Yeni nazir Üzgüçülük Federasiyasının prezidenti və Su İdmanı Sarayının direktoru ilə görüşüb - FOTO

Yeni nazir Üzgüçülük Federasiyasının prezidenti və Su İdmanı Sarayının direktoru ilə görüşüb - FOTO

İDMAN

14.09.2021, 17:58

Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Xanlar Fətiyev və Su İdmanı Sarayının direktoru Elçin Həsənovla görüşüb.

Nazirlikdən Mia.az-a bildirilib ki, görüş zamanı nazirə milli komandaların hazırlıq prosesi, federasiyanın fəaliyyəti, görülən işlər, çətinliklər, qarşıda duran vəzifələr barədə məlumat verilib, fikir mübadiləsi aparılıb.

Daha sonra F.Qayıbov Su İdman Sarayının fəaliyyəti və imkanları ilə yaxından tanış olub.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR