MÜDRİK XAQAN və CƏSARƏTLİ FİLOSOF (Pritça)
19-02-2024 [00:14]
Qalib ARİF
***
Deməli, qədim zamanlarda türk-avar xaqanlarından biri ağır xəstələnir, yerindən tərpənə bilmir. Kafkazyadan Avropaya kimi dünyanın beşdən birinə hökm edən (İslamdan qabaq, bizim eranın əvvəlləri), dövrünün ən ağıllı, cəsarətli sərkərdələrindən sayılan bir kişi (Atilla?!) bir xəstəlyin əlində aciz qalır.
Aylar keçir, il yetişir, amma ayağa qalxa bilmir. Doğrudur, başı işləyir, danışa bilir, amma əl-ayağını tərpədə bilmir, yerindən tərpənə bilmir. Ağzına yeməyi yedirirlər, ayaqyoluna aparıb-gətirirlər. Xaqanlığın həkimləri də bir-bir gəlir-gedir, amma xaqanın xəstəliyini müalicə edə bilmir.
Bizim dövr olsaydı, yəqin xaqanın işi yaxşı olardı. Londona, ya Parisə, ən azı Berlinə üz tutardı, xəstəliyinə əlac olardı. Ya da Amerikaya təyyarə göndərər, ən yaxşı həkim briqadasını ayağına gətirərdi. Amma Xaqanlığın öz qanunları, qaydaları vardı, xaqanın xəstəliyi gizli saxlanılırdı, bunu ancaq xaqanın yaxınları, bir də saray əyanları bilirdi. Bu, faktiki olaraq, dövlət sirri idi, dost-düşmən əlinə keçməzdi. Xaqanın yanına gələn, dərdinə əlac edə bilməyən həkimləri, təbibləri isə, paytaxtdan kənarda bir qalada nəzarət altında saxlayırdılar. Doğrudur, xaqanlığın qanunlarına və təhlükəsizlik qaydalarına görə, bu həkimlərin başı kəsilməli idi. Amma xaqan dövrünün ağıllı adamlarından biri idi, bilirdi ki, bir həkim 15-20 ilə ancaq yetişir, məmləkəti həkimsiz qoymaq istəmirdi.
Günlərin bir günü xaqanın yanına həkim gəlmədi, xaqan təəccübləndi. Bir gün keçdi, iki gün keçdi, yenə gələn, baxan olmadı. Xaqan təcili I Vəziri yanına çağırtdırdı, onun üstünə qışqırdı:
-Bu nə məsələdir, niyə həkimlər gəlmir, mənə əlac etmir?
I Vəzir ehtiramla təzim edib təmkinlə dilləndi:
-Məmləkətdə yaxşı, samballı həkim qalmayıb, Alihəzrət, hamısı qalada, nəzarət altındadır. Xaricdən həkim gətirməyə isə bizə qanun icazə vermir.
Xaqan daha da qəzəbləndi, var gücü ilə bağırdı:
-Mən demişəm həkimləri cəzalandırmayın, qalada saxlayın. Amma vəzirləri qoruyun deməmişəm...
Vəzir aqil adam idi, fikirdən iy çəkirdi, amma sakitcə cavab verdi:
-Həkimlər məmləkətə, millətə lazımdır, amma mən dövlətə, şəxsən alihəzrətə xidmət edirəm, onun əmrinə müntəzirəm...
Vəzirin təmkinli, siyasi cavabı Xaqanın xoşuna gəldi, sakitləşdi:
-Yəni bu boyda məmləkətdə bircə həkim də qalmayıb ki, mənim dərdimi bilsin, müalicə etsin?
-Biz təhlükəsizlik məsələlərinə görə Sizin xəstəliyinizi gizli saxlayırıq, Alihəzrət. Amma bir filosof var, mənləkətdə tanınmış adamdır, Sizi də yaxşı tanıyır. Həkimlərin, təbiblərin kütləvi şəkildə yoxa çıxmasından məsələni anlayıb, şəxsən mənə müraciət edib. Deyir mən Xaqanı bir günə ayağa qaldıraram...
-Çağırın gəlsin, amma bacarmasa, yalan danışdıgına görə başı kəsilsin. Mən demişəm həkimləri qoruyun, filosofları qoruyun deməmişəm...
Nə isə, filosofu çağırırlar gəlir, amma xaqanı müayinə etməyə tələsmir, deyir "mən Sizi müalicə edərəm, amma 3 şərtim var".
Xaqan yenidən qəzəblənir:
-Avaranın biri avara, bütün dünyaya mən şərt qoyuram, indi sən mənə şərt qoyursan?!
Vəzir, çağır cəlladlar gəlsin, bu avaranın başını kəssin...
Cəlladlar içəri gəlir, filosofu qollarından tutub qapıya doğru çəkir. Filosofun tükü də tərpənmir. Qapıya çatanda geri dönür, xaqana müraciət edir:
-Alihəzrət, mən ölümdən qorxmuram, onsuz da hər kişi bir dəfə ölməlidir. Amma mən ölsəm, Siz də öləcəksiz, məmləkət batacaq. Məni narahat edən budur, ona görə də burdayam...
Xaqan əlini qaldırır, cəlladlar filosofu buraxır, bayıra çıxır:
-Yaxşı sən deyən olsun, Avara. Şərtlərini de, görüm nə istəyirsən...
-Birinci şərtim belədir, bir kəhər at, belində də bir xurcun qızıl sarayın qapısında bağlı olmalıdır. İkinci şərtim odur ki, bütün saray əhli saraydan gözlə görünən məsafədə uzaqlaşmalıdır. Və onlar bir saat ərzində nə olursa-olsun, bura yaxınlaşmamalıdır...
-Birinci iki şərtini başa düşdüm, bütün insanlar kimi, filosoflar da dünya malının qurbanı olurlar. Üçüncünü anlamadım...
-Bizim müalicəmiz zamanı Siz ağrıdan qışqıra bilərsiz. Lazımdır ki, səsinizi heç kim eşitməsin və yaxına gəlməsin. Yeri gəlmişkən, bu Sizə daha çox lazımdır...
Xaqan razılaşır, saray əhli uzaqlaşır. Filosofla Xaqan təkbətək qalır - Allah yuxarıda, bunlar aşağıda.
Filosof deyir:
-Xaqan, bayaq mən Sizə 3 şərtimi dedim, amma mənim 3 arzum da var. Əvvəla, avara sənsən, sənin atandır. Sonra...
Filosof yaxınlaşır və Xaqanın üzünə tüpürür... Xaqan bütün iradəsini, gücünü toplayır, yataqdan filosofun üstünə atılır. Amma filosof geri çəkilir və yenidən Xaqana müraciət edir:
- Alihəzrət, mənim 3-cü arzum qaldı...
Sonra var gücü ilə Xaqanın dalına bir təpik vurur və qapıya dogru qaçır...
Xaqan qəzəbdən yaralı aslan kimi nərə çəkir, birinci dəfə hiss edir ki, Yer kürəsi fırlanır.
Yeri gəlmişkən, mən də hesab edirəm ki, Yerin fırlandığını birinci hiss edən, deyən bizim türk xaqanıdır. Sadəcə olaraq, gələm düşmən əlindədir, onlar Kopernikin, Qalileyin adını çəkir. Qərəz, Xaqan divara doğru atılır, aşağıdan asılmış misri qılınclardan birini qapır, mıxçası ilə dartıb qoparır. Sürünə-sürünə, dizləri üstə pilləkanları düşür. Dizləri, dirsəkləri al qana boyanır. Aşağı düşəndə hiss edir ki, ayaq üstə dayanır. Sarayın həyətində bağlanmış kəhər atların birinə yaxınlaşır, ağrıdan dodaqlarını gəmirə-gəmirə atın belinə dırmaşır... "Bədbəxt filosof... Xaqan artıq atın belindədir"...
I Vəzir aralıdan bu mənzərəni seyr edir, yalnız Xaqan at belində gözdən itdikdən sonra, mühafizəyə əmr verir. 40 seçmə igid 40 seçmə atın belində Xaqanı təqib edir. Yalnız bir saatdan sonra yolun kənarında iki kəhər at görünür. Yolun ortasında toz dumanı göyə qalxır. Mühafizə sürətlə yaxınlaşır, onlar çatınca toz dumanı dağılır. Birinci Xaqan görünür, ayaq üstədir, misri qılıncı sağ əlində, sol ayağı da yerdə tozun içində sərələnmiş filosofun sinəsi üstədir. Mühafizə yaxınlaşır, onları mühasirəyə alır. Xaqan ayağını götürür, filosofun əlindən tutub sərt hərəkətlə ayağa qaldırır. Filosofun tükü də tərpənmir, sakitcə üst-başını təmizləyir.
Xaqan bərkdən gülür:
-Avaranın biri avara, sən kəhər atla bir xurcun qızılı qazandın, məni ayağa qaldırdın. Sən indi külək kimi azadsan, hara istəsən gedə bilərsən. Amma nə vaxt qayıtsan, mənim II vəzirimin yeri boşdur...
P.S. Bəli, dostlar, belə müdrik Xaqanı və belə cəsarətli Filosofu olan xalq basılmaz, dünyanın beşdən birinə sahib olar...
MİA.AZ
Cəbrayılda yanğın törədən şəxs məsuliyyətə cəlb olunub
Bakıda "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının rəsmi açılışı olub - İlham Əliyev tədbirdə çıxış edib
DİN başçısı: "Maduro ayağından, arvadı başından yaralanıb" - Əməliyyatda 100 nəfər öldürülüb, 100-dən çox yaralı var
ABŞ-da kilsəyə hücum: iki nəfər ölüb, altə nəfər yaralanıb
Arvadına mesaj yazanı əvvəl zorlayıblar, sonra isə üzr istəyiblər... - Lənkəranda kuryoz hadisə
Baş Prokurorluq vergi müfəttişinin əməli barədə açıqlama yaydı
Bakıda narkokuryerlikdə şübhəli bilinən şəxs saxlanılıb
Tərtərdə narkotik və silah satmaq istəyən keçmiş məhkum saxlanılıb
Rusiyaya qarşı yeni sanksiyalar qəbul edildi - Tramp qanun layihəsini təsdiqlədi, ucuz neft alan ölkələr cəzalandırılacaq
Vərəm xəstələri üçün hemodializ kabineti yaradılıb
"Həmin toyda nə deputatı gördük, nə də ona əmi kimi.." - Müğənni müzakirələrə səbəb olan dəbdəbəli toydan danışdı
Azərbaycan neftinin qiyməti 65 dollardan aşağı düşdü
"O, 400 mini “Holluvud” restoranım üçün istədi" - Şərurlu İsfəndiyardan sabiq icra başçısına ağır ittiham
Günel Nəbiyeva yeni vəzifəyə təyin olundu
"Beşiktaş" daha bir futbolçu ilə vidalaşdı
Daxili savaşa sürüklənən İrana ABŞ-dan sərt xəbərdarlıq: "Tramp sizi gecə əməliyyatı ilə cəzalandıra bilər" - FOTOLAR
Cəbrayıl və Füzulidə yanğınlar başlayıb - FHN açıqlama yaydı
İstanbulda qorxunc mənzərə - Narkotik qəbul edən yeniyetmələr "zombi"yə çevrildilər (FOTO)
Danimarka ordusu Trampın təcavüz ehtimalına hazırlıq görür: "ABŞ-ın Qrenlandiyaya mümkün müdaxiləsi..."
Türkiyədə məşhur aktyor və aktrisalar saxlanıldı - SİYAHI
Paulista "Beşiktaş"dan ayrıldı: "Bu qərar asan olmadı"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Politoloq: "İranda Pəhləvinin simasında yenidən şah üsul-idarəsinin bərpasını istəmirlər"
Qarışan İran və ya yolu kəsilən Türkiyə... - ELXAN ŞÜKÜRLÜ YAZIR
Leyla Əliyeva Qusarda "Kənd Həyatı" layihəsinin qonağı olub - VİDEO
Şahin Bağırov polkovniki idarə rəisi təyin edib
"Azərsun"un şəkər tozu: şirinliyi niyə yoxdur? - VİDEO
"Nərimanov" metorstansiyasında kişi qatarın altına düşərək ölüb
Prezident futbol komandasına avtobus bağışlayıb - FOTO
Gəncə-Qəbələ-Gəncə qatarının qrafiki və bilet qiymətləri... - CƏDVƏL
"Şit reklamlar"a böyük pullar xərcləyən "Tamstore": qiymətlər bahadır, yoxsa? - VİDEO
Abşeronda məktəbli dəm qazından zəhərlənib
Azərbaycandan Ermənistana yenə neft məhsulları göndəriləcək
"Fənərbağça" daha bir futbolçu transfer edir
Neymarın müqavilə müddəti uzadıldı
Sabah Bakının bu ərazisində qaz olmayacaq
Prezident bu qurumlara 6,3 milyon manat ayırdı - SƏRƏNCAM
Xalq artisti Cahangir Novruzov təltif olunub - Sərəncam
Prezident onları təltif edib - SİYAHI
AMEA-nın vəzifəli şəxsləri hakim qarşısına çıxarılır - DETALLAR
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Azərbaycan–Suriya İşgüzar Şurası yaradılır
GÖMRÜKÇÜLƏRİN CİNAYƏT İŞİ MƏHKƏMƏYƏ GÖNDƏRİLDİ