Partiya sədrinin ittiham etdiyi vəkilə cinayət işi açılıb

img

19-08-2025 [23:50]


Ədliyyə Nazirliyi CHP lideri Özgür Özelin "İstanbul Böyükşəhər Bələdiyyəsi birjası"nda saxtakarlıq iddiası ilə həbs edilmiş biznesmen Murat Kapkına "Bax, Əkrəm İmamoğluna qarşı bu ərizəni (böhtan xarakterli - Redak) imzala, 2 milyon dollar da verək, üstəlik, həbsdən də əl-qolunu sallayaraq çıx get" təklifini verən vəkil  Mücahit Birinciyə cinayət işi açılmasına icazə verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, sabah ifadəyə çağırılacaq.

Xatırladaq ki, CHP sədri Özgür Özəl vəkili AK Partiya xeyrinə həbs edilənləri "ələ almaq"da ittiham edərək, Ərdoğanı hədəfə gətirib.

Bundan sonra ölkənin siyasi gündəmi çalxalanmağa başlayıb.

İş o yerə çatıb ki, vəkil AK Partiyadan istefa verməyə məcbur edilib.

Zülfiyyə MUSTAFAYEVA
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR