Nə üçün Naxçıvan Dövlət Universitetini seçməli? - Cavadxan Qasımov yazır
04-08-2025 [12:47]
Cavadxan Qasımov,
Naxçıvan Dövlət Universitetinin dosenti,
İqtisad üzrə fəlsəfə doktoru
***
Naxçıvan Dövlət Universitetinin qarşıdakı mərhələlər üzrə müəyyəm etmiş olduğu hədəflərin qətiyyətlə əlçatan olması, onun cəlbediciliyinin və elm-tədris sahələri üzrə daha dinamik təşkilatlanmasının hərəkətverici qüvvəsi olmaqdadır. Hər iki istiqamət üzrə davamlı islahatların həyata keçirilməsi bir-birini əvəz edən tədris illərinin olduqca mühüm uğurlarını təşkil etməkdədir. Təbii olaraq, bu proseslər, daha faydalı qəbul nəticələrinin əldə olunmasına səbəb olmaqda və yol açmaqdadır.
Diqqət etdikdə aydın olur ki, universitetimizə qəbul olan abituriyentlər, 600 baldan yuxarı olmaqla yanaşı, eyni zamanda, müasir dünya elminin və tədrisinin aktual olan ixtisaslarına daha çox meyilli olmaqla, həm də araşdırma və müstəqil yanaşma tələb edən ixtisaslarına üstünlük verirlər. Belə bir vəziyyətdə, abituriyentlərin, daha doğrusu, gənclərin Naxçıvan Dövlət Universitetinə yol alması, dövlətimizin burada yaratmış olduğu sağlam ixtisaslaşma mühitinin həm də böyük gənclər tərəfindən dəstəklənməsi deməkdir.
Hazırda 700-ə yaxın olan ballar əsasında hədəf olaraq qəbul olunan ixtisasların tələbəsi olacaq abituriyentlər, daha perspektivli və daha ümidli yolla addımlayacaqlar. Bununla yanaşı, onlar, əmin olmalıdır ki, Naxçıvan Dövlət Universitetinin tələbəsi adını qazanmaqla, həm də, təhsil alacaqları müddətlər ərzində hərtərəfli dövlət qayğı və diqqəti ilə əhatə olunacaqlar. Təcrübəli və peşəkar pedaqoji heyətin, ən müasir, ən modern tədris infrastrukturunun, təsisatlarının və resurslarının əhatəsində etibarlı şəkildə ixtisaslaşacaqlar. Eyni zamanda, tələbə adının qürurlu daşıyıcıları olaraq, onlar, universitetimizin və şəxsən rektorumuzun onların yanında olduğunu bilmələrinə əmin olmalıdırlar.
Naxçıvan Dövlət Universitetinin müəyyən etmiş olduğu hədəflər daha çox tələbəyönümlü meyarlar üzrə təşkilatlandığından son dərəcə aktuallığına görə seçilməkdədir. Günümüzdə daha çox islahatçı, yenilikçi, ideyaçı olmaq kimi keyfiyyətlərinə görə fərqlənmiş olan hədəflər elə məhz tələbəyönümlülük sahəsində mühüm göstərici olmaqdadır. Hazırda, ölkəmizdə bu məsələlərin hər birini diqqət mərkəzində saxlayan ali məktəblər, modern, çağdaş və innovativ əsaslı elm və tədris proseslərinin dayaqları kimi çıxış edir.
Təbii olaraq, bütün bunlar, bakalavr və magistratura təhsil səviyyələrinin həm də ixtisaslaşma imkanlarını genişləndirmiş olur. Eyni zamanda, bu proseslər, müasir sosial, iqtisadi münasibətlərin hərəkətverici qüvvəsi olaraq da əhəmiyyətliliyini yüksəldir. Çünki, əmək bazarının dəyişən tələblərinə xas olan ixtisaslaşma göstəricilərinin diqqətdə saxlanılması və bu sahədə qəbul göstəricilərinin artan dinamikasının nəzərə alınması daha çox əhəmiyyətli olmaqdadır.
Naxçıvan Dövlət Universitetinin bir-birini əvəz edən tədris illərinin xüsusilə də, son altı ilə yaxın olan müddətində daha çox keyfiyyət mərhələləri, göstəriciləri və nəticələri özünü göstərməkdədir. Bunu daha aktual ixtisaslar üzrə qəbul göstəriciləri bir daha göstərməkdədir. 2025-2026-cı tədris ilində də istər bakalavr, istərsə də magistratura təhsil səviyyələrinə qəbul olan tələbə və magistrlər də bunu göstərməkdədir.
Bu, bir həqiqətdir ki, elm və tədris proseslərinin balanslı və tənzimlənən qaydalar əsasında həyata keçirilməsi müəyyən olunan məqsədlərin mühüm mahiyyətini ifadə edir. Bu mənada, universitetimizin hazırda toplamış olduğu elm və tədris potensialı gələcək illər üzrə daha zəruri nailiyyətlər gətirəcəkdir.
Naxçıvan Dövlət Universitetinin tələbə və magistrləri olacaq hər bir gənc əmin olmalıdır ki, onların gələcəyin elm və pedaqoji mütəxəssisləri olaraq formalaşmasında güclü potensiala və təcrübəli, həmçinin peşəkar kadr ehtiyatlarına malik olan ali məktəb var.
Bu günlər yeni bir xoş xəbərlə daha çox qürur duyduq. Belə ki, Naxçıvan Dövlət Universitetinin çoxsaylı sorğu nəticələrinə əsasən böyük səslə ilk yerdə qərarlaşması bizə olduqca böyük qürur verməkdədir. Sonuncu sorğu nəticələrinə görə III və IV qrup ixtisaslar üzrə yüksək bal toplayan abituriyentlərin seçiminə və region ali məktəbləri içərisində təşkilatlanmasına görə fərqlənməsi təbii bir hal olmaqla, gözləniləndir.
Çünki Naxçıvan Dövlət Universiteti ölkəmizin:
- istər elm, istərsə də, tədris prosesləri sahəsində davamlı islahatlarının səmərəliliklə müşayiət olunmasında və reallaşmasında;
- modern təsisatlarla və idaretmə ilə təmin olunmada;
- beynəlxalq elm və tədris əməkdaşlıqlarının və münasibətlərinin perspektivliliyində;
- müvafiq sahələr üzrə tənzimləmələrin həyata keçirilməsində;
- elmi-nəzəri və təcrübi proseslər sahəsində məqsədlərin reallaşmasında;
- müasir əmək bazarının dəyişən tələblərinə xas mütəxəssis hazırlığının təşəkkülündə;
- sənaye universitet işbirliyinin etibarlı təminatında;
- milli təhsilin uzunmüddətli hədəflərinin və prioritetlərinin əlçatan olmasında və digər aktual tədbirlərin həyata keçirilməsində öncül olmuş və uğurlu nəticələr əldə etmişdir.
Tərəddüd etmədən bildirmək olar ki, bütün bunlar, dövlətimizin elm və tədris adamlarına göstərmiş olduğu gündəlik qayğı və diqqətinə əsasən mümkün olmuşdur. Eyni zamanda, bu bir həqiqətdir ki, Naxçıvan Dövlət Universitetinin bu uğurlarının əsasında dövlətimizin qayğı və diqqətinin düzgün və müvəffəqiyyətli yerinə yetirən dəyərli rektorumuz Elbrus İsayevdir.
Güclü elm və tədris təcrübəsinə malik olan rektorumuz yaradıcı və modern yanaşmaya söykənən idarəetməsi ilə universitetimizi daha böyük nailiyyətlərə doğru inamla aparmaqdadır.
Naxçıvan Dövlət Universitetinin hər bir hədəfində, məqsədində və prioritetində ölkəmizin milli təhsil və elm sahələrində həyata keçirmiş olduğu islahatların düzgün icra olunması vardır. Zaman, inkişaf prosesləri və nail olunan mərhələlər bir daha göstərir ki, NDU bu islahatların daha çox reallaşdığı, daha çox gerçək olduğu və daha çox perspektivlər açdığı ali təhsil müəssisəsidir.
Səmərəli əməkdaşlıqlar, faydalı yol xəritələri, məqsədyönlü tənzimləmələr, düşünülmüş mexanizmlər və gedilən yol, NDU-nun yenilikçi, tələbəyönümlü, modern, çağdaş, gələcəklə səsləşən, eyni zamanda, mükəmməl pedaqoji bazaya əsaslanan və resurslardan daha effektiv istifadə imkanlarını daha da aktuallaşdıran mənzərəsini ortaya qoymaqdadır.
NDU malik olduğu potensialla:
Nailiyyətin dəyişməz ünvanı olaraq;
Doğruluğun özünü təsdiq edən mexanizmləri kimi və;
Uzaqgörənliyin tam adı olmaqla, bir idarəetmə, yenilikçilik və modernləşmə məktəbidir. Bu isə, bütün tərəflərinə görə tarixiliklə müasirliyin gücü, müasirliklə hədəflərin mənzərəsi, gələcəyin isə səsidir.
Azərbaycan Respublikasının Prezidenti tərəfindən 24 iyul 2025-ci il tarixində Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləğinin artırılması və “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 fevral tarixli 961 nömrəli Sərəncamında dəyişiklik olunması barəsində Sərəncamı elmin tədrisə yön verməsinə və tədrisin elm üçün hərəkətverici təsirinə zəmin açmış olacaq. Xüsusilə də, bakalavr və magistratura təhsil səviyyələri üzrə daha təkmil inkişaf mühitinin əsaslarını müəyyən edəcək.
Tələbəyönümlü tədris və təhsil islahatlarının növbəti mərhələsini ifadə edən bu hüquqi tənzimlənmə, həm də sosial mahiyyəyinə görə daha da aktuallığa malik olacaqdır. Belə ki, burada həm də doktorantların, tələbələrin və magistrlərin sosial vəziyyətinin daha da yaxşılaşdırılması məqsədlərinin əsas tutulduğunu görməkdəyik.
Eyni zamanda, bununla, gənclərin bəhs olunan sferalar üzrə fəaliyyətlərinin stimullaşdırılması sahəsində də yeni keyfiyyət mərhələsinin əsasları müəyyən olunur.
Nəzərə alsaq ki, artıq elm və tədris sahələri üzrə fəaliyyətlər paralel olaraq davam etdirilir, onda tələbələr, magistrlər və doktorantlar dövlətimizin bu sahədəki qayğı və diqqətini mühüm güc mənbəyi olaraq hiss edəcəklər. Tələbə və magistrlərimiz keyfiyyət və müvəffəqiyyət göstəricilərinin daha da yüksək nəticələrlə davam etməsində maraqlı olacaq və bu, ümumilikdə, tədrisin daha keyfiyyətli təmin olunmasına səbəb olacaq. Təbii olaraq, bütün bunlar, daha etibarlı ixtisaslaşma sahəsində olduqca əhəmiyyətli nəticələr gətirəcək. Müzəffər Ali Baş Komandanımıza dərin minnətdarlıq edirik.
Bu hüquqi tənzimlənmə, eyni zamanda, öz növbəsində, Naxçıvan Dövlət Universitetində tələbələrin, magistrlər və doktorantların hərtərəfli diqqət və qayğı ilə əhatə olunması sahəsində olduqca mühüm bir nəticə olacaq. Yaradılan şərait, əlverişli fəaliyyət və araşdırma mühiti daha etibarlı elm və tədris proseslərində, həmçinin ixtisaslaşma sahəsində əhəmiyyətli mərhələni təşkil etmiş olacaq.
Naxçıvan Dövlət Universiteti, həmçinin tarixi keçmişimizə sahib çıxmanın olduqca mühüm mərhələlərini keçməkdədir. Təbii olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyimizin təmin olunması sahəsində həyata keçirilən işlər məqsədyönlülüklə davam etdirilməkdə, xüsusilə də, bu sahədəki proseslər onun əsasında elmi əsaslarla davamlılığını gücləndirməkdir.
Bu proseslərə hərtərəfli töhfəsi ilə seçilən və qalib ölkənin inkişaf edən ali məktəbi olaraq, Naxçıvan Dövlət Universitetinin reallaşdırmış olduğu layihələr həm qürurvericidir, həm də, ölkəmizin tarixi Qayıdış missiyasına dəstək olmaqdadır.
Universitetimiz geridə qalan illər ərzində də, dövlətimizin Qərbi Azərbaycana qayıdışla bağlı olan məqsədyönlü siyasətinə təkan olacaq proseslərə imza atmışdır. İstər 2023-cü ilin noyabr, istərsə də 2024-cü ilin iyun aylarında Qərbi Azərbaycana qayıdışla bağlı olan Festival və Konqreslərin keçirilməsi, eyni zamanda, yüksək elmi əsaslara malik olan müzakirələrin aparılması, həmçinin, elmi cəhətdən əsaslandırılmış nəticələrin əldə olunması yüksək aktuallığa malik olmaqdadır.
Eyni zamanda, Naxçıvan Dövlət Universitetinin bu sahədəki proseslərə vermiş olduğu töhfə müstəvisində və tədris proseslərində də Qərbi Azərbaycanla bağlı olan məsələlər nəzərə alınmış və müvafiq ixtisaslar üzrə tədris olunacaq fənnlər təsbit olunmuşdur.
Bununla yanaşı, Qərbi Azərbaycan İcmasının Naxçıvan Muxtar Respublikası üzrə Nümayəndəliyinə rəhbərliyin də məhz Naxçıvan Dövlət Universitetinin və şəxsən Rektorumuz tərəfindən uğurla həyata keçirilməsi bu sahədəki yüksək etimadın göstəricisi olmaqdadır.
Qeyd etmək olar ki, Naxçıvan Dövlət Universitetinin “Tarix”, ”Tarix müəllimliyi” , “Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, “Muzey, arxiv işi və abidələrin qorunması” ixtisaslarında:
- “Qərbi Azərbaycanın siyasi və etno-mədəni tarixi”;
- “Qərbi Azərbaycanın toponimikası”;
- “Qərbi Azərbaycanın maddi-mədəniyyət abidələri” fənlərinin tədris olunması daha mühüm əhəmiyyətinə görə aktuallığa malik olmaqdadır.
Bu münasibətlə, mühüm elmi mahiyyət kəsb edən növbəti tədbirlər, bu günlər ərzində Naxçıvan şəhərində, Ordubad və Kəngərli rayonlarında keçirildi. Tədbirlərdə “Qərbi Azərbaycan irsi” kitabının təqdim olunması və dəyərli Rektorumuzun güclü elmi sübutlarla çıxışı olduqca maraqla qarşılanmışdır. Xalqımızın ümummilli lideri Heydər Əliyevlə başlanan tarixi Qayıdış missiyası, həm işğaldan azad olunan ərazilərimizə qürurla davam edir və həm də, Qərbi Azərbaycana qayıdışla daha böyük iftixar gətirəcəkdir.
MİA.AZ
Qarabağ əlili "Azəriqaz"ı məhkəmədə uddu, SOS verdi - "Məhkəmə qanunsuz qərarı ləğv etdi, mən işimə bərpa olundum"
ABŞ vitse-prezidenti Bakıya gəlir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Beynəlxalq Bank “Bank BTB”ni "ələ keçirir"
Daha dörd nəfər qazdan zəhərləndi
Xarici İşlər Nazirliyində yeni təyinat olub
“Turan-Tovuz” ona xor baxan azarkeşinə necə dərs verdi? - Doğma stadion üçün qəribsəmə zamanıdı
İcra başçısı aparıcı olan həyat yoldaşı barədə tez-tez niyə paylaşım edir? - FOTOLAR
General-leytenant təqaüdə göndərilib
Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Tural Həsənliyə vəzifə verildi - Kamran Əliyev yeni əmr imzaladı
Salyanda yeniyetmə qız qızdırmadan ölüb
Şəmkirdə 30 yaşlı kişi 69 yaşlı qadını öldürüb
Sabiq deputat: "Saleh Məmmədov əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var ki, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
8 AY SONRA ABŞ və İRAN RƏSMİLƏRİ BİR ARAYA GƏLDİ - Ommandakı tarixi görüşdən ilk açıqlama
Bakıda ağac kəsənlər prokurorluğa verildi
Yanvarda vurulan ən yaxşı qol... - PFL müəllifi açıqladı
10 gün əvvəl əsgər gedən Coşqun Sadıqov hospitalda vəfat edib
QHT sədri qəzada ölüb
Aİ Maskın təhqir etdiyi Baş naziri müdafiə etdi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Ruslan təcridxanadadır, üstəlik bu dəqiqə xəstədir" - Vəkildən yayılan xəbərə reaksiya
TEMU QALMAQALI: "Mənim paltarlarım çox böyük ölçülərdir, sizə yaramaz" - Müğənni gömrükçülərə çağırış etdi
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq