Roberto Mançini: "Matça çox fərqli taktika ilə çıxmayacağıq"

Roberto Mançini: \"Matça çox fərqli taktika ilə çıxmayacağıq\"

İDMAN

Bugün, 00:28

UEFA Millətlər Liqasının A qrupunda 1-ci qrupda ikinci oyununda Türkiyə ilə qarşılaşacaq İtaliya millisinin baş məşqçisi Roberto Mançini jurnalistlərə açıqlamalar verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, təcrübəli məşqçi türk yığmasını tərifləyib.

O bildirib ki, çətin oyuna fərqli taktikayla çıxacaqlar:

"Türkiyə Dünya Kubokundan kənarlaşdırılmağa layiq deyildi. Onların çox yaxşı oyunçuları var. Montella komandanı daha da inkişaf etdirib və onu yüksək keyfiyyətli komandaya çevirib. Bugün necə oyun oynayacağımzı görəcəyik. Həqiqətən vaxta ehtiyacımız var. Bizə lazım olan tək şey budur. Düşünürəm ki, bugün yaxşı oyun olacaq. Matça çox fərqli taktika ilə çıxmayacağıq. Çox fərq görməyəcəksiniz. Moise Keanın oynaya biləcəyi hələ bəlli deyil. Onun vəziyyətini bugün qiymətləndirəcəyik."

Fərid

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR