Kükü şəhidləri... - Əli Cabbarov yazır
09-11-2025 [15:43]
Əli Cabbarov,
Naxçıvan Dövlət Universitetinin dosenti
***
Ötən yüz il ərzində alman, rus və erməni faşizmi ilə mübarizə aparmış Azərbaycan xalqı öz tarixində qazandığı ən təmiz və tam qələbə ilə bu günlərdə Şanlı Zəfərimizin coşqusunu yaşayır.
Bu gün Qarabağın düşmən işğalından azad edilməsinin 5-ci ildönümünü bayram edən Türkiyədən Pakistana qədər bütün qardaş və dost ölkələrin xalqları, Bakıdan Naxçıvana, Dərbənddən Təbrizə qədər bütün Vətən torpaqlarında yaşayan soydaşlarımız canları bahasına bu parlaq qələbə sevincini bizlərə bəxş edən qəhrəman Azərbaycan övladlarının ruhu qarşısında bir daha baş əyir, onların yüksəldiyi Şəhidlik zirvəsinin əzəməti ilə tarixi qüruru yaşayırlar. Bu Zəfər Günündə ölməz Şəhidlərimizi bir daha yada salıb, onların ruhuna Uca Allahdan rəhmət diləməklə xalqımız bir daha öz həmrəyliyini və yenilməzliyini bütün dünyaya nümayiş etdirir.
Kükü Şahbuz rayonunun ən böyük üç kəndindən biri olub, çox uzaq deyil, yaxın zamanlara qədər əhalisinin sayına görə birinci olmuşdur.
Tarixən, kükülüləri bu torpaqda yaşadan, onları bu kəndin şərbət kimi şirin suyuna, ayna kimi təmiz havasına və yamyaşıl təbiətinə bağlayan yurd sevgisi ən çətin dövrlərdə belə qırılmayıb, Səfərbəy səngərini, Gurbulağı heç zaman tək qoymayıb.
Kükü kəndi alın təri ilə boya-başa çatdırdığı övladlarının səs-sədası ilə həmişə öyünüb, Vətənin başını uca tutan qəhrəman Şəhidləri ilə də fəxr edib. Hələ 1918-ci ildə Dərələyəzdən gələn erməni basqınlarına qarşı qəhrəmanlıqla müdafiə olunaraq onların yaddaşında uzun illər qalmış ağır məğlubiyyətə uğratmış, 1941-1945-ci illər müharibəsində alman faşizminə qarşı 87 nəfər Şəhid vermiş Kükü kəndi Azərbaycanın dövlət müstəqilliyi illərində də rus-erməni faşizminə də qarşı mübarizə aparmış qəhrəman şəhidlərinin əziz xatirəsini Böyük Zəfərimizin 5-ci ildönümündə bir daha dərin hörmətlə anır.
Şəhid Müşfiq Hüseynqulu oğlu Həsənov 1973-cü ilin 23 fevral günü Kükü kəndində sadə kəndli ailəsində anadan olub.

Şəhid Müşfiq Həsənov
Uzun illər kənddəki Cəfər Cabbarlı adına kolxozda fəhlə işləmiş atası Hüseynqulu Həsənovun ailəsində dörd oğul və dörd qız vardı. Müşfiqin böyük qardaşı Qüdrəti də sovet ordusunda xidmət zamanı məruz qaldığı şüalanma nəticəsində vaxtsız itirən ailənin kiçik oğul övladı Müşfiq lap balaca vaxtlarından hamının sevimlisi olmuş, anası Zeynəb xanıma çox bağlı olmuşdur. Kiçik yaşlarından qoçaqlığı ilə seçilən Müşfiq sonra orta təhsil aldığı Kükü kənd orta məktəbində müəllimlərin və sinif yoldaşlarının hörmətini qazanmışdı. Sinif yoldaşlarının dediyinə görə hərbi dərslərdə xüsusi bacarığı ilə seçilən Müşfiq Həsənov verilən tapşırıqları çox asanlıqla yerinə yetirirdi. 1989-cu ildə Kükü kənd tam orta məktəbin X sinfini bitirən Müşfiq Naxçıvan Kənd Təsərrüfatı texnikumuna daxil olmuşdur. 1990-cı ildə keçmiş Sovet ordusuna hərbi xidmətə çağırılan Müşfiq 1992-ci ilin fevral ayına qədər Kaluqa vilayətində hərbi xidmət keçmişdir.
Həmin dövrlər isə bütün ölkədə siyasi vəziyyət olduqca gərgin olub, bir zamanlar dünyada sülhün qarantiyası kimi qələmə verilən rus ordusu artıq Qazaxıstan, Litva və Azərbaycanda dinc əhaliyə qarşı qırğınlar törədir, Qarabağda erməni separatistlərinə açıq silahlı dəstək göstərirdi. Bundan ruhlanan ermənilər isə təkcə Qarabağa deyil, Naxçıvana da qarşı açıq təcavüzə başlayır, respublikamız daxilində terror əməlləri törədirdilər. Bu zaman Azərbaycandan uzaqda hərbi xidmətdə olan bir çoxları kimi Müşfiq Həsənov da işğalçı rus ordusunda xidmətdən imtina edib, doğma Vətənə qayıdır və 1992-ci ilin martından Naxçıvanda yeni formalaşdırılmış Milli Ordu sıralarına qoşulur. İki ay ərzində Naxçıvan şəhərində hərbi xidmət edən Müşfiq Həsənov daha sonra Naxçıvanın ən kritik bölgəsi sayılan Sədərəyin müdafiəsinə göndərilir. Bu dövr Naxçıvan üçün ən ağır sınaqlar dövrü idi.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin Naxçıvanın “Qeyrət qalası” adlandırdığı Sədərək rayonu hələ 1990-cı ilin 20 Yanvar hadisələrindən əvvəl ermənilərin təcavüzünə uğramışdı. Həmin il yanvarın 18-də Sədərəyin ilk şəhidləri onun dinc sakinləri arasından verildi. Ümumiyyətlə, 1990-1993-cü illər arasında gedən qanlı döyüşlər zamanı ermənilər tərəfindən Sədərəyə 14 dəfə ən müasir silahlarla hücumlar edildi. Bu döyüşlər zamanı Vətənin qeyrətli 109 oğlu şəhidlik zirvəsinə ucaldı, ancaq öz səngərlərindən bir nəfər belə olsun geri çəkilmədi.
Bu döyüşlərin ən şiddətlisi isə 1992-ci ilin mayın 18-də Sədərəyin strateji yüksəkliyi olan Miltəpə istiqamətində oldu. 1992-ci il mayın 8-də Şuşanın işğalından daha da quduzlaşan ermənilərin hədəfi artıq Naxçıvan idi. Və həmin vaxt ermənilər Sədərək istiqamətində aramsız hücumlara başladılar. Otuza yaxın əsgərimizin və müdafiəçilərin qəhrəmancasına həlak olduğu həmin qeyri-bərabər 18 may döyüşünün şəhidləri arasında Müşfiq Həsənov da var idi. Bu döyüş təkcə Sədərəyin deyil, bütün Naxçıvanın gələcək taleyində həlledici oldu. Çünki ermənilərin 18 may gecəsindəki xain hücumları təkcə Sədərəyi işğal etmək məqsədi daşımırdı. Bu çirkin məqsədə çatmaqla onlar 1992-ci il mayın 28-də açılan və sonradan “Ümid” körpüsü adlandırılan Türkiyə-Naxçıvan arasındakı körpünün açılmasına mane olmaq istəyirdilər. Amma həmin gecə Müşfiq Həsənovun da aralarında olduğu 19-20 yaşlı gənclər qəhrəmanlıq tarixi yazıb, canları bahasına düşmənin bu istəyini gözündə qoydular. Naxçıvandan bir qarış da olsun torpaq ermənilərə verilmədi.
Həmin vaxt Ulu Öndər Heydər Əliyevin Naxçıvanda apardığı gərgin diplomatik fəaliyyəti nəticəsində ermənilərin Sədərəyə xain hücumları beynəlxalq səviyyədə pisləndi və aparılan danışıqlardan sonra şəhidlərimizin nəşi götürüldü. Ən yeni tariximizdə Kükü kəndindən olan ilk Şəhidimiz Müşfiq Həsənov da doğulduğu kənd məzarlığında torpağa tapşırıldı. O vaxtdan Şəhidin məzarı üzərində üç rəngli Azərbaycan bayrağı dalğalanır, xatirəsi ailəsinin, yaxınlarının və bütün kənd camaatının ürəyində yaşadılır. Şəhid Müşfiq Həsənovun üçrəngli bayrağımız fonundakı portreti kəndimizin girəcəyində qoyulmuşdur.
Şəhid Quliyev Novruzəli Məmmədqulu oğlu 1944-cü il iyulun 10-da Naxçıvan Muxtar Respublikanın Şahbuz rayonunun Kükü kəndində sadə kəndli ailəsində anadan olub.

Şəhid Novruzəli Quliyev
Ailəsindəki dörd bacının üç qardaşından biri olan Novruzəli Quliyev 1951-1961-ci ildə doğulduğu kənddə orta təhsil almış, sonra isə Sovet ordusu sıralarında qulluq etmişdir. Əsgərlikdən sonra Novruzəli Quliyev Moskva şəhərində tank mühəndisliyi üzrə ali təhsil almişdır. O vaxtlar kadrlar təyinatla işə göndərildiyi üçün Novruzəli Quliyev də Maqadana göndərilmişdi. Buradakı xidmətini başa vurmuş gənc zabit sonra Gürcüstanın Axalsix şəhərinə göndərilmişdi. Bundan sonra o 1978-ildə doğma Vətəninə qayıdaraq uzun müddət Sumqayıt şəhər hərbi komisarlığında 4-cü şöbənin rəisi vəzifəsində çalışmış və mayor rütbəsinə qədər yüksəlmişdir. Sumqayıtda hərbi xidmətini başa vurduqdan sonra altı il də Naxçıvanda xidmət etmiş Novruzəli Quliyev daha sonra Bakıya qayıtmış və 29 illik xidmətin sonunda təqaüdə çıxmışdır. Bundan sonra Sumqayıtda mülki obyektlərin birində mühəndis kimi fəaliyyət göstərən Novruzəli Quliyev tezliklə işini yarımçıq qoymalı oldu. 1990-cı illərin əvvələri idi... Azərbaycan erməni təcavüzünə məruz qalmış, ölkədə gərgin ictimai-siyasi vəziyyət yaranmışdı. Hələ AXC hakimiyyəti dövründə peşəkar milli hərbi kadrlara yaranmış kəskin ehtiyaca biganə qala bilməyən Novruzəli Quliyev yenidən hərbi sıraya qayıtdı. Burada müxtəlif tapşırıqları yerinə yetirən təcrübəli zabit yaşının 50-ni keçməsinə baxmayaraq 1993-cü ilin iyulundan, yəni Ulu Öndərin yenidən ölkəmizə hakimiyyətə qayıdışından sonra o dövrün bütün çətinliklərinə baxmayaraq böyük ürəklə daha məsuliyyətli hərbi vəzifələrin icrasına, peşəkar döyüşçülərin hazırlanmasına öz töhfəsini verməyə başladı. Bütün bu xatirələri bizimlə paylaşan Şəhid Novruzəli Quliyevin oğlu, hələ 17 yaşında döyüşlərə qatılmaq üçün Qubadlı istiqamətinə yollanmış Tofiq Quliyev söhbətində, həmin vaxt hərbi təlimlərin nə qədər gərgin keçdiyini, lakin bir peşəkar hərbçi kimi atasının heç yorulmadan xidmət apardığını deyir.
Peşəkar hərbi mütəxəssis Novruzəli Quliyevin döyüşə hazırladığı batalyonu ilə 1994-cü il aprelin 16-da cəbhə xəttinin Tərtər-Agdərə bölgəsində döyüşə başlayaraq cəmi 9 saat ərzində üç kəndi düşməndən təmizlədi. Bu 1994-cü ilin uğurlu Ağdərə əməliyyatlarının bir hissəsi kimi düşməni qorxuya saldı. Bundan sonra 24 aprel 1994-cü ildə Ağdamın Şotlanlı kəndi uğrunda gedən döyüşlərdə tabeliyində olan əsgər və zabitlərlə son nəfəsinə qədər döyüşmüşdür. Qeyri-bərabər döyüşlərdə polkovnik-leytenant Novruzəli Quliyevin dörd əsgəri ilə itkin düşdü. Bu döyüş qabağı apreli 22-də atası ilə son görüşünü xatırlayan oğlu Tofiq Quliyev atasının onu Sumqayıta yola salarkən vəziyyətin son dərəcə ağır olduğunu ona danışmışdı. Döyüşlərdə canını fəda edən əsgər və zabitlərimizin qəhrəmanlığına baxmayaraq qarşılarında hərbi texnika və sayca üstün düşmən vardı.
İki qız və bir oğul atası olmuş Şəhid Novruzəli Quliyevin nəşi indiyə qədər hələ tapılmasa da övladları və yaxınları mütləq bir gün qəhrəman batalyon komandirinin torpağa düşdüyü yerin tapılacağına inanırlar. Torpaqlarımızın işğaldan tamamilə azad olunmasından sonra naməlum şəhidlərmizin kimliyinin tapılması üzərində dövlətimizin apardığı işlər nəticəsində Şəhid komandir Novruzəli Quliyevin adına, Vətən qarşısında xidmətlərinə layiq bir ziyarət yerinin də olacağına Küküdə hər kəs inanır, o günü səbirsiziklə gözləyir. Hələlik isə ailəsinə və yaxınlarına yeganə təskinlik, ailəsinə və övladlarına olmuş sevgisi, evində ondan yadigar olaraq qalmış və heç geyinmədiyi polkovnik-leytenant hərbi forması, qiymətli fotoşəkillər və təltif olunduğu medallarıdır. Şəhid Novruzəli Quliyevin də üçrəgli bayrağımız fonundakı portreti Kükü kəndinin girəcəyində qoyulmuşdur.
Otuz illik erməni işğalına son qoymuş və dünyada bənzəri olmayan tam və təmiz qələbə ilə hərb tarixinə yazılmış 44 günlük Vətən müharibəsi təkcə Azərbaycanı suverenliyinə və ərazi bütövlüyünə qovuşdurmayıb, buna qədər bütün dünyada oturmuş daşları da yerindən oynatdı, bütün Cənubi Qafqazda yeni geostrateji reallıq yaratı. Bu tarixi parlaq Qələbəni yazan cəsur Azərbaycan oğulları Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə təkcə erməni faşizmini deyil, son 200 ildə ölkəmizdə kök salmış sonuncu rus əsgərinin, rus zihniyyətinin də izini birdəfəlik yox etdi. Bu müharibə I Qarabağ müharibəsində itirdiyimiz torpaqların, əsgərlərimizin və mülki insanlarımızın da qisasını almaqla, təkbətək savaşda Azərbaycan əsgərinin gücünü bir daha dünyaya nümayiş etdirdi.
II Qarabağ müharibəsinin ilk günlərində cəbhədən gələn qələbə xəbərləri bütün Azərbaycanı coşdurub, minlərlə, on minlərlə igid Vətən oğlunu əllərində üçrəngli bayraqlarla sel kimi çağırış məntəqələrinə aparırdı.
Kükü kəndinin fəxri Şəhid Kamran Bəhman oğlu Hüseynov da 27 sentyabr səhəri ilk əks-hücum xəbəri gələn gün heç kimə demədən Qarabağın yolunu tutdu.

Şəhid Kamran Hüseynov
Bu yol onu kəndimizin digər Şəhidləri kimi əbədiyyətə, ölməzlik zirvəsinə apardı.
1996-cı il avqustun 14-də Bakı şəhərində anadan olmuş Kamran Hüseynov 2002-2013-cü illərdə Bakı şəhərindəki 287 saylı Zəkalar liseyində, 2013-2017-ci illərdə isə Naxçıvan Müəllimlər İnstitutunda təhsil alıb, 2017-2018-ci illərdə Culfa rayonunda yerləşən “N” saylı hərbi hissəsində hərbi xidmətdə olub. Atası Bəhman Hüseynov Kükü kəndinin tanınmış ziyalılarından və rəhbər işçilərindən biri olmuş Afət Hüseynovun ailəsində doğulub və Moskvada Timiryazev adına Kənd Təsərrüfatı Akademiyasında təhsil almışdı. Ailəsində bir bacının tək qardaşı olan 24 yaşlı gənc Kamran ata-baba yurdu doğma kəndinə də çox bağlı idi. Məhz bu bağlılıq, Vətəninə məhəbbəti onu daim işğal altında qalmış Qarabağa da çəkirdi. İşğal illərində Qarabağın düşmən tapdağında qalmasına, Qarabağ şikəstəsinin hüznünə heç cür barışmayan Kamran sanki həmin 27 sentyabr gününü gözləyirmiş. Düşmənə qarşı vuruşmaq onun ən böyük arzusu idi. O da bu arzuna qovuşdu, 2020-ci ilin 1 oktyabr günü Füzulinin Yuxarı Seyidəhmədli kəndi uğrunda gedən gərgin döyüşlərdə Şəhidlik zirvəsinə ucaldı.
Ömrünün ən gənc yaşında Vətənini, onun bütövlüyü uğrunda mübarizəni seçən Şəhid Kamran Hüseynov ailəli idi. Kamran şəhid olduğu 2020-ci ildə cəmi 2 yaşı olan oğlu Arslan indi Bakıdakı Zəfər paradını böyük fərəhlə izləyir, İkinci Şəhidlər Xiyabanında dəfn olunmuş atasının məzarı başında qürurla dayanır. Bu bütün hüseynovlar ailəsinin, bütün Kükü kəndinin fəxrlə paylaşdığı qürurdur.
Bütün şəhidlərimiz kimi Şəhid Kamran Hüseynovun da xatirəsi daim qəlbimizdədir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Kamran Hüseynov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Kamran Hüseynov ölümündən sonra “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edildi.
Şəhid Kamran Hüseynovun da üçrəngli bayrağımız fonundakı portreti Kükü kəndinin girəcəyində qoyulmuşdur.
Torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş hər bir əziz Şəhidimizin öz tarixçəsi, öz qəhrəmanlıq yolu olsa da bu gün qardaş və dost ölkələrlə birgə böyük coşqu ilə qeyd etdiyimiz Böyük Zəfərimizin bir tarixi vardır.
Bu bir daha bu torpaqlarda müharibə olmaması, övladlarımızın həyatının yarı yolda qırılmaması, anaların gözü yaşlı qalmaması üçün əbədi sülhün yaradılması tarixidir. Güclü Azərbaycan bunu da bacaracaqdır.
Allah bütün Şəhidlərimizə rəhmət eləsin!
MİA.AZ
AVROPANIN İKİ ƏSAS ÖLKƏSİ UKRAYNA İLƏ BAĞLI ANLAŞDI - Makron Ankaraya eyham vurdu, "Türkiyə dəniz müdafiəsində istəklidir" dedi
İstefa verən daha bir deputat Ərdoğanın partiyasına qatılır
Türkiyə şokda: məşhur şəxslərin qanında kokain aşkarlandı - Narkotestin cavabları açıqlandı (SİYAHI)
"Fənərbağça"nın məşhur oyunçusuna sürpriz təklif var
Şeyma Subaşı ifadəsində etiraf etdi: "Narkotik qəbul edirəm"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Super Kubok: "Qalatasaray"ın rəqibi bəlli oldu
Beynəlxalq Avrasiya Mətbuat Fondu Qarabağda mina axtaracaq - ANAMA 7 milyondan çox pul ayırdı
Rəsmi Ankaradan Suriyadakı SDQ qruplaşmasına sərt xəbərdarlıq: "Silahları yerə qoyun!"
Mehriban Əliyeva: "Uca Tanrıdan hər kəsə cansağlığı, dünyamıza əmin-amanlıq diləyirəm!"
Azər Zahid və köməkçisinin cinayət işinə xitam verilib
İndoneziyada daşqın: 16 nəfər ölüb, 3 nəfər isə itkin düşüb
Bu bankların əmlakları satışa çıxarıldı - Siyahı + Məbləğ
Rektor özünə daha bir müşavir götürüb
Qalmaqal yaradan direktor müavini vəzifədən azad olundu
"Bravo"da yumurta satışına qadağa qoyulub
İnvestisiya Holdinqin mətbuat katibi dəyişdi - Leyla Sarabi yeni vəzifəyə gətirildi
Dövlət Agentliyinin Müşahidə Şurası toplandı, yeni sədr sədr seçildi - İdarə Heyətinə sədr və müavinlər də təyin edildi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Elmar Allahverdiyev yeni vəzifəyə təyinat aldı
Aİ Maduronun yerinə keçən xanımın prezidentliyini tanımadı
Türkiyədə zəlzələ oldu - 4 bal gücündə
Azercell-dən “iPhone” kampaniyası
Yaponiya Baş naziri: "Çinlə dialoqa açığıq"
Qazaxda evə qaz sızdı, partlayış oldu - Bir nəfər xəsarət alıb
Xırdalanda 33 yaşlı kişi dəm qazından zəhərlənib
Dövlət qurumlarının adına bənzər 52 saxta domen bloklanıb
Rəisi həbs olunan idarəyə rəhbər təyinatı olub - Komitə sədrindən deputatın kürəkəninə jest (Yenilənib)
Azərbaycanlı Rusiyada polisi öldürüb - Təfərrüat
Prezident daha bir Fərman imzalayıb
ƏKİN SAHƏSİNDƏ TİKİNTİ TƏLƏBİ TƏSDİQLƏNDİ - Prezident tərəfindən
"TRAMPLA OYUN OYNAMA!" - Departamentin rəsmi hesabında rus dilində belə mesaj yayıldı
FHN-in əxlaqsızlıq edən işçisi həbs olunub - Təfərrüat
Leyla Əliyeva Omanın Vəliəhdi ilə görüşüb - FOTO
İran prezidenti: "Səhvlərimiz çoxdur, ətrafımızdakı təhdidləri düzgün qiymətləndirməliyik" - "Ölkəni bu nöqtəyə biz gətirdik"
Xarici ölkələrdə verilmiş elmi dərəcələrin 35-i Azərbaycanda tanınıb
Mətin Məmmədliyə vəzifə verilib - Mərkəzdə dəyişiklik
Broyler toyuğunu kənd toyuğu adıyla belə rəngləyirmişlər - AQTA nəticəni açıqladı + FOTOLAR
Vilayət Eyvazov 276 vətəndaşın müraciətini dinlədi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyən 223 nəfəri növbəti mərhələyə buraxdı (VİDEO)
Sabah hava necə olacaq? - Proqnoz
"O cavan oğlan cinayətkara imkan vermədi təyarəyə girsin" - AZAL hüquq müdafiəçisinin qızının paylaşdığı insidentlə bağlı açıqlama yaydı
Ginekoloq Sevinc Məmmədova cinayət işi məhkəməyə göndərilib
“Liverpul” – “Qarabağ” oyununun biletləri satışa çıxarıldı - 21 manatdan 140 manatadək
Ağ Ev: "Bu məsələdə ABŞ-la heç kim savaşmayacaq"
7 uşağı olan kasıb kişiyə 8 ay həbs cəzası verilib - Alimentə görə