ABŞ Prezidenti: "İranla bu həftə nəzərdə tutulan görüşdən daha çox nəticə gözləyirəm"

ABŞ Prezidenti: \"İranla bu həftə nəzərdə tutulan görüşdən daha çox nəticə gözləyirəm\"

GÜNDƏM

Bugün, 00:07

ABŞ prezidenti Donald Tramp  İranla danışıqların bərpa olunacağının anonsunu verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o,  bu barədə yerli mətbuata müsahibə veriib.

“Bu həftə İranla nəzərdə tutulan görüşdən daha çox nəticə gözləyirəm. Onlar razılaşma əldə etmək istəyirlər, lakin etiraf edirəmki, bu, hələlik mənim etmək istədiyim razılaşma deyil”, – deyə Tramp bildirib.

İrana qarşı hücumların yenidən başlayıb-başlamayacağı ilə bağlı suala isə ikibaşlı cavab verib: “Hücum hər zaman qüvvədədir"

Tramp, həmçinin ABŞ ordusunun Hörmüz boğazından böyük həcmdə neftin keçidini asanlaşdırdığını iddia edib. Onun sözlərinə görə, həftəsonu boğazdan 20 milyon barreldən çox neftin tranziti həyata keçirilib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazında gəmiçiliyin bərpası məqsədilə İranın vasitəçilər üzərindən ABŞ-a təqdim etdiyi son 7 günlük atəşkəs təklifini rədd etmişdi.

Firudin Səfərli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR