Azərbaycanlı mütəxəssislər İslamabadda 4 obyektin bərpasında iştirak edəcəklər

img

19-07-2024 [17:17]


Azərbaycanlı mütəxəssislər Pakistanın paytaxtı İslamabadda 4 obyektin bərpasında iştirak edəcəklər.

Bakı və İslamabad arasında Anlaşma Memorandumunun icrası çərçivəsində birinci mərhələdə Azərbaycan mütəxəssisləri Srinaqar şossesinin, Şəkərpərian mərkəzi şəhər meydanı, Səidpur kəndi və "Melodi Fud-park"ın yenidən qurulmasında iştirak edəcəklər.

Bildirilib ki, Bakıdan olan bağçılıq üzrə ekspertlər qrupu qarşıda duran məsələləri müzakirə etmək üçün paytaxt İslamabadın İnkişaf İdarəsinin sədri Məhəmməd Əli Randhava ilə görüş keçirib.

Qeyd edilib ki, Azərbaycan da bağçılıq üçün müxtəlif alət və avadanlıqları Pakistana təhvil verəcək, bakılı mütəxəssislər İslamabadda şitillik salacaqlar.

Ə.Randhava, həmçinin idarənin mühəndislik şöbəsinə azərbaycanlı mütəxəssislərə texniki dəstək göstərməyi tapşırıb./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq