq", - deyə qadın əməkdaşlardan biri gileylənir.
Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) verilən məlumatda videoda yer alan şəxslərin qurumun əməkdaşları olduqları təsdiqlənib.
Qeyd olunub ki, görüntünü çəkən şəxs də ADSEA-nın əməkdaşı olub və işə gəlmədiyi üçün işdən azad edilib.
Qurumdan verilən məlumata görə, videoda görünən qadınlar hidrotexnika mühəndisidirlər və onların əsas vəzifələri kanallarda suyun səviyyəsinə nəzarət etməkdir. Bildirilib ki, rayonlarda bu cür ştatlar mövcuddur və əməkdaşlar suyun səviyyəsini, həmçinin suyun verilməsini izləməlidirlər:
"Əməkdaşların kilometrlərlə məsafə qət edərək kanallar boyunca gəzməsi tələb olunmur, onlar adətən yaşadıqları əraziyə yaxın sahələr üzrə müşahidəçi kimi təyin edilirlər. Sözügedən əməkdaşlar iş görməkdən imtina etdikləri üçün qəsdən kanal kənarında dayanaraq video çəkiblər. Məqsədləri isə işə gəlmədən əməkhaqqı almağa nail olmaq olmaqdır".
Qurumun məlumatında o da vurğulanıb ki, heç bir əməkdaşa gün ərzində kanal kənarında dayanaraq mütəmadi videogörüntü göndərmək tapşırığı verilməyib.
"Əsas tələb onların məsul olduqları ərazilərdə kanalların vəziyyətinə nəzarət etmək, mümkün problemlər barədə məlumat verməkdir. Əməkdaşlar işləmək istəmədikləri halda, qanunvericiliyə uyğun olaraq ərizə ilə işdən ayrılmalıdırlar. Əks halda isə üzərilərinə düşən vəzifələri yerinə yetirməlidirlər", - deyə məlumatda qeyd olunub.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Volkan Dəmirəl istefaya göndərildi
Bugün, 10:01 İDMAN
-
İran XİN başçısı iki ölkəyə xəbərdarlıq etdi: "Vəziyyəti çıxılmaz hala gətirməyin”
Bugün, 09:45 SİYASƏT
-
Xəzər dənizində zəlzələ olub
Bugün, 09:28 GÜNDƏM
-
Azərbaycanlı məşqçi yeni komanda ilə anlaşır
Bugün, 09:18 İDMAN
-
Hövsan qəsəbəsində bu gün qaz kəsiləcək
Bugün, 09:13 CƏMİYYƏT
-
Prezident Baş nazirlə görüşündən yeni görüntü paylaşdı - VİDEO
Bugün, 09:08 GÜNDƏM
-
Deutsche Welle Azərbaycanı “qalib” elan edir: Hörmüz böhranı fonunda yeni geosiyasi reallıq (TƏHLİL)
Bugün, 09:01 İQTİSADİYYAT
-
ABŞ İrana məxsus 6 gəmini vurdu: ölənlər var - İrandan cavab hədəsi gəldi
Bugün, 08:57 GÜNDƏM
-
Trampın bu sözü salonda gülüş yaratdı: “Narahat olmayın, hələ 8-9 il prezident olacam”
Bugün, 08:36 SİYASƏT
-
Çində Fişəng fabriki partlayıb - 21 nəfər ölüb, xəsarət alanlar var
Bugün, 08:22 DÜNYA
-
Ağ Evin yaxınlığında atışma olub
Bugün, 00:33 DÜNYA
-
Tramp İranı hədələdi: “Sizi yox edərik”
Bugün, 00:11 GÜNDƏM
-
Putin Ukrayna ilə atəşkəs elan etdi – Bu tarixdə
Bugün, 00:09 GÜNDƏM
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:01 GÜNDƏM
-
Ciorcia Meloninin Azərbaycana işgüzar səfəri başa çatıb
04.05.2026, 22:38 GÜNDƏM
-
Türkiyədə Qurban bayramı tətilinin müddəti uzadıldı
04.05.2026, 22:29 DÜNYA
-
Almaniyada izdihama avtomobil hücumu: terror ehtimalı araşdırılır
04.05.2026, 22:08 DÜNYA
-
İtaliyanın Baş naziri Azərbaycanda - Prezidentlə görüş oldu, birgə bəyanat verildi + VİDEO, FOTOLAR (Yenilənib)
04.05.2026, 21:59 GÜNDƏM
-
İlham Əliyevin adından İtaliya Nazirlər Şurasının sədrinin şərəfinə işçi şam yeməyi verilib - FOTO
04.05.2026, 21:29 GÜNDƏM
-
“Qarabağ” “Turan Tovuz”a qalib gəldi
04.05.2026, 21:06 İDMAN
-
BƏƏ açıqladı: “İrandan ölkəmizə 4 raket atıldı…”
04.05.2026, 19:51 GÜNDƏM
-
Milli Məclis bəyanat yaydı - MƏTN
04.05.2026, 19:19 SİYASƏT
-
"Neftçi" klubunun şikayəti rədd edildi
04.05.2026, 18:36 İDMAN
-
Prezident İlham Əliyev bu görüntünü paylaşdı - VİDEO
04.05.2026, 18:15 GÜNDƏM
-
"İstilik enerjisindən istifadə Qaydaları" təsdiqlənib
04.05.2026, 17:49 CƏMİYYƏT
-
MƏDƏNİYYƏT NAZİRLİYİNİN MƏDƏNİ CAVABLARI...
04.05.2026, 17:44 YAZARLAR
-
Saleh Məmmədovla bağlı yeni qalmaqal – “Bakı”nın 3 məşhuru ölkədən niyə getdi?
04.05.2026, 17:39 İDMAN
-
Nazirlikdən əhaliyə - Xəbərdarlıq
04.05.2026, 17:39 GÜNDƏM
-
İlham Əliyev İrəvandakı "Avropa Siyasi Birliyi"nin sammitinə qatıldı: mühüm mesajlar verildi + VİDEO, FOTOLAR (YENİLƏNİB)
04.05.2026, 17:20 GÜNDƏM
-
İlham Əliyevin İrəvan mesajı: Yeni reallığın elanı və ya Böyük Güclərin rəqabəti (TƏHLİL)
04.05.2026, 17:03 SİYASƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
04.05.2026, 17:00 İQTİSADİYYAT
-
WUF13-ə görə bu yollarda avtobus zolaqları olacaq - SİYAHI
04.05.2026, 16:59 CƏMİYYƏT
-
AMEA ləğv olunur? - Açıqlama
04.05.2026, 16:43 CƏMİYYƏT
-
Kursant ehtiyatsızlıqdan ölüb
04.05.2026, 16:32 GÜNDƏM