Cəlilabadda yanan məktəbin yerində yenisi tikiləcək

Cəlilabadda yanan məktəbin yerində yenisi tikiləcək

CƏMİYYƏT

07.08.2020, 16:07

Cəlilabad Rayon Təhsil Şöbəsi Cəfərli kənd ibtidai məktəb binasında baş verən yanğınla bağlı məlumat yayıb. 

Təhsil Şöbəsindən Mia.az-a bildirilib ki, ötən gün Cəlilabad rayonu Cəfərli kənd ibtidai məktəb binasında yanğın hadisəsi baş verib.

Yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Hazırda aidiyyəti qurumlar tərəfindən yanğının baş vermə səbəbi araşdırılır.

Qeyd edək ki, Cəlilabad rayonu Cəfərli kənd ibtidai məktəbinin modul tipli məktəblə əvəzlənməsi nəzərdə tutulur.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR