Gürcüstanın Baş Naziri yenə dəyişəcək? - Gürcü iqtidarının "müxalifət planı"

Gürcüstanın Baş Naziri yenə dəyişəcək? - Gürcü iqtidarının "müxalifət planı"

DÜNYA

25.05.2020, 13:35

Gürcüstanın Baş Naziri Giorgi Qaxarianın vəzifəsini tərk edəcəyi gözlənilir.

Bu barədə yerli “Mtavari arxi” telekanalı məlumat yayıb.

Məlumata əsasən, G.Qaxarianı Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Qriqol Liluaşvili əvəzləyəcək.

Kanal qeyd edib ki, hakim Gürcü Arzusu Partiyası “müxalifət” yaradacaq və G.Qaxaria onun lideri olacaq.

Hökumət rəsmiləri kadr dəyişiklikləri ilə bağlı yayılan məlumata hələ heç bir münasibət bildirməyiblər/Report. 

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR