Birinə 550, digərinə 1800 manat... - "Azəriqaz"da eyni vəzifə, fərqli maaş və...
CƏMİYYƏT
16.02.2026, 09:12
"Azəriqaz”ın rayon və şəhər qaz istismar sahələrində çalışan əməkdaşların əmək şəraiti ilə bağlı şikayətlər artır.
Mia.az xəbər verir ki, bu barədə Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı Feysbuk-dakı hesabında yazıb.
Onun sözlərinə görə, hazırda qaz sayğaclarının göstəricilərinin oxunması, təbii qaza görə yaranmış debitor borcların yığılması, qaz sayğaclarının əvəzlənməsi və digər ağır işlərdə çalışan çilingər və texniki işçilər ayın son 10 günü ərzində, habelə istirahət və bayram günləri olmasına baxmayaraq, mütəmadi şəkildə işə cəlb edilirlər: "Təəssüf ki, həmin günlərdə görülən işlərə görə əməkdaşlara əlavə əməkhaqqı, gün və ya saat hesablanmır və bu da əmək qanunvericiliyinin tələblərinə ziddir".
Komitə sədri yazır ki, Azəriqaz işçiləri bunu nəzərə alaraq, aşağıdak məsələlərin həllini xahiş edir:

MİRVARİ QƏHRƏMANLI
"• İşçilərin istirahət və bayram günlərində işə cəlb edilməsi yalnız qanunvericiliyə uyğun şəkildə rəsmiləşdirilsin;
• Həmin günlər üçün əlavə əməkhaqqı və ya istirahət günü təmin edilsin;
• Əməkdaşların hüquqlarının qorunması istiqamətində müvafiq tədbirlər görülsün;
Ümid edirik ki, müraciətimiz diqqətlə araşdırılacaq və qanunvericiliyə uyğun tədbirlər görüləcəkdir".
M.Qəhrəmanlı bildirib ki, “Azəriqaz” İB üzrə qaz avadanlıqlarının bərpası və təmiri üzrə ümumilikdə 2568 nəfər çilingər fəaliyyət göstərir və onların 2026-cı ilin yanvar ayı üzrə orta aylıq əməkhaqqısı təxminən 550–600 AZN olub:
"Bununla yanaşı, 104 Növbə Xidmətində çalışan usta-çilingər heyətinin orta aylıq əməkhaqqısı 1 500–1 800 AZN olmuşdur ki, bu da digər eyni ixtisaslı işçilərlə müqayisədə ciddi əməkhaqqı fərqi yaratmışdır. Eyni zamanda, “yeni əməliyyat modeli və təkmilləşdirmə” adı altında həyata keçirilən struktur dəyişiklikləri zamanı, rayonlar da daxil olmaqla şəhər qaz istismar sahələrində fəhlə kateqoriyasına aid yerli telefon rabitəçiləri (rabitəçi) ştatları ləğv edilərək, onların əvəzinə isə 460 usta ştatı yaradılıb. Nəticədə həmin 460 usta ştatı üzrə yalnız 2026-cı ilin yanvar ayı ərzində ümumilikdə 760 000 manat əməkhaqqı hesablanıb ki, bu da müəssisə üzrə əməkhaqqı balansında ciddi disproporsiya yaradıb...".
E.ARAZ
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
TRAMP PUTİNLƏ 1.5 SAATLIQ GÖRÜŞDƏN DANIŞDI: “Ukrayna məğlub olub” - "Rusiya İranın nüvə silahına sahib olmasını istəmir"
Bugün, 00:13 GÜNDƏM
-
RƏSMİ TEHRAN ABŞ-ın GİZLİ PLANINI AÇDI: “Düşmən yeni mərhələyə keçdi, ölkəni daxildən məhv etmək istəyirlər”
Bugün, 00:02 GÜNDƏM
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:01 GÜNDƏM
-
Prezidentin köməkçisi Santamaria ilə görüşdə: "Ölkələrimiz arasında siyasi dialoq..." - FOTO
29.04.2026, 23:56 SİYASƏT
-
ABŞ liderindən İrana çox sərt replika: "Vəziyyətləri daha da pisləşəcək"
29.04.2026, 21:44 GÜNDƏM
-
Hakan Fidan Avropa ölkəsində: “Daha nəyi gözləyirsiniz?”
29.04.2026, 21:03 SİYASƏT
-
Şahin Mustafayevin korteji Ağverəni belə tərk etdi - VİDEO
29.04.2026, 21:03 GÜNDƏM
-
Tehranda Ali liderə sədaqət yürüşü keçirildi
29.04.2026, 19:13 DÜNYA
-
Türkiyə kuboku: final oyununun tarixi dəyişdi
29.04.2026, 18:45 İDMAN
-
Azərbaycan nümayəndə heyəti Ermənistanda: nələr razılaşdırıldı? - FOTOLAR (YENİLƏNİB)
29.04.2026, 18:03 GÜNDƏM
-
Xətaidə hamam otağında faciə: 19 yaşlı gənc öldü, qadın isə... (Yenilənib)
29.04.2026, 17:48 KRİMİNAL
-
Onlar da sertifikasiyaya cəlb olunacaq
29.04.2026, 17:39 MƏDƏNİYYƏT
-
Konfrans Liqası: “Şaxtyor”un oyunu hansı kanalda yayımlanacaq?
29.04.2026, 17:32 İDMAN
-
Dövlət Agentliyində müavin təyinatı olub
29.04.2026, 17:16 CƏMİYYƏT
-
“Senior Talks” layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTOLAR
29.04.2026, 17:12 İQTİSADİYYAT
-
Prezident İlham Əliyev daha bir Əməkdaşlıq Sazişini təsdiqləyib
29.04.2026, 17:07 GÜNDƏM
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
29.04.2026, 17:00 İQTİSADİYYAT
-
Prezident İlham Əliyev fərman imzalayıb - DƏYİŞİKLİK
29.04.2026, 16:49 GÜNDƏM
-
İranın milli pulu “yerlə sürünür” – Dollar elə səviyyəyə qalxdı ki…
29.04.2026, 16:26 İQTİSADİYYAT
-
Deputatdan etiraz: "1000 manat borca görə ölkədən çıxışa qadağaya nə ehtiyac var?”
29.04.2026, 16:21 SİYASƏT
-
“Temu”dan gətirilən məhsulların yoxlanışı niyə gecikir? - Gömrük rəhbəri iddialara belə cavab verdi
29.04.2026, 16:16 İQTİSADİYYAT
-
Flora Kərimova: "Başım gicəlləndi, yerə yıxıldım"
29.04.2026, 16:10 MƏDƏNİYYƏT
-
Müğənni: "Qonşu həmişə bizdən şikayət edir"
29.04.2026, 15:46 ŞOU-BİZNES
-
Kürün üstündəki ödənişli körpü dağıldı - VİDEO
29.04.2026, 15:42 CƏMİYYƏT
-
OPEC və OPEC+ dağılır? - TƏHLİL
29.04.2026, 15:33 İQTİSADİYYAT
-
Sabiq rəis və sektor müdirinin məhkəməsi davam edir
29.04.2026, 15:27 KRİMİNAL
-
AFFA iki klubu cərimələyib
29.04.2026, 15:08 İDMAN
-
YEZNƏ, ƏMİOĞLU, XALAOĞLU... - AAYDA-nın sabiq sədrinin qohumları "vuruldu", Agentlik yenidən təşkil edilir? (YENİLƏNİB)
29.04.2026, 14:59 GÜNDƏM
-
May ayında hava necə olacaq? - Proqnoz
29.04.2026, 14:59 GÜNDƏM
-
Azərbaycan və Maldiv adaları arasında vizasız rejim tətbiq olunub
29.04.2026, 14:57 GÜNDƏM
-
İsrail Livana yenə zərbələr endirib
29.04.2026, 14:38 DÜNYA
-
Onların baqajları gömrükdə yoxlanılmayacaq - Yeni qanun qəbul edilir
29.04.2026, 14:25 İQTİSADİYYAT
-
Sahil Babayev Aparat rəhbəri təyin edib - O, kimdir? + FOTO
29.04.2026, 14:13 GÜNDƏM
-
Ağdərəyə növbəti köç olub
29.04.2026, 14:12 GÜNDƏM