Ərbakanın müavini istefa verdi - Səbəbi belə izah etdi

Ərbakanın müavini istefa verdi - Səbəbi belə izah etdi

SİYASƏT

Bugün, 09:09

Türkiyənin keçmiş baş naziri Nəcməddin Ərbakanın oğlu Fatih Ərbakanın rəhbərlik etdiyi Yenidən Rifah Partiyasından gözlənilməz istefa baş verib.

MİA.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, partiyanın sədr müavini, İstanbuldan deputat Doğan Bekin partiyadakı vəzifəsindən ayrılıb.

Məlumata əsasən, o, istefasını partiya daxilində digər sədr müavini Suat Kılıçla yaşadığı fikir ayrılıqları ilə izah edib: ““Terrorsuz Türkiyə” prosesi ilə bağlı partiyanın sədri Fatih Ərbakan səsvermə ilə bağlı qərarı mənim öhdəmə buraxmışdı. Lakin Suat Kılıçın bizə “xeyr” səsi verməsi istiqamətində israr etdi. Bu isə aramızdakı fikir ayrılığını dərinləşdirdi və getməyə qərar verdim. Hazırda partiya ilə əlaqə saxlamıram”.

Partiyadan istefaya münasibət bildirilməyib.

F. SƏFƏRLİ

MİA.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR