AAK DEPUTATIN ELMİ İŞİNİ İKİ İLDİR TƏSDİQLƏMİR - Xanım millət vəkilinin DİPLOMU NİYƏ VERİLMİR?

AAK DEPUTATIN ELMİ İŞİNİ  İKİ İLDİR TƏSDİQLƏMİR - Xanım millət vəkilinin DİPLOMU NİYƏ VERİLMİR?

GÜNDƏM

Bugün, 14:45

Ana Vətən Partiyasının sədri, deputat Günay Ağamalının elmi fəaliyyəti "dalan"a dirənib.

Mia.az-ın əldə etdiyi məlumata görə, 2024-cü ildə Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən FD.2.43 Dissertasiya Şurasında “Pedaqoji psixologiya” ixtisası üzrə  "Məktəbəqədər yaşlı uşaqlarda əqli keydiyyətlərin formalaşmasının psixoloji xüsusiyyətləri" elmi işini müdafiə etsə də, deputatın diplomu Ali Attestasiya Komissyasında (AAK) bu günə qədər təsdiqlənməyib: "Bu səbəbdən, o, 2 ildir “Pedaqoji psixologiya” üzrə fəlsəfə doktoru diplomunu ala bilməyib".

Məlumat üçün qeyd edək ki, 2004-cü ildə Qərb Universitetində ingilis dili üzrə tərcüməçilik ixtisası üzrə bakalavr təhsili alan deputat 2026-da Dillər Universitetində bu ixtisas üzrə magisr dərəcəsini bitirb.

Deputat 6 il sonra, daha dəqiqi, 2012-ci ildə Pedaqoji Universitetdə "Praktik psixoloq" üzrə ikinci ali təhsili alıb. Milli Məclisin saytında haqqındakı məlumatdan görünür ki, deputat ingilis dili üzrə tərcüməçilik ixtisasının magistrini belə bitirsə də, bu sahəni "əla" deyil, "yaxşı" səviyyədə mənimsəyib.

Mümkündür ki, buna görə, o, ikinci ali təhsil üzrə elmi dərəcəyə sahiblənmək istəyib.

Yeri gəlmişkən, deputatın  Bakı Dövlət Universitetindəki FD.2.43 Dissertasiya Şurasında müdafiə etdiyi vaxt həmin şuranın sədri hazırda hakimiyyəti zorla ələ keçirməyə cəhd ittiham ilə mühakimə olunan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva olub. 

Günay Ağamalının elmi rəhbəri Ərəstun Baxşəliyev, rəsmi oppenetlərindən biri isə professor Səməd  Seyidov olub.

Bəs xanım deputatın elmi işi AAK-da niyə təsdiqlənməyib?

Bununla bağlı G.Ağamalıya "Facebook" üzərindən sual ünvanladıq. O, sualı oxusa da, cavabsız buraxıb.

AAK və deputatın mövqeyini öyrənməyə çalışacağıq.

F.ƏHMƏD

mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR