"Nizamnamədən irəli gələn məsələlərə baxılacaq" - YAP sədrinin müavini qurultaydan danışdı

\"Nizamnamədən irəli gələn məsələlərə baxılacaq\" - YAP sədrinin müavini qurultaydan danışdı

SİYASƏT

Bugün, 12:56

"Yeni Azərbaycan Partiyasının (YAP) qurultayına hazırlıq işləri davam etdirilir".

Mia.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov deyib.

O bildirib ki, partiyanın keçirəcəyi qurultay növbədənkənar deyil, ənənəvi olaraq 5 ildən bir keçirilir: "Təbii ki, qurultayın gündəliyində, ilk növbədə, 5 il ərzində partiyanın keçdiyi yola nəzər salınacaq və bəzi məsələlər müzakirə ediləcək. Nizamnamədən irəli gələn məsələlərə baxılacaq".

Qeyd edək ki, YAP-nin 8 ci qurultayı oktyabrın 2-də keçiriləcək.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR