Husilər Səudiyyə Ərəbistanına növbəti hücum həyata keçirib: "Hər hücuma çox sərt cavabımız olacaq"

Husilər Səudiyyə Ərəbistanına növbəti hücum həyata keçirib: \"Hər hücuma çox sərt cavabımız olacaq\"

DÜNYA

Bugün, 00:12

Yəməndəki İranın dəstəklənən Husi qruplaşması Səudiyyə Ərəbistanına növbəti hücum həyata keçirib.

Mia.az xarici mətbuatıan istinadla xəbər verir ki, bu barədə qruplaşma bəyanat yayıb.

Bəyanatda deyilir kii, Ər-Riyadda hərbi baza, Yanbu bölgəsindəki "Amaco" neft şirkətinin anbarları raket və dronlarla vurulub: "Səudiyyə Ərəbistanının Yəmənə qarşı blokadası və hücumlarına cavab olaraq, zərbələrimiz uğurla icra olunub. Ər-Riyad unutmasın ki, hər bir hücumuna çox sərt cavabımız olacaq".

Səudiyyə Ərəbistanı hələlik Husilərin iddiaları ilə bağlı şərh verməyib.

Xatrladaq ki, yəməndə hökumət qüvvələrinə hərtərəfli dəstək verən Səudiyyə Ərəbistanı qruplaşmaya qarşı hava hücumu həyata keçirir.

Tahir Şəlvəli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR