“Eto Mextiyev Ramis, slışite?” - "O, təqdimatını verdiyi aşpaz, prorab, alverçi icra başçılarından heç nə ilə fərqlənmir"
SİYASƏT
14.02.2026, 00:54
“Eto Mextiyev Ramis, slışite?” - Ramiz Mehdiyevin rusiyalı əlaqələndirici ilə yayımlanan telefon danışığı bu cür başlayır. Mehdiyevin özü tərəfindən bu cür rusdilli təqdimatı olduqca simvolikdir – çünki o, həmişə Ramiz Ənvər oğlu Mehdiyev yox, məhz “Mextiyev Ramis Enveroviç” olub və kim bilir bu uzun illər boyu ondan neçə minlərlə bu cür telefon danışıqları – xəyanət “donosları”, “raportları” gedib.
Yəqin, buna görədir ki, “Mehdiyev işi”ndə adı keçən şəxslər arasında Vətənə xəyanət ittihamı irəli sürülən yeganə şəxs də məhz “Mextiyev Ramis”dir…
Mehdiyevlə bağlı hələ vəzifədə olarkən, qılıncının nəinki dalı-qabağı, əl tutan dəstəyi də kəsəndə "AzPolitika" olaraq, çox yazmışıq, buna görə başımız da çox ağrayıb. Odur ki, bu gün susub, sadəcə, vaxtilə onun əlini öpməyə hazır olanların, ondan bəhrələnənlərin indi onu necə söyməsinə tamaşa etməklə kifayətlənə bilərdik. Lakin Mehdiyevin özünün iştirakı ilə evindən milyonlarla pulun çıxmasına dair (tarixi) görüntülər elə qarışıq, ziddiyyətli hisslər yaradır ki, buna sadəcə seyr edib susmaq olmur…
Adətən, hansısa məmura qarşı rüşvət əməliyyatı keçiriləndə, ona veriləcək əskinazların üzərinə xüsusi qələmlə “rüşvət” sözü yazılır. Bu söz adi gözlə oxunmur, onu yalnız üzərinə bənövşəyi işıq salanda görmək olur. İndi Mehdiyevin evindən çıxan(və əlbəttə ki, onun sərvətinin çox cüzi hissəsini təşkil edən) hər bir dollar, hər bir manat əskinazının üzərində adi gözlə görünməyən “XƏYANƏT” söz yazılıb və bu sözü yazan hansısa əməliyyatçı yox, Mehdiyevin özüdür, əməlləridir…

Yayımlanan telefon danışığından görünür ki, Mehdiyev 90-ı haqlamaq üzrə olan bu yaşında, (ahıllarımızdan uzaq) nəfəsinin, səsinin harasından çıxdığı bəlli olmayan indiki halında belə özü “təşəbbüslə” çıxış edir, ruslara “xidmət” təklif edir, “ideya” irəli sürür, məktub göndərir və s. Bu da bir daha göstərir ki, xəyanət belələrinin canındadır, bəlkə də qanındadır və onları heç “verbovka” etməyə də ehtiyac yoxdur – yaşından, başından asılı olmayaraq, özləri özlərini təklif edirlər, boyun əyirlər, qulluqda dururlar…

Onun evindən çəkilən mənzərə göstərdi ki, Mehdiyev adını “filosof” qoydurub kitablar yazdırsa da, öz mahiyyətinə, səviyyəsinə görə təqdimatını verdiyi və himayə etdiyi aşpaz, prorab, alverçi icra başçılarından heç nə ilə fərqlənmir – onlar kimi, hətta onlardan da betər primitiv, acgöz, tamahkar biridir…
Yaxşı, indi evindən çıxan o milyonlar Ramiz Mehdiyevin nəyinə yarayır, ona nə verir, onu nədən xilas edir? Heç nədən. Əvəzində, o əskinazların hər birinin üzərində təkcə xəyanət ləkəsi yox, həm də hər bir kasıb azərbaycanlının ahı, oğurlanan, talanan ruzisi var. Yəni, “filosof” Mehdiyev bilmir ki, öz əsil-nəslinə milyonlardan başqa təmiz ad da qoymaq lazımdı? Axı, ən böyük pullar, varidatlar belə əksər hallarda bir iki nəsildən o tərəfə qalmır. Ad isə əbədidir. Ona görə, xalqımız hər zaman buna xüsusi fikir verib və ona görə tariximizdə məsələn, Əliheydər Qarayev kimi barmaqla sayılacaq bir neçə “xadim”dən başqa böyük ölçüdə Vətəninə xəyanət edən, öz xalqının qənimi, cəlladı, satqını olan kimlərisə sadalamaq çətindir…

Unutmayaq ki, hələ də tam açılmayan və əsas günahkarları cəzalandırılmayan “Tər tər işi” kimi Vətənə, orduya, xalqa ləkə yaxmağa hesablanan işlər olub. Bu işlərin də arxasında kimlərin, kimin durduğunu aydınlaşdırmağa ehtiyac var. Onu da yaddan çıxarmayaq ki, “Mextiyev Ramis”in şinelindən çıxan hələ xeyli iri məmur, deputat, hakim, rəis var və simasını, mövqeyini dəyişib indi Mehdiyevin ən qatı tənqidçilərinə çevrilən belələri vəzifələrdə qaldıqca, onların yaratdığı təhlükə də qalır…
Pis olan həm də odur ki, Mehdiyevin banisi olduğu rayon icra hakimiyyəti strukturlarındakı(təəssüf ki, bəzilərində hələ də qalan) korrupsiya sadəcə məişət korrupsiyası, acgözlük, talançılıq deyil. Bu, həm də dərin ictimai-siyasi fəsadlar verən, dövlətin, dövlətçiliyin sütununu laxladan, millətin dövlətə inamını sarsıtmağa yönələn sistem korrupsiyasına çevrilmiş bəladır və ondan Azərbaycana qarşı siyasi alət, təzyiq vasitəsi kimi istifadə edilə bilər və edilir də. Bunun sayəsində Azərbaycan beynəlxalq korrupsiya reytinqlərində ilk 20-liyə, 30-luğa salınır. Odur ki, hər bir iri korrupsioner məmur, nazir, icra başçısı, hakim, rəis və s. potensial Ramiz Mehdiyev ola bilər. Çünki belələrinin “zəif damarı” var və bunu bilən tək biz deyilik…
Ona görə, ölkədə rüşvət, korrupsiya, ədalətsizlik qaldıqca rus, fars, ingilis, yəhudi, ərəb və s. kəşfiyyatlarının ayağı da Azərbaycandan kəsilməyəcək…
Elxan Qüdrətoğlu
“AzPolitika.info”
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Serbiya prezidenti İlham Əliyevə zəng edib - Nələr müzakirə olunub?
Bugün, 16:09 GÜNDƏM
-
Hava şəraiti dəyişəcək - Xəbərdarlıq
Bugün, 16:00 GÜNDƏM
-
DİM-dən yeni imtahanlarla bağlı açıqlama: 9 nəfər telefona görə qovuldu (Yenilənib)
Bugün, 14:38 GÜNDƏM
-
Sabah hava necə olacaq? - Proqnoz
Bugün, 12:33 CƏMİYYƏT
-
“Emiland”ın sahibi övladına dəbdəbəli toy etdi: Röya Ayxan... - VİDEO
Bugün, 12:11 ŞOU-BİZNES
-
Abşeron İH-nin tenderi niyə şühbə yaratdı? - Maraqlı faktlar yayıldı
Bugün, 12:02 CƏMİYYƏT
-
Maşın bazarında çöküş - Maşın alan yoxdur + VİDEO
Bugün, 11:41 İQTİSADİYYAT
-
Qurban Qurbanov: "Belə şeylərə göz yuma bilmərik"
Bugün, 10:20 İDMAN
-
Əli Əsədovun "sevimli" jurnalistləri kimdir? - O, hansı saytlara məlumat ötürüb?
Bugün, 10:15 SİYASƏT
-
Mühasib olmaq istəyənlər imtahan verir
Bugün, 10:04 GÜNDƏM
-
Ceyhun Bayramov Tailanda işgüzar səfərə gedib
Bugün, 09:00 GÜNDƏM
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:08 CƏMİYYƏT
-
HÖRMÜZ BOĞAZI BAĞLANDI - İran ABŞ-ın blokadanı davam etdirməsinə dözmədi (BƏYANAT)
18.04.2026, 22:42 GÜNDƏM
-
Partiya sədri: "Nazir balaları var ki, ona-buna sələmə pul verirlər" - MÜSAHİBƏ
18.04.2026, 22:32 SİYASƏT
-
"Baş nazir vəzifəsi asan vəzifə deyil" - 91 yaşlı Artur Rasizadə dincəlir
18.04.2026, 22:32 CƏMİYYƏT
-
Deputat Ağalar Vəliyevin oğluna bağlı şirkətlərin borcu çıxdı - Sənədlər
18.04.2026, 22:20 CƏMİYYƏT
-
"Yazın, Elmar müəllimə sual verdik, dedi ki..." - Sabiq XİN başçısı Əli Əsədovla bağlı şok iddialara belə reaksiya verdi
18.04.2026, 22:11 SİYASƏT
-
Ceyhun Bayramov D-8-in Baş katibi ilə görüşüb - Nələr müzakirə olunub?
18.04.2026, 21:22 SİYASƏT
-
13 milyonluq mənfəət, yoxsa 251 milyonluq... – "AccessBank"ın hesabatı sual yaratdı
18.04.2026, 21:20 İQTİSADİYYAT
-
Mənsur İbrahimli vəfat edib
18.04.2026, 18:49 PRESS
-
İran münaqişəsində “kürd kartı”: Ankara və Bakının qırmızı xətti - Təhlükəli ssenari, yoxsa...
18.04.2026, 18:33 SİYASƏT
-
“Kristal Abşeron”da qətl - 27 yaşlı şəxs saxlanıldı
18.04.2026, 18:01 KRİMİNAL
-
“Karvan-Yevlax” "Şamaxı”nı devirdi
18.04.2026, 17:40 İDMAN
-
GENERAL VƏZİFƏDƏN AZAD EDİLDİ - Müdafiə Nazirliyində dəyişiklik
18.04.2026, 11:33 GÜNDƏM
-
"Cənubi Qafqazda biz sadəcə ticarəti düşünmürük" - "Bu gün de-fakto olaraq Ermənistanla sülh içərisində yaşayırıq"
18.04.2026, 11:31 SİYASƏT
-
İran hava məkanını beynəlxalq uçuşlara qismən açdı
18.04.2026, 11:12 GÜNDƏM
-
"32 il ad günümü keçirmədim" - Tanınmış jurnalistin ömür yoluna qısa baxış... (FOTOLAR)
18.04.2026, 10:37 PRESS
-
Lənkəranda zəncirvari ağır qəza olub - 7 nəfər xəsarət alıb
18.04.2026, 09:54 KRİMİNAL
-
Azərbaycan nefti 11 dollar ucuzlaşdı
18.04.2026, 09:02 İQTİSADİYYAT
-
Bakıda Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi və ya İstanbul Bəyannaməsi...
18.04.2026, 00:06 SİYASƏT
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
18.04.2026, 00:02 CƏMİYYƏT
-
Mehriban Əliyeva ilə Əminə Ərdoğan tədbirdə - FOTOLAR
17.04.2026, 21:49 GÜNDƏM
-
"Neftçi" son dəqiqədə qələbəni əldən verdi
17.04.2026, 21:44 İDMAN
-
Prezident İlham Əliyev Antalyada Diplomatiya Forumunda - FOTOLAR (YENİLƏNİB)
17.04.2026, 21:28 GÜNDƏM