Lamiyə Vəliyeva Cənubi Afrikalı ilə evlənib - Atası xəbəri təsdiqlədi

img

28-11-2024 [12:27]


İkiqat Paralimpiya çempionu, 22 yaşlı Lamiyə Vəliyeva Cənubi Afrika Respublikasından olan idmançı ilə ailə həyatı qurmaq qərarına gəlib.

Dördqat dünya çempionumuz artıq əcnəbi atletlə Bakıda nikaha da daxil olub.

Lakin cütlüyün hələlik toy mərasimi keçirilməyib. Bunun yaxın vaxtlarda olması planlaşdırılır.

Paralimpiya ulduzu zənglərə cavab verməsə də, atası Rövşən Vəliyev məsələyə münasibət bildirib.

O, məlumatı təsdiqləyib və qızının Cənubi afrikalı idmançı ilə ailə qurmağa hazırlaşdığını deyib./İdman.biz


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA