Kamran Əliyev: "Rusiya tərəfi konkret nəticələr barədə Azərbaycana məlumat vermir"
GÜNDƏM
22.07.2025, 15:18
"AZAL təyyarəsinin vurulması və Aktauda qəzaya uğraması ilə bağlı Rusiya tərəfi konkret nəticələr barədə Azərbaycana məlumat vermir".
Mia.az Report-a istinadla xəbər verir ki, bunu Ankarada səfərdə olan Baş prokuror Kamran Əliyev deyib.
O bildirib ki, AZAL-ın təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında yerə düşəndən etibarən Azərbaycan Rusiya İstintaq Komitəsi ilə daim əlaqə saxlayır və məktublar ünvanlayır:
"Onlar hələ ki, ekspertizaların keçirilməsi, istintaqın davam etdirilməsi, istintaq hərəkətlərinin həyata keçirilməsini əsas gətirməklə konkret nəticələr barədə bizə məlumat vermirlər. Amma bizim özümüzdə istintaqın ilkin mərhələsindən kifayət qədər sübutlar var. Biz hadisənin baş vermə halları ilə bağlı həm kifayət qədər məlumatlıyıq, həm də zəruri olan bütün sübutları toplamışıq. Qazaxıstan tərəfindən fəaliyyətimizi koordinasiya edirik.
Təyyarə Aktau şəhəri yaxınlığında yerə düşən kimi Azərbaycan Baş prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başladıldı. Eyni zamanda, Qazaxıstan tərəfi, sonradan isə Rusiya İstintaq Komitəsi də cinayət işi başlatdı. Yəni hazırda üç ölkədə cinayət faktları araşdırılır. Sual oluna bilər ki, bir fakta görə niyə üç ölkədə cinayət işi açılıb? Ona görə ki, bu və ya digər formada hər üç ölkənin maraqlarına toxunan bir məsələdir. Məlumdur ki, o hadisə zamanı hər üç ölkənin vətəndaşları arasında həm həyatlarını itirən, həm də müxtəlif dərəcəli bədən xəsarətləri alanlar olub. Bu səbəbdən biz həm Rusiya İstintaq Komitəsi, həm də Qazaxıstanla əməkdaşlıq edirik".
K.Əliyev, həmçinin ilk vaxtlardan Braziliya Prokurorluğu ilə əlaqə saxladıqlarını vurğulayıb.
"Bilirsiniz ki, həmin təyyarə Braziliyada istehsal olunub. Hər halda ümid edirik ki, Rusiya tərəfi qısa zaman kəsiyində bizə istintaqın gedişi və konkret nəticələr, eyni zamanda cinayəti törətmiş (amma biz demirik bu qəsdən törədilib) şəxslərin məsuliyyətə cəlb olunması ilə bağlı bizə məlumat verəcəklər. Əgər bu, olmazsa, o zaman Cənab Prezidentin də dediyi kimi, bizim Beynəlxalq məhkəmələrdə iddia qaldırmaq hüququmuz var", - Baş prokuror əlavə edib.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Türkiyədə deputatın daha 9 yaxını saxlanıldı - Aralarında millinin keçmiş oyunçu da var
Bugün, 00:16 SİYASƏT
-
Tomas Frank "Kristal Palas"ın baş məşqçisi oldu
Bugün, 00:09 İDMAN
-
Ermənistan dövlət televiziyasında əlbəyaxa dava - Jurnalistlə politoloq canlı yayımda bir-birlərini yumruqladı
Bugün, 00:04 PRESS
-
Lukaku Belçika yığması ilə vidalaşdı - AÇIQLAMA
Bugün, 00:03 İDMAN
-
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
Bugün, 00:01 GÜNDƏM
-
Hikmət Hacıyev Avropa İttifaqının rəsmisi ilə müzakirə aparıb
16.11.2026, 23:14 SİYASƏT
-
Bakıxanovdakı "Gülüstan parkı"nda yüzlərlə ağac quruyub, ərazi isə zibilliyə çevrilib - VİDEO
16.11.2026, 22:33 CƏMİYYƏT
-
Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında iştirak edib
16.11.2026, 22:28 İDMAN
-
Terminallarda 500 AZN-dən artıq məbləğdə pul köçürməsinə yeni qadağalar gəldi - Nələr etməlisiniz?
16.11.2026, 21:44 İQTİSADİYYAT
-
İmran Xan ölümlə üz-üzə qalıb: "Hər gün 22 saat "kars"da saxlanılıram, gec olmadan ədalət istəyirəm"
16.11.2026, 21:02 DÜNYA
-
İstanbulda bələdiyyə sədr əvəzi CHP-dən istefa verdi
16.11.2026, 20:46 SİYASƏT
-
Azərbaycan Radiosunun 100, AzTV-nin isə 70 illik yubileyi... - “Yubiley gecəsi” konsert proqramı təşkil olunub + FOTOLAR
16.11.2026, 20:37 MƏDƏNİYYƏT
-
ABŞ və Rusiya prezidentlərinin görüşünə hazırlıq gedir
16.11.2026, 19:03 GÜNDƏM
-
BAKI MERİYASI YENİDƏN FORMALAŞDI: Zülfəli İsmayılov, Rəşad Ağayev, Elmin İmanov, Anar Tağıyev... - Onlar haqda hansı qərarlar verildi?
16.11.2026, 18:19 CƏMİYYƏT
-
Ceyhun Bayramov Böyük Britaniya XİN başçısı ilə telefonda danışdı - Nələr müzakirə edilib?
16.11.2026, 18:19 SİYASƏT
-
Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib
16.11.2026, 17:56 İQTİSADİYYAT
-
Qonaq qarşılanması, hədiyyə alınması üçün açılan 651 min manatlıq kart, icarəyə verilən texnikalar... - “Azenco” ilə bağlı sensasion məhkəmə işi davam edir
16.11.2026, 17:55 KRİMİNAL
-
Ordunun intellektual bölmələrində yeni seçim meyarları müəyyənləşdi -SİYAHI
16.11.2026, 17:27 CƏMİYYƏT
-
Deputat: "Rayonlar arasında ədalət prinsipi pozulub, qazlaşdırılmayan 900 kəndin 101-i təkcə Lerik rayonunun payına düşür"
16.11.2026, 17:14 CƏMİYYƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
16.11.2026, 17:00 İQTİSADİYYAT
-
"Avropalıların nə istədiyini anlamalıyıq" - Moskva Aİ-ni prosesdən kənarda saxlamaq istəyir, Estoniya və Kiyevə yeni mesajlar verir
16.11.2026, 16:49 GÜNDƏM
-
Kreml: "Biz Kiyevə "nəfəs məkanı" vermək niyyətində deyilik"
16.11.2026, 16:40 GÜNDƏM
-
Deputat media sahəsinə ayrılan vəsaitin azlığından şikayətlənib: “Milli düşüncəni təyin edən mediadır..."
16.11.2026, 16:32 PRESS
-
Sabah bəzi ərazilərdə güclü külək əsəcək - Xəbərdarlıq
16.11.2026, 16:26 CƏMİYYƏT
-
"Kişmiş" restoranı yanıb - VİDEO
16.11.2026, 16:12 CƏMİYYƏT
-
Deputat: “Rus dilinin xüsusi statusu nədir ki, bu xərcləri dövlət ödəyir?”
16.11.2026, 15:57 SİYASƏT
-
“Röyaya zəng etdim, telefonla danışmaq istədim, danışdığım yerdə telefonu bağladı"
16.11.2026, 15:36 ŞOU-BİZNES
-
Alik Əzizbəyov vəzifəyə təyin edilib
16.11.2026, 15:29 İQTİSADİYYAT
-
Deniz Seki: "Həyatımın ikinci pərdəsini açıram"
16.11.2026, 15:18 ŞOU-BİZNES
-
Eksternat təhsilalma forması: sənəd qəbulu başlayıb
16.11.2026, 15:07 CƏMİYYƏT
-
Tramp video paylaşdı, sətirlatı müharibə mesajı verdi: "Allah əsgərlərimizi qorusun"
16.11.2026, 14:59 GÜNDƏM
-
Norveç həyəcan təbili çalır: "Yumurta və toyuq qıtlığı yarana bilər"
16.11.2026, 14:37 İQTİSADİYYAT
-
Minimum əməkhaqqı 500 manat olacaq? - 100 manat civarında artım gözlənilir
16.11.2026, 14:18 İQTİSADİYYAT
-
AZAL-dan sərnişinlərə növbəti zərbə - QURU SƏRHƏDLƏRİN BAĞLI OLDUĞU ÖLKƏDƏ BİLETLƏR “UÇACAQ”
16.11.2026, 14:18 CƏMİYYƏT