Güllələnən vokalistin 50 il sonra tapılan gitarası 2,9 milyon dollara satılıb - Hərracda (FOTO)

Güllələnən vokalistin 50 il sonra tapılan gitarası 2,9 milyon dollara satılıb - Hərracda (FOTO)

MƏDƏNİYYƏT

31.05.2024, 14:17

Britaniyanın dünyaca məşhur “The Beatles” musiqi qrupunun üzvü Con Lennona məxsus olan və 50 il sonra ortaya çıxan gitara açıq hərracda böyük məbləğə satılıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, gitara ötən gün ABŞ-ın Nyu-York şəhərində keçirilən hərraca çıxarılıb və özünə təxminən 2,9 milyon dollara satıcı tapıb.

"Julien Auction House"dan verilən məlumatda "The Beatles" musiqi qrupunun 1980-ci ildə öldürülən  vokalisti Lennonu 50 ildir yoxa çıxan 12 simli akustik gitarası bir çardaqda aşkarlanıb: "Gitara rekord qiymətə 2 milyon 857 min dollara satıldı".

Xəbərdə gitaranı kmin aldığı açıqlanmayıb.

Ləman

MİA.AZ 

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR