Magistraturaya qəbul: dövlət sifarişli yerlər boş qalıb

Magistraturaya qəbul: dövlət sifarişli yerlər boş qalıb

GÜNDƏM

Bugün, 15:18

2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələrinə əsasən müəyyən sayda dövlət sifarişli yerlər istifadə edilməmiş qalıb.

Mia.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Müvafiq ixtisaslara ödənişli əsaslarla qəbul olunmuş bakalavrlar arasında onların topladıqları ballara əsasən boş qalan dövlət sifarişli yerlərə əlavə müsabiqə keçirilib.

Əlavə müsabiqənin nəticələrinə əsasən magistraturaya qəbul üzrə 195 bakalavr ödənişsiz təhsil almaq hüququ əldə edib. Həmin tələbələrin siyahısı müvafiq tədbir görülməsi üçün ali təhsil müəssisələrinə göndərilib.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR