Partiya funksionerinin oğlu çayda boğulub

img

12-07-2024 [23:59]


İYİ Partiyanın  Batman şəhər təşkilatının sədri Şeyhmus Urasın oğlu Taha Yasin Uras çayda boğulub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, faciəli hadisə bu gün Batman çayında baş verib.

Məlumata görə, hərbi xidmətdən yeni gələn partiya funksionerinin 23 yaşlı oğlu çaya sərinləmək üçün girib və qısa zaman sonra yaxınları onun boğulduğunu fərq ediblər: "Yaxınları onu çaydan çıxarıb xəstəcanaya çatdırsalar da, nəticəsiz qalıb. Taha Yasının meyiti ekspertizadan sonra ailəsinə təhvil verilib....".

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR