İKİ KOMİSSİYA YENİDƏN FORMALAŞDIRILDI - Bu deputatlar üzv oldu

img

02-02-2026 [12:23]


Milli Məclisin Hesablayıcı və İntizam komissiyaları yeni tərkibdə formalaşıb.

Mia.azxəbər verir ki, parlamentin bugünkü plenar iclasında komissiyaların yaradılması haqqında qərar layihələri müzakirəyə çıxarılıb.

Məlumat verilib ki, Hesablayıcı komissiyasının tərkibinə deputatlar Eldar Quliyev, Mixail Zabelin, Sevinc Hüseynova, Naqif Həmzəyev, Rövşən Muradov, Soltan Məmmədov və Səbinə Salmanova daxil ediliblər.

İntizam komissiyasının tərkibinə isə Eldar İbrahimov, Asim Mollazadə, Kamal Cəfərov, Afət Həsənova, Məlahət İbrahimqızı, Kəmaləddin Qafarov, Səttar Möhbaliyev, Nəsib Məhəməliyev, Hikmət Məmmədov, Məşhur Məmmədov, Nizami Səfərov daxil ediliblər.

Hər iki qərar layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
08:40 02.02.2026

Dərslər başlayıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA