Özbəkistanda yeni qaz yatağı kəşf edilib

Özbəkistanda yeni qaz yatağı kəşf edilib

İQTİSADİYYAT

Bugün, 14:19

Özbəkistanda Üstyurt regionunun mərkəzi hissəsində aparılan geoloji-kəşfiyyat işləri nəticəsində yeni "Karatau" qaz-kondensat yatağı kəşf edilib.

Bu barədə "Özbəkneftqaz" məlumat yayıb.

Qaraqalpaqstan Respublikasının Muynak rayonu ərazisində yerləşən Karatau sahəsində 4860 metr dərinliyində 1 saylı axtarış quyusu qazılıb.

Oktyabrın 3-də sınaqlar zamanı 3273-3213 metr dərinlik intervalındakı Alt Yura çöküntülərindən sənaye əhəmiyyətli təbii qaz və kondensat axını əldə edilib.

Cari ilin sonunadək 2 saylı axtarış quyusunun qazılmasının başa çatdırılması, həmçinin 3 və 4 saylı axtarış-kəşfiyyat quyularının qazılmasına başlanılması planlaşdırılır.

Karatau sahəsində əldə olunan geoloji nəticələr Üstyurt regionunda dərin layların öyrənilməsi üzrə geoloji-kəşfiyyat işlərinin yeni perspektiv istiqamətlərini müəyyənləşdirməyə imkan verəcək/Report.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR