Azərbaycanın ədalət məhkəməsi - Əli Cabbarov yazır
27-02-2025 [16:15]
Əli Cabbarov,
Naxçıvan Dövlət Universitetinin dosenti
***
XX əsrin ən böyük cinayətləri arasında Azərbaycan xalqına, onun dövlət suverenliyinə və mövcudluğuna qarşı erməni faşizmi və onu bəsləyən qüvvələr tərəfindən törədilmiş işğal, soyqırımı və vandallıq əməlləri özünün insanlıq xarici qəddarlığı ilə seçilməklə bu gün Bakıda davam edən ədalət məhkəməsi qarşısında dayanan separatçı canilərdən bir-bir soruşulmaqdadır.
Heç bir günahı olmayan, sadəcə, azərbaycanlı olduğuna görə əsrlərlə yaşadığı yurdundan qovulan, təhqir, işgəncə və ölümlə qarşı-qarşıya qoyulan insanların bu gün ədalətdən gözlədiyi, bir daha bu torpaqlarda sürgün, ölüm və göz yaşlarının olmaması üçün günahkarların layiq olduqları cəzalarına çatmalarıdır. Çünki bu cəzaya layiq görülənlər dünyaya ibrət dərsi olmalıdır ki, bütün zalımlar hər nə qədər güclü olsalar da, bir gün mütləq günahları qarşısında cavab verəcəklər.
Azərbaycan xalqının taleyinə isə həm də zalım qonşularla birgə yaşamaq, zaman-zaman işğala, terrora, hücumlara məruz qalmaq, uzun illər ərzində pozulmuş insan hüquqlarına, yağmalanmış əmlaka, yox olmuş arzulara, həyatları sönmüş həmvətənlərinə görə, sadəcə, səbir edib dözmək qisməti yazılıb sanki. Ona görə də təkcə 1988-ci ildən etibarən deyil, eləcə də Araz ayrılıq çayı olandan bəri son 250 il ərzində işğalçı və xain qonşularımızın torpaqlar-mıza göz dikməsi ilə xalqımızın üzləşdiyi faciələr, ölkəmizin itirdiyi torpaqlar, oğurlanan, yağmalanan, uzaq ölkələrə daşınan maddi mədəniyyət nümunələrimiz, işğal atlında qalmış ərazilərdə vandallıq və quldurluq qurbanı olmuş tarixi abidələrimiz və ən nəhayət, Vətənimizin bütövlüyü uğrunda canından keçmiş qəhrəman şəhidlərimizə görə Azərbaycan xalqının məhkəmədə soruşacağı hesablar vardır. Əsrin məhkəməsi kimi tarixə düşəcək və ermənilərin xalqımıza qarşı törətdikləri bütün cinayətləri mühakimə edəcək bu ədalət davasında üzə çı-xan həqiqətləri görən dünya gözü dönmüş erməni faşizminin iç üzünün ifşasına bir daha şahid olacaq.
II Qarabağ müharibəsi və birgünlük antiterror əməliyyatlarından sonra bərqərar olmuş ədalətin təntənəsinə şahid olduğumuz bu günlərdə, Xankəndidə yaxalanmış, Azərbaycan xalqına və dövlətinə qarşı törətdikləri cinayətlərə görə mühakimə olunanların miskin sifətlərini gördükdə, əslində, onların insan deyil, bir zamanlar insan qanına susamış hansısa lənətlənmiş zombilər olduğunu unutmamalıyıq. Sülh və insanlıq əleyhinə cinayətlərin bilavasitə iştirakçısı olmuş, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və adətlərini pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Arayiklər, Rubenlər, Arkadilər daha nə kimi çoxsaylı “yanların” məhkəməsində onlar bir-bir üzlərinə oxunan əməllərə görə, cavab verəcəklər. Açıqlanan ilkin ittiham aktına görə, Azərbaycanın suveren əraziləri olan 12 şəhər, 18 qəsəbə, 895 kənd, ümumilikdə, 925 yaşayış məntəqəsinin işğalı və uzun illər ərzində işğal altında saxlanılması nəticəsində, ümumilikdə, ölkəmizin 18 min 850 nəfər vətəndaşı qəsdən öldürülmüş, 56 min 268 nəfər şəxsə onların qəsdən öldürülməsi məqsədilə müxtəlif dərəcəli bədən xəsarəti yetirilmişdir.
Ermənistanın təcavüzkarlığı nəticəsində I Qarabağ müharibəsi, ondan sonrakı dövrdə və II Qarabağ müharibəsi dövründə mülki infrastruktura, ümumilikdə, 5,2 milyard manatdan çox ziyan dəyib. Şübhəsiz, ölkəmizin mülki infrastrukturuna, iqtisadiyyatına, ekoloji vəziyyətə və müdafiə arsenalına, ümumilikdə, vurulmuş 100 milyard manatı aşan ziyanın riyazi rəqəmlərlə ölçülən həcmini məhkəməyə çıxarılaraq özlərini keçmiş sovet ittifaqının xüsusi xidmət orqanlarının qurbanı hesab edən və eləcə də hələ də azadlıqda gəzən ermənilər hamıdan yaxşı bilsələr də, lakin bu ötən 37 il ərzində erməni təcavüzünün xalqımıza vurduğu mənəvi zərbələri çətin ki, kimsə sona qədər qiymətləndirə bilsin. 1988-ci ildən başlayaraq sovet mərkəzi aparatındakı ağqulaq əsilli rəhbərlərin dəstəyinə arxalanaraq mütəşəkkil terrorçu dəstələr şəklində azərbaycanlılara qarşı açıq silahlı basqınlar edib öldürdükləri insanların sonradan dərilərini soyan, əsir götürülmüş soydaşlarımızın erməniəsilli şəxslərin qəbirləri üzərində başlarını qurbanlıq kimi kəsən ermənilərin cəzası, şübhəsiz, daha böyük olacaq.
Bu cəza ədalətli olduqca əzilmiş, tapdalanmış insan hüquqları, məhv olmuş arzular, yox olmuş ailələrin yaxınları təskinlik tapacaqlar. Bu məhkəmədən gözlənilən ədalət Şuşada yallı gedən sərxoş Paşinyanın əzib tapdaladığı xarıbülbülün zərif rayihəsinə dərman, kafir ayağı dəymiş Xudafərin körpüsünün fəryadına məlhəm də olacaq. Bu məhkəmə Füzulinin, Ağdamın, Cəbrayılın, Qubadlının, Zəngilanın dağıdılmış yurd yerlərinə, künc daşlarına qədər sökülmüş binalarında bir zaman yaşamış insanların ruhlarına rəhmət gətirib, burada quldurluq etmiş ermənilərin törətdikləri cinayətləri bir-bir üzünə sadalayacaq. Bu gün beynəlxalq qanunlar əsasında qurulmuş məhkəmədə vəkil, erməni dilində tərcüməçi tələbi ilə çıxış edib hüquqlarından dəm vuran erməni vandallarının əlimizdə olan bu başçıları 1992-ci ilin soyuq 26 fevral gecəsində ağlaya-ağlaya gecə boyu Xocalıdan qaçıb Ağdama çatmaq istəyən yüzlərlə körpə uşağın buz kimi donmuş gözyaşlarının haqqını ödəyə biləcəklərmi!? Yaxud hələ ki azadlıqda qalan Köçəryan, Sarkisyan, Balasanyan, Ohanyan kimilər Qərbi Azərbaycandan və Qarabağdan didərgin etdikləri minlərlə qaçqın və köçkünün dəmir yolu vaqonlarında, konteynerlərdəki acı həyatına görə necə cavab verəcəklər? İndi ədalət məhk-məsindən gizlənsələr də, harada olsalar da, bir gün mütləq bu cavabı verəcəklər! Lap gorbagor olub o dünyaya getsələr də!
Bu gün çoxsaylı cinayətlərlə ittiham olunub Bakıda timsah gözyaşları tökən 15 nəfər erməni məhkumdan 30 ildən artıq müddətdə blokada məngənəsində sıxılan yüz minlərlə Naxçıvan sakininin də soruşacağı bir hesab vardır. On illər boyu Azərbaycanın sərvətləri hesabına cah-calal içində yaşamış, özlərinə sərvət toplamış ermənilər Bakıdan Naxçıvana gedən yolları kəsməklə uzun illər boyunca burada yaşayan insanları ərzaq və enerji məhrumiyyətləri ilə üz-üzə qoymuş, minlərlə ailənin gözəl arzularını puç etmiş, yüz minlərlə ağacın kəsilməsinə, on minlərlə evin işıqsız qalmasına bais olmuşlar. Sədərəyə iriçaplı silahlardan atəş açıb dinc sakinləri qətl edən ermənilər bu illərdə on minlərlə naxçıvanlının doğma Bakıya çıxışını bloklamaqla insanların vaxtında işinə-gücünə, təhsilinə, müalicəsinə, əzizlərinin dəfninə çatmasına əngəl oldular. Bu gün şüşə arxasından boylanan yazıq tülkü görkəmindəki ermənilərin başlatdığı separatizm və işğal olmasaydı, 1988-ci ilə qədər bütün Cənubi Qafqazın turizm cənnəti olmuş Qaraba-ğın və eləcə də Azərbaycan müstəqil olduqdan sonra Naxçıvanın region və dünya turizminə nələr qazandırdığından danışa bilərdik. Lakin Qarabağın bütün turizm infrastrukturunu və tarixi-mədəni zənginliklərini məhv edən, Naxçıvana gedən kommunikasiyaları da bloklayan ermənilərin təkcə Azərbaycanın turizm gəlirlərinə vurduqları ziyana görə, yəqin ki, Ermənistanın ən azı 50 il təzminat ödəməsi tələb olunacaq.
Bu gün Bakıda davam edən əsrin məhkəməsinə dünya şahidlik edir. Şübhəsiz, insanların on illərlə pozulmuş yaşamaq hüquqlarına, itirilmiş əmlaka, mülkiyyətə, qarət olunmuş sərvətlərə görə burada məhkum olunan erməni canilər layiqli cəzalarını alacaqlar. Ancaq kimsə unutmasın ki, erməni faşizminə dəstək verib, onları silahlandıran, təkcə Azərbaycanda deyil, bütün dünyada insanların başına bəla olanlar da bir gün mütləq Allahın cəzasına tuş gələcəklər
MİA.AZ
Hava ilə bağlı xəbərdarlıq edildi
Mehriban Əliyeva xalqı təbrik edib - FOTO
"Deyəsən, onu mənim yerimə hazırlayırdı" - Gecəylə vəzifəsindən azad olunan icra başçısının müavini maraqlı faktları açıqladı (MÜSAHİBƏ)
Azərbaycan nefti cüzi bahalaşdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
BƏƏ Yəməndəki hərbçilərini geri çəkdi
"Peşman deyiləm, lakin..." - "Beşiktaş"ın heyətindən kənarlaşdırılan futbolçu danışdı
Prezident İlham Əliyev bu fotonu paylaşdı - FOTO
Mauro İkardinin 15 yaşında çəkdirdiyi şəkil gündəm oldu - FOTO
İsrail Livanı top atəşinə tutub
Aralıq dənizində zəlzələ olub
Tayfur Bingöl super liqa ilə bağlı proqnoz verdi
Şeyma Subaşı hava limanında saxlanılıb - FOTO
Naftalan Müalicə və Sağlamlıq Mərkəzindən xoş təəssürat... - Səxavət Tağlar yazır (FOTOLAR)
İCRA BAŞÇISI İDMAN GEYİMİNDƏKİ MÜĞƏNNİYƏ HESABAT VERİR - Bu, dövlət ərkanı və atributlarına hörmətsizlik deyilmi?! (VİDEO, FOTOLAR) - Yenilənib
Elman Rüstəmovun biznesinin biri qapadıldı
“Azercell” yenilənmiş “Hədiyyə çarxı”nı təqdim edir
Sabiq icra başçısı azadlığa buraxılıb
Rəsmi Kiyev Putinin iqamətgahına hücum etmədiyini deyir: "Moskva dəlillər təqdim edə bilmədi"
Dövlət Xəzinədarlığı Agentliyinin adı dəyişib - Fərman
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 6 günlük məzənnəni açıqladı
14 nəfər zəhərlənib - Ucarda
Energetika Nazirliyinə əlavə səlahiyyət verildi - Fərman
Deputat Rasim Musabəyov “Şərəf” ordeni ilə təltif olunub - Sərəncam
YENİ QURUM YARADILDI - Fərman
Vəkil adından qanunsuz istifadə edənlər cərimələnəcək
“Azercell Könüllüləri” uşaqlara bayram sevinci yaşadıb - FOTOLAR
Əli Əsədovla Küveytin Baş naziri telefonda danışıb - Açıqlama
"Beynəlxalq Bankı”ın İdarə Heyəti sədrinin birinci müavini vəzifədən niyə çıxarılıb?
TARİF ŞURASI YENİ QƏRAR VERDİ: işıq... - Yeni qiymətlər
Daha 237 dərmanın qiyməti dəyişib - Qərar
BENZİN VƏ DİZELİN QİYMƏTİ QALXDI - Tarif Şurası qərar verdi
Şahin Tağıyevin cənazəsi Vətənə gətirilir
Axtarışda olan Nicat Rəhimov Bosniya və Herseqovinada saxlanılıb
Səudiyyə bu hücumla açıq mesaj verir - Təhlil
Spiker: "Payız sessiyasında 86 qanun və qərar layihəsi qəbul edilib"
Milli Məclis müraciət yayıb
Dövlət qulluğu ilə bağlı yeni qanun qəbul edildi - DETALLAR
Yeni il gecəsi hava necə olacaq? - Proqnoz
Onlara leytenant hərbi rütbəsi veriləcək - Yeni qanun