İsrailin Qəzzada köçkünlərin sığındığı evi bombalayıb - Ölən və yaralananlar var

img

16-10-2024 [10:39]


Bu gün səhər Qəzza şəhər mərkəzində köçkün ailələrin sığındığı ev İsrail ordusu tərəfindən bombalanıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstinin WAFA xəbər agentliyi məlumat yayıb.

Qeyd edilib ki, İsrail döyüş təyyarələri Qəzza şəhər mərkəzinin qərbində - Nəsr rayonunda köçkünlərin sığındığı evi hədəf alıb: "İlkin məlumata görə, hücum nəticəsində 5 nəfər ölüb, 8 nəfər yaralanıb. Dağıntılar altında axtarış-xilasetmə işləri davam edir".

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA