Komitə sədri öz müşavirini attaşe təyin edib - Gömrükdə daha bir dəyişikik (FOTO)

Komitə sədri öz müşavirini attaşe təyin edib - Gömrükdə daha bir dəyişikik (FOTO)

CƏMİYYƏT

15.07.2024, 09:47

Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı səfirliyində Dövlət Gömrük Komitəsinin nümayəndəsi (gömrük attaşesi) təyin edilib.

Mia.az Qaynarinfo-ya istinadla xəbər verir ki, Dövlət Gömrük Komitəsinin sədri gömrük xidməti general-leytenantı Şahin Bağırovun müvafiq əmri ilə bu vəzifəyə polkovnik Əsgər Məmmədov təyin olunub.

Qeyd edək ki, Əsgər Məmmədov 2022-ci ildə Dövlət Gömrük Komitəsi Katibliyinin rəisi vəzifəsinə təyin olunub. Sonuncu vəzifəsi Gömrük Komitəsi sədrinin müşaviri olub.

Xatırladaq ki, ötən ilin dekabr ayında Şahin Bağırovun müvafiq əmri ilə polkovnik (gömrük attaşesi) Əliqulu Cəfərov Azərbaycanın Türkiyədəki səfirliyində Dövlət Gömrük Komitəsinin nümayəndəsi vəzifəsindən azad edilib.

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR