Bakı metrosunun 3 stansiyasında hərəkət dayandırıldı - Səbəb + Açıqlama

Bakı metrosunun 3 stansiyasında hərəkət dayandırıldı - Səbəb + Açıqlama

CƏMİYYƏT

27.02.2020, 16:43

Bu gün Bakıda elektrik enerjisi təchizatı ilə bağlı yaranmış problem "Bakı Metropoliteni" QSC-nin fəaliyyətində çətinliklər yaradıb. 

Mia.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

Onun sözlərinə görə, hazırda metro xəttinin bütün sahələrində gərginlik bərpa olunub, yalnız “Xalqlar dostluğu”, "Əhmədli" və “Həzi Aslanov” stansiyalarında elektrik enerjisinin dayanıqlılığı olmadığından hərəkət dayandırılıb. "Hazırda tünellərdə qalan qatar yoxdur. Bütün qatarlar stansiyaya çatdırılıb".

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR