BÜTÜN BORCLULARIN NƏZƏRİNƏ: notariusun icra qeydi borclular üçün böyük təhlükə yaradıb - ƏKRƏM HƏSƏNOV YAZIR
13-11-2025 [09:55]
ƏKRƏM HƏSƏNOV,
Vəkil
***
Fərqi yoxdur, kimə borclusunuz: banka və ya digər şəxsə. Xüsusilə əgər borcunuz ipoteka (yəni ev, mənzil, torpaq, avtomobil girovu) ilə təmin edilibsə, bu yazını mütləq oxuyun. Çünki elə bilirsiniz ki, borclu olduğunuz şəxs (yəni kreditor) sizdən borcu və ipotekaya tutmanı yalnız məhkəmə qaydasında tələb edə bilər.
Əslində isə bir müddətdir ki, “İcra haqqında” Qanunun 17.1.4-cü maddəsinə daxil edilmiş maddədən banklar və bank olmayan kredit təşkilatları sui-istifadə etməyə başlayıb. Həmin maddəyə əsasən “İpoteka haqqında” Qanuna əsasən aparılan notariusun icra qeydinə dair borclu tərəfindən iddianın qaldırılması icraatın dayandırılması üçün əsas deyil.
Mümkün qədər qısaca izah etməyə çalışacağam. Notariusun icra qeydi təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi halda aparılır. Bunun üçün kreditor icra qeydinin aparılması üçün notariusa müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Borclu bundan şikayət etmədiyi halda kreditor notariusa müraciət edib icra qeydini alır və icra məmuru onun icrasını həyata keçirməyə başlayır. O cümlədən ipotekaya qoyulmuş əmlakın hərracını keçirir və s. Yəni məhkəməsiz-filansız. Hətta borc məbləği əslində mübahisəli olduğu halda. Əksər hallarda belə də olur, çünki banklar faiz və cərimə məbləğlərini şişirdir.
Belə işlərin sayı artmaqdadır. Məsələn, bank təxmini 30000 manat borcu olan şəxsə bildiriş göndərib, əsas borc və faizdən əlavə 10000 manat cərimə də tələb edib. Borclu başa düşməyib, fikir verməyib, elə bilib ki, sadəcə borcun ödənilməsini tələb edir. Amma bildirişdə notariusun icra qeydi barədə də vurğu olub. 20 gün ötüb və bank notarisudan icra qeydini alıb və icra məmuru artıq ipotekada olan evin satışını həyata keçirmək əzmindədir. Təbii, borc məbləğinin özü mübahisəlidir, ən azı cərimə məbləği. Amma notariuslar bunu yoxlamır. İcra məmuru da icraatı dayandırmır. Borclu məhkəməyə müraciət etdiyi halda belə. O cümlədən müvəqqəti təminat tədbiri çərçivəsində də məhkəmələr icraatı dayandırmır.
Yaranmış vəziyyət qanunsuzdur. “İcra haqqında” Qanunun 17.1.4-cü maddəsi ən azı Konstitusiyanın 29-cu (“Mülkiyyət hüququ”) və 60-cı (“Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı”) maddələrinə ziddir. Çünki borclunu məhkəmə təminatı olmadan mülkiyyətindən məhrum edir. Şikayət etmək imkanı da verilmir. Kreditorlar da şişirdilmiş borc məbləğini tələb edir. Ümid edirəm ki, Konstitusiya Məhkəməsi yekunda “İcra haqqında” Qanunun 17.1.4-cü maddəsinin bu qanunsuz müddəasını ləğv edəcək. Lakin biz bilirik ki, Konstitusiya Məhkəməsi yalnız bankların marağını qorumaq lazım olduqda cəld tərpənir. Əhalinin maraqları üçün tezliklə nəsə etməsini gözləmirəm.
Odur ki, kreditordan notariusun icra qeydinin tətbiq ediləcəyi ilə bağlı bildiriş almış hər kəsə tövsiyə edirəm ki, üç həftə ərzində şikayət versinlər, yəni icra qeydinin özünü gözləməsinlər. Belə ki, “İpoteka haqqında” Qanunun 37.1-ci maddəsinə əsasən, ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. Əlbəttə, bu müddəanın özü də absurddur. Çünki prosessual qanunvericiliyə görə şikayəti məhkəmə aktlarından vermək olar. Kreditorun bildirişindən şikayətin verilməsi nəzərdə tutulmayıb (elektron məhkəmə sistemində də belə imkan yoxdur). Bununla belə, başqa yol da yoxdur. Tövsiyə edirəm ki, borclu dərhal kreditora qarşı məhkəmədə iddia qaldırsın (məsələn, borc məbləğini mübahisələndirsin). İddia ərizəsində onun həmçinin şikayət olduğunu böyük hərflərlə vurğulasın. Kreditora da etiraz xarakterli cavab məktubunun yazılmasını tövsiyə edirəm.
Məsələ çox ciddidir. Faktiki olaraq, bank lobbisi qanuna antikonstitusion müddəa daxil etdirib, notariuslar və icra məmurları onu tətbiq edir, məhkəmələr də kənarda durub baxır. Bu, faktiki olaraq borclulara divan tutmaqdır. Odur ki, ayıq olun, cəld tərpənin!
Bu halla artıq üzləşmiş və vaxtında şikayət verməyərək notariusun icra qeydinə məruz qalmış vətəndaşlara isə tövsiyə edirəm ki, hər bir halda məhkəmələrə, o cümlədən Konstitusiya Məhkəməsinə müraciət etsinlər. Ombudsmana da şikayət edin ki, o da Konstitusiya Məhkəməsinə müraciət etsin.
MİA.AZ
AVROPANIN İKİ ƏSAS ÖLKƏSİ UKRAYNA İLƏ BAĞLI ANLAŞDI - Makron Ankaraya eyham vurdu, "Türkiyə dəniz müdafiəsində istəklidir" dedi
İstefa verən daha bir deputat Ərdoğanın partiyasına qatılır
Türkiyə şokda: məşhur şəxslərin qanında kokain aşkarlandı - Narkotestin cavabları açıqlandı (SİYAHI)
"Fənərbağça"nın məşhur oyunçusuna sürpriz təklif var
Şeyma Subaşı ifadəsində etiraf etdi: "Narkotik qəbul edirəm"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Super Kubok: "Qalatasaray"ın rəqibi bəlli oldu
Beynəlxalq Avrasiya Mətbuat Fondu Qarabağda mina axtaracaq - ANAMA 7 milyondan çox pul ayırdı
Rəsmi Ankaradan Suriyadakı SDQ qruplaşmasına sərt xəbərdarlıq: "Silahları yerə qoyun!"
Mehriban Əliyeva: "Uca Tanrıdan hər kəsə cansağlığı, dünyamıza əmin-amanlıq diləyirəm!"
Azər Zahid və köməkçisinin cinayət işinə xitam verilib
İndoneziyada daşqın: 16 nəfər ölüb, 3 nəfər isə itkin düşüb
Bu bankların əmlakları satışa çıxarıldı - Siyahı + Məbləğ
Rektor özünə daha bir müşavir götürüb
Qalmaqal yaradan direktor müavini vəzifədən azad olundu
"Bravo"da yumurta satışına qadağa qoyulub
İnvestisiya Holdinqin mətbuat katibi dəyişdi - Leyla Sarabi yeni vəzifəyə gətirildi
Dövlət Agentliyinin Müşahidə Şurası toplandı, yeni sədr sədr seçildi - İdarə Heyətinə sədr və müavinlər də təyin edildi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Elmar Allahverdiyev yeni vəzifəyə təyinat aldı
Aİ Maduronun yerinə keçən xanımın prezidentliyini tanımadı
Türkiyədə zəlzələ oldu - 4 bal gücündə
Azercell-dən “iPhone” kampaniyası
Yaponiya Baş naziri: "Çinlə dialoqa açığıq"
Qazaxda evə qaz sızdı, partlayış oldu - Bir nəfər xəsarət alıb
Xırdalanda 33 yaşlı kişi dəm qazından zəhərlənib
Dövlət qurumlarının adına bənzər 52 saxta domen bloklanıb
Rəisi həbs olunan idarəyə rəhbər təyinatı olub - Komitə sədrindən deputatın kürəkəninə jest (Yenilənib)
Azərbaycanlı Rusiyada polisi öldürüb - Təfərrüat
Prezident daha bir Fərman imzalayıb
ƏKİN SAHƏSİNDƏ TİKİNTİ TƏLƏBİ TƏSDİQLƏNDİ - Prezident tərəfindən
"TRAMPLA OYUN OYNAMA!" - Departamentin rəsmi hesabında rus dilində belə mesaj yayıldı
FHN-in əxlaqsızlıq edən işçisi həbs olunub - Təfərrüat
Leyla Əliyeva Omanın Vəliəhdi ilə görüşüb - FOTO
İran prezidenti: "Səhvlərimiz çoxdur, ətrafımızdakı təhdidləri düzgün qiymətləndirməliyik" - "Ölkəni bu nöqtəyə biz gətirdik"
Xarici ölkələrdə verilmiş elmi dərəcələrin 35-i Azərbaycanda tanınıb
Mətin Məmmədliyə vəzifə verilib - Mərkəzdə dəyişiklik
Broyler toyuğunu kənd toyuğu adıyla belə rəngləyirmişlər - AQTA nəticəni açıqladı + FOTOLAR
Vilayət Eyvazov 276 vətəndaşın müraciətini dinlədi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyən 223 nəfəri növbəti mərhələyə buraxdı (VİDEO)
Sabah hava necə olacaq? - Proqnoz
"O cavan oğlan cinayətkara imkan vermədi təyarəyə girsin" - AZAL hüquq müdafiəçisinin qızının paylaşdığı insidentlə bağlı açıqlama yaydı
Ginekoloq Sevinc Məmmədova cinayət işi məhkəməyə göndərilib
“Liverpul” – “Qarabağ” oyununun biletləri satışa çıxarıldı - 21 manatdan 140 manatadək
Ağ Ev: "Bu məsələdə ABŞ-la heç kim savaşmayacaq"
7 uşağı olan kasıb kişiyə 8 ay həbs cəzası verilib - Alimentə görə