Kantenin fantastik maaşı "dodaq uçurtdu"

Kantenin fantastik maaşı \"dodaq uçurtdu\"

İDMAN

Bugün, 00:20

"Fənərbağça"nın ötən mövsüm heyətinə cəlb etdiyi fransız yarımmüdafiəçisi N'Golo Kantenin maaşı bəlli olub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbul klubu Kanteyə 3 illik müqavilə çərçivəsində ümumilikdə 46,9 milyon avro xalis maaş ödəyəcək.

Məlumata görə, maaş bölgüsü belədir:

- 2025/2026-cı illərdə 16,9 milyon avro,

- 2026/2027-ci illərdə 19 milyon avro

- 2027/2028-ci illərdə 11 milyon avro.

Xəbərdə deyilir ki, bura 10 milyon avroluq transfer haqları və agent faizləri xərci də var: "Bu isə o deməkdir ki,  Kantenin "Fənərbağça"ya keçidi kluba nə az, nə çox - düz  56,9 milyon avroya başa gəlib".

Fərid

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR