Vüqar Rəhimzadə: "Anlaşma Memorandumunun imzalanması Azərbaycanın tranzit ölkə kimi əhəmiyyətini daha da artıracaq"
21-01-2021 [19:10]
"Azərbaycan tarixən neft ölkəsi kimi tanınıb və nüfuz qazanıb. Neft sənayesini iqtisadiyyatın onurğa sütunu kimi dəyərləndirən ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1970-1980-cı illər Xəzər dənizində yeni yataqların kəşf olunmasında, ölkəmizin neft emalı, neft-kimya sənayesinin yenidən qurulmasında və modernləşdirilməsində dönüş mərhələsi kimi dəyərləndirilir. Zəngin təbii resurslara, əlverişli coğrafi məkana, eyni zamanda, elmi potensiala malik olan Azərbaycan daim dünyanın diqqət mərkəzində olub. 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən, daha dəqiq desək, 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra neft-qaz sənayesinin tarixində yeni mərhələnin əsası qoyuldu. 1994-cü il sentyabrın 20-də «Əsrin müqaviləsi»nin imzalanması bir daha bu reallığı təsdiqlədi ki, səylərin birləşdirilməsi, təcrübə mübadiləsinin aparılması fonunda hər bir ölkə öz iqtisadi inkişafını təmin edə bilər. “Əsrin müqaviləsi”nin imzalanması Xəzər dənizinin zəngin sərvətlərindən istifadə üçün dünyanın aparıcı neft şirkətlərinin və xarici investisiyaların cəlb edilməsi üzrə çox mühüm siyasi addım olmuş, bu istiqamətdə ilk dəfə olaraq Xəzər dənizində beynəlxalq əməkdaşlığa yol açılmışdır".
Mia.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
V.Rəhimzadə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin «Xəzər sülh, əməkdaşlıq dənizi olmalıdır» fikrini önə çəkərək Azərbaycanın xarici siyasətində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən sonra ikinci əsas məsələnin Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi olduğunu bildirib: «Keçmiş İttifaqın dağılmasından sonra Xəzər regionunda yeni müstəqil dövlətlərin yaranması Xəzərin hüquqi statusunun müəyyən edilməsi məsələsini gündəmə gətirdi. Xəzəryanı dövlətlərin su sərhədlərinin müəyyənləşdirilməsi və Xəzərdən istifadə məsələsinin həllinin zəruriliyi meydana çıxdı. Xəzərin hüquqi statusu probleminin həll edilməsi ilə bağlı 1992-ci ildən etibarən sahilyanı dövlətlər arasında danışıqlar prosesinə başlandı. Uzun illər ərzində 5 Xəzəryanı dövlətin - Azərbaycan, Qazaxıstan, Türkmənistan, İran və Rusiyanın Xəzərin hüquqi statusunun müəyyən edilməsi ilə bağlı ümumi razılığa gələ bilməmələri və yekun Konvensiyanın qəbul olunmaması səbəbindən bu problem Xəzəryanı dövlətlər arasında əsas müzakirə mövzusu olaraq qalırdı. Azərbaycan Xəzəryanı ölkələr arasında əməkdaşlığın hüquqi bazasının yaradılmasında fəal iştirak edib. Azərbaycanla Qazaxıstan, eyni zamanda, Azərbaycan, Qazaxıstan və Rusiya arasında Xəzər dənizindəki milli sektorların sərhədlərini müəyyən edən razılaşma imzalanmışdı. İllər keçdikcə İran və Türkmənistanın da mövqeyinin beynəlxalq hüquq normalarına uyğun formalaşmasına nail olundu. Xəzəryanı dövlətlər arasında qarşılıqlı kompromisin əldə olunması və mövqelərin yaxınlaşması nəticəsində nəhayət, 2018-ci ildə Xəzərin hüquqi statusu haqqında Konvensiya imzalandı. Artıq ölkəmizin Xəzəryanı dövlətlərlə ikitərəfli əməkdaşlığının bugünkü səviyyəsi göz önündədir. Prezident İlham Əliyevin hər zaman çıxışlarında yer alan bu fikrini xüsusi qeyd etməliyik ki, Azərbaycanın xarici siyasətində region dövlətləri ilə əməkdaşlıq xüsusi yer tutur. Son illərdə ölkəmizin regional əməkdaşlığa verdiyi davamlı töhfələr bunun bariz nümunəsidir.»
Baş redaktor bildirib ki, bu gün Xəzəryanı ölkələr arasında yüksək səviyyədə əməkdaşlıq, etimad və qarşılıqlı fəaliyyət mövcuddur ki, bu da təhlükəsizliyin və sabitliyin başlıca qarantıdır. Xəzəryanı ölkələrin sıx qarşılıqlı fəaliyyəti iqtisadi, nəqliyyat xarakterli məsələlərin, xalqlarımızın həyat səviyyəsinin yaxşılaşmasına kömək edəcək məsələlərin həlli üçün geniş perspektivlər açır.
V.Rəhimzadə bu baxımdan 21 yanvar 2021-ci il tarixində Aşqabad şəhərində “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu”nun imzalanmasının tarixi hadisə olduğunu bildirib: “Yatağın “Dostluq” adlandırılması iki ölkə arasında dostluğun, qardaşlığın, qarşılıqlı əlaqələrin həm də tarixi etnik-dini ənənələrə söykənməsinin bariz nümunəsidir. Bu mühüm addım iki ölkənin münasibətlərində yeni bir səhifənin açılmasına səbəb olacaq. Əvvəldə də qeyd etdiyimiz kimi, birgə səylər qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail olmağa əsas yaradır. “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında imzalanan Anlaşma Memorandumu ölkəmizin neft-qaz strategiyasının inkişafında böyük əhəmiyyətə malikdir. Azərbaycan son ilər tranzit ölkə kimi də mövqeyini möhkəmləndirməkdədir. Bu tarixi hadisə ölkəmizin tranzit ölkə kimi rolunun artmasına da öz müsbət təsirini göstərəcək.»
«Hər bir mühüm hadisə Azərbaycanın malik olduğu imkanların təqdimatında əhəmiyyətli rol oynayır» söyləyən baş redaktor bildirib ki, bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, Azərbaycan tranzit ölkədir, reallaşdırdığı layihələrlə dövlətlər, xalqlar arasında körpü roluna yeni-yeni əlavələr edir. Nəqliyyat sektoruna çoxmilyardlıq investisiyanın qoyulması Azərbaycanı Avrasiyanın mühüm nəqliyyat və logistik mərkəzlərindən birinə çevirib: «Əlbəttə, imzalanan Anlaşma Memorandumu iki dost ölkə arasında əməkdaşlıq əlaqələrinin daha da genişlənməsi üçün yeni perspektivlər açır. Bu fakt bir daha sübut edir ki, regional əməkdaşlığa davamlı töhfələr verən Azərbaycan beynəlxalq münasibətlər sistemində yerini və rolunu möhkəmləndirməklə bölgədə əsl söz sahibinə çevrilib, etibarlı tərəfdaş kimi nüfuz qazanıb. Sənədin imzalanması həm də onu sübut edir ki, Xəzər dənizində bütün məsələlər dialoq və əməkdaşlıq mühitində həll oluna bilər. 2021-ci ildə Türkmənistanın təşəbbüsü ilə keçiriləcək Xəzəryanı dövlətlərin dövlət başçılarının növbəti Zivə Toplantısı ərəfəsində bu Memorandumun imzalanması sahilyanı dövlətlər arasında əməkdaşlığın daha da genişləndirilməsinin bariz nümunəsi kimi dəyərləndirilir.»
Trampdan Hörmüz boğazı barədə mühüm xəbərdarlıq: "Gərəkirsə..."
İran Dubayda ABŞ konsulluğunun binasını vurub - FOTO
ABŞ və İsrail müharibəni dayandıracaq? - İran Müdafiə Nazirliyindən gözlənilməz anons verildi
İran: "ABŞ-ın ikinci THAAD hava müdafiə sistemini də vurduq"
ABŞ daha bir ölkədə səfirliyini qapatdı - İranın hücumuna görə
Tramp İran şahının oğlunun üzərindən xətt çəkdi, Avropa ölkəsini təhdid etdi: "İndi əsas məsələ..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qətər təkzib etdi: "İrana qarşı müharibəyə qatılmadıq"
Ramazanın 14-cü gününün duası: imsak və iftar vaxtı
“Qəlb cəbhəsi” kitabı təqdim olunub - FOTOLAR
"Gənclik" metro stansiyasını bulvara birləşdirəcək
REKTORLAR NİYƏ TOPLANDI? - Görüş + FOTOLAR
Pezeşkian: "Əsas sərvətimiz milli birliyimizdir"
Şamaxıdakı zəlzələdən sonra 600-ə yaxın afterşok qeydə alınıb
TRAMP İKİ GÜN ƏVVƏLKİ SÖZÜNÜ DANDI: "Dedim ki, daha çox gecdir"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Xəstə üçün toplanan pulu kartdan oğurlayan şəxs saxlanılıb
"TƏK BİR RAKETİMİZ İSRAİLƏ BƏS EDƏR" - Şimali Koreya lideri "İran istəsə, raketlər göndərəcəyik" vədi verdi
Abşeronda 38 yaşlı şəxs 15 kq narkotiklə saxlanılıb
Aktrisa direktoru məhkəməyə verdi - Töhməti ləğv etdirdi
Qar yağacaq - Xəbərdarlıq
Daha bir qrup müğənniyə efir qadağası qoyuldu - SİYAHI
BU MƏHKƏMƏLƏRƏ HAKİM TƏYİNATLARI OLDU - Sərəncam + SİYAHI
"Referans”ın baş həkimi şantajda ittiham olunub - Ülya Quliyeva həkimin telefonuna niyə təhdid mesajları atırmış?
Mərkəzi Bank "Fizza Pay"in vəzifəli şəxsini cərimələyib
Daxili işlər naziri Yevlaxda vətəndəşları qəbul edəcək - Bu tarixdə
İsrail ordusu İran prezidentinin iqamətgahını da vurub: "Həmin an iclas gedirdi..."
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasında - VİDEO, FOTOLAR (YENİLƏNİB)
Hüseyn Cavid - Azərbaycan romantizminin parlaq siması...
Ronaldo Səudiyyədən qaçdı - Müharibəyə görə
Arda Turanın tələbi rədd edildi - UEFA-dan qərar
İrana hücum: itkilərlə bağlı son statistika açıqlandı
İlin ilk Ay tutulması başlayıb
"Əməkdaşlar gəlib baxırdılar, lakin tədbir görülmürdü" - "Azərsu"nun qaynar xəttinə 3 dəfə zəng etmişəm, lakin bir nəticəsi olmayıb"
Sabah yağışlı hava olacaq - Proqnoz
ALİ MƏHKƏMƏ DAHA BİR MƏSƏLƏ BARƏDƏ VAHİD QƏRAR VERDİ - Detallar
İranda hərbi baza vurulub - On üç əsgər həlak olub
İlham Əliyev Avropa Komissiyasının komissarını qəbul edib - FOTOLAR
ABŞ Qətər, İordaniya, İraq, Bəhreyn və Küveytdəki diplomatlarını çıxarır - Qərar verildi
Kanada qorxuya düşdü - Ər-Riyaddakı səfirlik qapadıldı
İSRAİL QOŞUNU LİVANA GİRDİ: "Strateji əraziləri ilhaq edəcəyik" - Hizbullah əks hücum vədi elan etdi
Tibbi Yardım Stansiyasında qalmaqal - VİDEO
Mərkəzi Bankın valyuta ehtiyatları artıb
Səbinə Əliyeva deputatlara hesabat verib