FƏLƏSTİNİN TANINMASI İSRAİLİN PLANI POZACAQ? - TƏHLİL
SİYASƏT
23.09.2025, 16:48
Böyük Britaniya, Kanada, Avstraliya, Portuqaliya, Fransa və bir neçə Avropa ölkəsi Fələstin Dövlətini tanıdı.
Son hadisələr göstərir ki, bir çox ölkələrin Yaxın Şərq böhranına yanaşması dəyişməkdədir. Bu, əlbəttə ki, təbiidir. Məsələ ondadır ki, İsrailin Qəzzada apardığı əməliyyatlar ilkin mərhələdə “antiterror əməliyyatı” idi. Çünki HƏMAS 7 oktyabr 2023-cü ildə İsrailə qarşı “Əqsa tufanı” əməliyyatı keçirdi. Bu kontekstdə İsrailin cavabı müəyyən mənada legitim sayılırdı.
Lakin zaman keçdikcə İsrailin apardığı əməliyyatların xarakteri dəyişdi. Beynəlxalq hüquq və insan haqlarının pozulması, mülki obyektlərin və dinc əhalinin hədəf alınması, insanların doğma torpaqlarını tərk etməyə məcbur edilməsi artıq bu prosesin “antiterror əməliyyatı” çərçivəsinə sığmadığını göstərdi. Hazırda İsrailin Qəzzada keçirdiyi əməliyyatlar faktiki olaraq işğal və etnik təmizləmə siyasətidir.
İsrailin əlindəki yüksək dəqiqlikli silahlar mülki əhalinin həlak olmasının qarşısını almağa imkan versə də, Təl-Əviv bu imkandan istifadə etmir. Əksinə, əhalini ətraf ölkələrə köçməyə məcbur edir və dirənənləri hədəfə alaraq qətlə yetirir. Bu isə beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır.
Əlbəttə, məsələnin bir də media tərəfi var. Qəzzada baş verənlər bu gün dünya mediasının gündəmindədir. Sosial şəbəkələrdə insanlar baş verənlərə biganə qalmır, etiraz edirlər və hətta bu etirazlar hökumətlərinə qarşı təzyiq formasını alır. Avropa ölkələrində İsrailə qarşı keçirilən ardıcıl etiraz aksiyaları və nəticə olaraq Fələstinin müstəqilliyinin tanınması məhz bu ictimai basqı ilə əlaqədardır.
Bununla belə, Fələstin dövlətinin tanınması müsbət və tarixi cəhətdən ədalətli addımdır. Münaqişənin gələcəkdə sülh yolu ilə həlli üçün Fələstinin müstəqil dövlət olaraq tanınması vacib şərtdir. Ancaq bu tanınmanın Qəzzadakı qətliamın və ərazinin ilhaqının qarşısını alacağına inanmaq çətindir.
Əsas problem ondan ibarətdir ki, hazırda Fələstin Prezidenti Mahmud Abbas və onun rəhbərlik etdiyi Fələstin Milli Administrasiyası Qəzzaya nəzarət etmir. Diqqət yetirsək, bu günə qədər İsrailin hərbi əməliyyatları əsasən Qəzza zolağında cərəyan edir. Ramallah mərkəzli Fələstin ərazilərində isə ciddi bir gərginlik müşahidə olunmur. Mahmud Abbasın əsas narahatlığı da Qəzzanın gələcəyindən çox, HƏMAS-ın statusu ilə bağlıdır.
Prezident Abbas son çıxışında bildirib: “HƏMAS Qəzza zolağının idarə olunmasında heç bir rol oynamayacaq. HƏMAS və digər silahlı qruplar silahlarını Fələstin Milli Administrasiyasına təhvil verməlidirlər. Fələstin Milli Administrasiyası qanuni təhlükəsizlik qüvvələri ilə vahid dövlət yaratmağa çalışır”.
Bu isə göstərir ki, Fələstin daxilində də hərbi-siyasi bölünmə var və bu, müstəqil dövlətin tam formalaşmasına maneə yaradır. İsrailə rəğmən Fələstin dövlətinin tanınması qarşısıalınmaz mərhələyə daxil olub. Lakin Təl-Əviv Qəzzanın ilhaqı üçün əlindən gələni edəcək. Hətta bu məsələ gələcəkdə Fələstin-İsrail danışıqlarında rəsmi şəkildə müzakirə mövzusu ola bilər. Yəni Fələstin dövlətinin tanınması müqabilində İsrail Qəzza zolağının ilhaqını tələb edə bilər.
İstisna deyil ki, ABŞ Prezidenti Donald Trampın da məqsədi məhz budur. Hesab edirəm, Qüds “Yeni Berlin”, Ağlama Divarı isə Berlin divarı ola bilər. Necə ki, Berlin uzun illər Şərq və Qərb blokları arasında bölünmüşdü, Qüds də bu gün İsrail və Fələstin arasında kəskin ideoloji, siyasi və dini ayrılığın mərkəzində dayanır. Hər iki tərəf üçün müqəddəs olan bu şəhər faktiki olaraq bölünüb və bu bölünmə yaxın gələcəkdə daha da dərinləşə bilər.
Nəticə olaraq, Fələstin dövlətinin tanınması beynəlxalq səviyyədə önəmli dönüş nöqtəsidir. Bu tanınma təkcə siyasi deyil, həm də simvolik və mənəvi əhəmiyyət daşıyır. Lakin bu, təkbaşına nə Qəzzada baş verən insan faciələrini dayandıra, nə də İsrailin ilhaq planlarının qarşısını ala bilər. Davamlı və ədalətli sülh üçün beynəlxalq ictimaiyyətin real və effektiv təzyiqlərinə ehtiyac var. Əks təqdirdə İsrail istəyinə nail olacaq. Hətta istisna deyil ki, Təl-Əviv yaxın zaman ərzində diqqəti yayındırmaq üçün İranla gərginliyi yenə artıracaq.
Turan Rzayev
mia.az
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Bakı və Abşeronda yağış yağacaq - Xəbərdarlıq
Bugün, 21:04 GÜNDƏM
-
Vəzifədən azad olunan rəis nazirin müşaviri oldu
Bugün, 18:43 CƏMİYYƏT
-
Şahin Mustafayev İran rəsmisi ilə telefonda danışıb - Nələr müzakirə edilib?
Bugün, 18:01 SİYASƏT
-
“Fənərbaxça”nın prezidenti və qızı Bakıda - Prezident və xanımı ilə görüşüblər + FOTO
Bugün, 17:15 GÜNDƏM
-
Kəmalə Cəfərovanın “Yaşamaq da sənətdir” adlı fərdi sərgisi keçirildi - VİDEO, FOTOLAR
Bugün, 16:56 MƏDƏNİYYƏT
-
Prezident İlham Əliyev və birinci xanım Hərbi Dəniz Qüvvələrində - FOTOLAR
Bugün, 15:09 GÜNDƏM
-
Sabahın hava proqnozu açıqlandı
Bugün, 12:52 CƏMİYYƏT
-
Prezident İlham Əliyev Krala məktub göndərdi - MƏTN
Bugün, 12:00 GÜNDƏM
-
Sabiq nazirin daha bir bahalı evi yarı qiymətə satışa çıxarılıb
Bugün, 11:40 SİYASƏT
-
Nazirlikdən hava ilə bağlı - Xəbərdarlıq
Bugün, 10:08 CƏMİYYƏT
-
Ağdamda traktor minaya düşüb (Yenilənib)
Bugün, 09:42 GÜNDƏM
-
Məşhur aktyor evində öldürülüb? - Narkotik, gözləri, qolları və ayaqları ətrafında qançırlar...
05.09.2026, 23:49 MƏDƏNİYYƏT
-
Türkiyə Super liqası: "Fənərbağça" doğma meydanında uduzdu
05.09.2026, 23:25 İDMAN
-
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
05.09.2026, 15:33 GÜNDƏM
-
Yenicag.az saytının 19 yaşı tamam olur
05.09.2026, 12:34 PRESS
-
Kəlbəcərdə ilk dəfə əmək yarmarkası olacaq
05.09.2026, 11:28 İQTİSADİYYAT
-
Azərbaycan nefti ucuzlaşıb
05.09.2026, 09:25 İQTİSADİYYAT
-
Bakıda BMT-nin Dördüncü İqlim Həftəsi keçiriləcək
05.09.2026, 09:07 GÜNDƏM
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
05.09.2026, 00:12 CƏMİYYƏT
-
"Qalatasaray" qalib gəldi
04.09.2026, 23:28 İDMAN
-
Sabunçuda kollektorda qəza - Su çöllük əraziyə axır + VİDEO
04.09.2026, 23:15 CƏMİYYƏT
-
UEFA "Fənərbağça"nın oyunçularını cəzalandırdı
04.09.2026, 21:49 İDMAN
-
İlham Əliyev və Mehriban Əliyeva Xalq artistinin müalicəsini nəzarətə götürüb
04.09.2026, 20:03 GÜNDƏM
-
Azərbaycan Süni İntellekt İnstitutu ilə Ankara Universiteti süni intellekt sahəsində rəsmi və akademik tərəfdaşlığa başlayır
04.09.2026, 19:57 GÜNDƏM
-
Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırılacaq
04.09.2026, 18:05 GÜNDƏM
-
ABŞERON SU İDARƏSİNDƏ YOXLAMA APARILDI: Mikayılov hansı qərarı verəcək?
04.09.2026, 18:05 GÜNDƏM
-
"Trabzonspor"un yeni baş məşqçisi kim olacaq? - Məşhurların adı hallanır
04.09.2026, 17:47 İDMAN
-
Dərnəgül tikinti bazarı hara köçürüləcək? - VİDEO
04.09.2026, 17:34 İQTİSADİYYAT
-
Formula 1 yarışlarına görə bağlanacaq məktəblər...
04.09.2026, 17:23 CƏMİYYƏT
-
"Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul yekunlaşıb" - Məleykə Abbaszadə
04.09.2026, 17:12 GÜNDƏM
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
04.09.2026, 17:00 İQTİSADİYYAT
-
Sabah bəzi rayonlarda leysan olacaq - Xəbərdarlıq
04.09.2026, 16:48 GÜNDƏM
-
"Fənərbağça"nın müdafiəçisi bu klubla anlaşdı
04.09.2026, 16:30 İDMAN
-
İstanbulda 31 vəkil saxlanıldı - 39 vəkil bürosunda isə axtarış aparılıb + SİYAHI
04.09.2026, 16:18 KRİMİNAL