Ukraynalı Polşada Kilsə hücum edib: Keşiş öldürülüb, dörd nəfər yaralanıb - İki ölkə rəsmiləri ard-arda açıqlamalar verdi

Ukraynalı Polşada Kilsə hücum edib: Keşiş öldürülüb, dörd nəfər yaralanıb - İki ölkə rəsmiləri ard-arda açıqlamalar verdi 

DÜNYA

Bugün, 09:43

Polşanın cənub-şərqində yerləşən  Yaroslav şəhərindəki Katolik monastırına hücum olub.

Mia.az xarici mətbuata istinadla bildirir ki, 31 yaşlı ukraynalı kilsəyə hücumdan əvvəl yaxınlıqdakı kafedə bir keşişi öldürüb, daha sonra isə monastırın içərisində daha dörd nəfəri yaralayıb.

Polşa polisindən bildirilib ki, bıçaqlananlardan biri qadındır.

Ölən keşişin və ukraynalının kimliyi haqqında açıqlama verməyən polisdən bildirilib ki, fakt araşdırılır, ictimaiyyətə əlavə məlumat veriləcək.

Polşa Prezidenti Karol Navrotski hadisənin onu şoka saldığını deyib.

Polşa Daxili İşlər Naziri Marçin Kirvinski hadisədən təsirlənən hər kəsə psixoloji dəstək göstərildiyini açıqlayıb.

Polşa Baş naziri Donald Tusk cinayətkarın Polşa qanunvericiliyi ilə ən ağır şəkildə cəzalandırılacağına söz verib.

Ukrayna Prezidenti Zelenski cinayətkarın hərəkətini pisləyib: "Bu hadisə hərtərəfli araşdırılmalıdır"

E.ARAZ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR