Rusiya XİN sözçüsü: "Tramp Baydenin səhvlərini düzəltməlidir"

Rusiya XİN sözçüsü: "Tramp Baydenin səhvlərini düzəltməlidir"

SİYASƏT

23.01.2025, 23:46

"ABŞ prezidenti Donald Tramp administrasiyası keçmiş prezident Co Baydenin Ukrayna ilə bağlı buraxdığı səhvləri həlll etməlidir"

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Moskvada həftəlik mətbuat konfransında deyiib.

Onun sözlərinə görə, Tramp administrasiyanın ABŞ-ın regionla bağlı strategiyasını dəyişmək zamanı yetişib.

zaxarova ABŞ-ın Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxması barədə sualı cavablandırıb: "ABŞ-ın Paris İqlim Sazişindən çıxmasından sonra ÜST-dən çıxması gözlənilən idi"

Xarici işlər naziri Sergey Lavrovun ABŞ-ın yeni Dövlət katibi Marko Rubio ilə görüşünün mümkünlüyünə gəlincə,  Zaxarova qeyd edib ki, bu məsələ gündəmdə deyil: "Bu istiqamətdə hər hansı təmas olmayıb"

Zülfiyyə Mustafayeva
Mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR