İsrail Qəzzada daha bir qaçqın düşərgəsini bombalayıb - 5 uşaq ölüb

İsrail Qəzzada daha bir qaçqın düşərgəsini bombalayıb - 5 uşaq ölüb

DÜNYA

14.10.2024, 09:12

İsrail Qəzza zolağında Nusayrat və Cibaliya qaçqın düşərgələrindən sonra daha bir düşərgəni bombalayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Qəzzanın qərbindəki Əl-Şati Qaçqınlar Düşərgəsinin bombalanması nəticəsində 5 uşaq ölüb, əksəriyyəti uşaq və qadın olmaqla 12 nəfər yaralanıb.

Mamadani xəstəxanasından verilən məlumata görə, döyüş təyyarələri Əl-Şati Qaçqınlar Düşərgəsində toplanan bir qrup fələstinliyə atəşə açıb: "Ölən və yaralananlar Mamadani xəstəxanasına yerləşdirilib. Yaralıların çoxunun vəziyyəti ağırdır".

Tahir Şəlvəli
MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR